Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə32/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   28   29   30   31   32   33   34   35   ...   125

94
•  meşə  təsərrüfatının  idarə  edilməsi  və  aparılması  ilə  bağlı  olan  tədbirlərin 
maliyyələşdirilməsinə,  o  cümlədən  qanunvericilikdə  nəzərdə  tutulan  qaydada 
əlavə əmək haqqının və mükafatların verilməsinə
•  meşələrin  bərpasının,  mühafizəsinin  və  qorunmasının,  meşə  təsərrüfatı 
istehsalının digər tədbirlərinin maliyyələşdirilməsinə; meşə təsərrüfatının inkişafı 
proqramlarında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsinə. 
4.  Fondun  maliyyə  vəsaitləri  müvafiq  rayonlarda  fəaliyyət  göstərən  meşə  təsərrüfatı 
müəssisələri tərəfindən əldə edilir və Azərbaycan Respublikası Maliyyə nazirliyinin 
müəyyən  etdiyi  qayda  üzrə  yerli  xəzinədarlıq  orqanlarında  açılmış  cari  hesablara 
toplanılır.
 
Fonda toplanmış vəsaitin sərf edilməsi mövcud qanunvericiliyə uyğun olaraq həyata 
keçirilir.
5.  Respublika meşələrinin ərazi üzrə bərabər paylanmadığını və bununla əlaqədar meşə 
təsərrüfatları tərəfindən əldə olunan vəsaitin Fondda rayonlar üzrə kəskin fərqləndiyini 
nəzərə  alaraq  və  əldə  olunan  vəsaitləri  daha  səmərəli  istifadə  etmək  məqsədilə 
Fond  daxilində  onların  bir  qismi  mərkəzləşdirilmiş  qaydada  bölüşdürülə  bilər.  Bu 
bölüşdürmə Fonda toplanan vəsaitin məbləğindən və meşə təsərrüfatı istehsalı (büdcə 
fəaliyyəti) üzrə olan xərclərdən asılı olaraq, Azərbaycan Respublikasının Ekologiya 
və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən olunmuş normativlər əsasında həyata 
keçirilir.
6.  Fond daxilində mərkəzləşdirilmiş qaydada maliyyə əməliyyatlarının aparılması üçün 
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ona xidmət 
edən xəzinədarlıq orqanlarında Fond üzrə cari hesabı açılır.
7.  Fondun  vəsaitlərinin  formalaşdırılması  və  sərf  edilməsi  üzərində  nəzarət  müvafiq 
qaydada  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  və 
Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
8.  Fondun  vəsaitlərinin  formalaşdırılması  və  istifadə  edilməsinə  dair  Azərbaycan 
Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikasının 
Maliyyə Nazirliyinə müvafiq hesabat təqdim edir.
9.  Fondun  ilin  axırına  istifadə  olunmamış  vəsaiti  toxunulmaz  qalır  və  həmin  vəsait 
növbəti ildə fondun gəlirlərinə daxil edilərək bu Qaydalar əsasında istifadə edilir.


95
Meşə təsərrüfatı sahəsinə dair bəzi normativ-hüquqi aktların 
təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN 
QƏRARI
«Azərbaycan  Respublikasının  1997-ci  il  30  dekabr  tarixli  Qanunu  ilə  təsdiq  edilmiş 
Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası 
Prezidentinin 1998-ci il 30 mart tarixli 693 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan 
Respublikasının Nazirlər Kabineti qərara alır:
1.  «Meşə  təsərrüfatı  sahəsində  dövlət  statistika  hesabatının  aparılması  Qaydaları» 
və  «Meşə  yanğınlarının  söndürülməsinə  fiziki  və  hüquqi  şəxslərin  cəlb  olunması 
Qaydası» təsdiq edilsin.
2.  Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri  
A. RASİZADƏ 
Bakı şəhəri, 9 iyul 1999-cu il
№ 116


96
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 9 iyul tarixli 116 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Meşə təsərrüfatı sahəsində dövlət statistika hesabatının 
aparılması
QAYDALARI
1.  ÜMUMİ MÜDDƏALAR
1.  Bu  Qaydalar  meşə  təsərrüfatının  spesifik  xüsusiyyətləri  nəzərə  alınmaqla  statistik 
hesabatın  aparılmasını  tənzimləyir  və  vahid  dövlət  məlumatlandırma  sisteminin 
təşkilində istifadə olunur.
2.  Meşə təsərrüfatı tərəfindən tərtib edilən statistik hesabatda aşağıdakı yerinə yetirilmiş 
işlər nəzərə alınır:
 
meşə əkini və səpini, meşənin təbii bərpasına köməklik tədbirləri, qırıntı sahələrində 
qırma  növləri  üzrə  istehsal  olunan  oduncaq  kütləsi,  meşələrin  törtöküntüdən 
təmizlənməsi;
 
yanğın  mühafizə  qaydalarının  pozulması  halları,  yanğınların  sayı,  yanmış  sahə, 
yanğının baş vermə səbəbləri;
 
yerinə yetirilmiş meşə təsərrüfatı işlərinin həcmi və pul ifadəsi;
 
meşələrin ziyanvericilərdən və xəstəliklərdən qorunması;
 
qırma  növləri  üzrə  oduncaq  hazırlığı,  istehsal  olunmuş  oduncaq  qalığı,  qırma 
qaydalarının pozulması, sahələrin qırıntı qalıqlarından təmizlənməsi;
 
meşə təsərrüfatı müəssisələrində işçilərin ümumi sayı, əmək haqqı, işəmuzd görülən 
işlərin həcmi, vaxtı və dəyəri.
3.  3. Meşə təsərrüfatı müəssisələrində aparılan statistik hesabat ayrı-ayrı meşəbəyiliklər 
üzrə  təsdiq  edilmiş  proqnoz  və  tapşırıqlara  uyğun  olaraq  faktiki  görülmüş  meşə 
təsərrüfatı  tədbirlərinin  iş  naryadları,  meşəqırma  bileti,  order  və  meşə  bileti,  yaz, 
payız, qəfləti, növbəti, təhvil-təslim və sair yoxlama sənədləri əsasında hazırlanır.
 
Meşə  təsərrüfatı  müəssisələri  meşəbəyiliklər  üzrə  təqdim  olunmuş  ayrı-ayrı 
hesabatları  təhlil  edir,  dürüstlüyünü  yoxlayır  və  yekunlaşdırılmış  statistik  hesabatı 
müəyyən edilmiş vaxtlarda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər 
Nazirliyinə və yerli statistika orqanlarına təqdim edir. 
4.  Meşə  təsərrüfatı  müəssisələri  təqdim  etdikləri  statistik  hesabatın  dürüstlüyünə 
cavabdehdirlər.
5.  Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə təsərrüfatı 
müəssisələrindən  aldığı  statistik  hesabatı  təsdiq  edilmiş  proqnoz  və  tapşırıqlarla 
üzləşdirir, təhlil edir və yekun sənədləri Azərbaycan Respublikasının Dövlət Statistika 
Komitəsinə müəyyən olunmuş vaxtlarda təqdim edir. 
 
Tərtib  edilmiş  ilkin  statistik  hesabat  meşə  təsərrüfatı  müəssisəsinin  fəaliyyətinin 
səciyyələndirilməsində istifadə olunur.
6.  Meşə  təsərrüfatı  sahəsində  dövlət  statistika  hesabatı  Azərbaycan  Respublikasının 
Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilir və bu zaman onun təqdim edilmə 
dövriliyi, vaxtı, həcmi və forması müəyyənləşdirilir.


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə