Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə37/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   33   34   35   36   37   38   39   40   ...   125

111
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 8 noyabr tarixli 174 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatlarının 
məcburi sertifikatlaşdırılmasının təşkili və aparılması
QAYDASI
1.  Bu Qayda köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatlarının məcburi 
sertifikatlaşdırılmasının təşkili və aparılmasını tənzimləyir.
2.  Köküstə  buraxılan  oduncaq  və  ikinci  dərəcəli  meşə  ehtiyatları  Azərbaycan 
Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  təqdimatı  əsasında 
Azərbaycan  Respublikasının  Standartlaşdırma,  Metrologiya  və  Patent  üzrə  Dövlət 
Komitəsi tərəfindən sertifikatlaşdırılır.
 
Azərbaycan  Respublikasının  Standartlaşdırma,  Metrologiya  və  Patent  üzrə  Dövlət 
Agentliyi  təqdim  olunmuş  sənədləri  bir  ay  müddətində  təhlil  edərək  müəyyən 
olunmuş qaydada dövlət sınağından keçmiş və qeydiyyata alınmış köküstə buraxılan 
oduncaq və ikinci dərəcəli meşə ehtiyatlarının sertifikatlaşdırılmasına dair qərar qəbul 
edir. 
 
Sertifikatlaşdırma Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul 
tarixli 343 nömrəli qərarı ilə təsdiq edilmiş «Milli Sertifikatlaşdırma Sistemi haqqında 
Əsasnamə»yə uyğun aparılır.
3.  Köküstə  buraxılan  oduncaq  və  ikinci  dərəcəli  meşə  ehtiyatlarının  məcburi 
sertifikatlaşdırılmasında  əsas  mənbə  kimi  onların  bioloji  xüsusiyyətləri,  yüksək 
keyfiyyətli, fitosanitariya və ekoloji normativləri və digər parametrləri götürülür.
4.  Azərbaycan  Respublikasının  Standartlaşdırma,  Metrologiya  və  Patent  üzrə  Dövlət 
Komitəsi  tərəfindən  qəbul  olunmuş  qərar  əsasında  Azərbaycan  Respublikasının 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi köküstə buraxılan oduncaq və ikinci dərəcəli 
meşə ehtiyatlarına uyğunluq nişanı və nişanlama hüququ verən sertifikat verir. 
5.  Köküstə  buraxılan  oduncaq  və  ikinci  dərəcəli  meşə  ehtiyatlarının  sertifikatı  bu 
məhsulların satışı və istifadəsi üçün əsas sənəddir.
6.  Köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatlarının sertifikat formaları 
müvafiq  qaydada  Milli  Sertifikatlaşdırma  Sistemində  qəbul  edilmiş  formada  tərtib 
olunur,  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  və 
Azərbaycan  Respublikasının  Standartlaşdırma,  Metrologiya  və  Patent  üzrə  Dövlət 
Komitəsi tərəfindən təsdiq edilir. 


112
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə,
qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin
həyata keçirilməsi qaydasının təsdiq edilməsi haqqında
Qərar № 15
Bakı şəhəri, 3 fevral 2000-ci il
Azərbaycan Respublikası Meşə Məcəlləsinin 45-ci maddəsinə uyğun olaraq Azərbaycan 
Respublikasının Nazirlər Kabineti qərara alır:
1.  «Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin 
bərpasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydası» təsdiq edilsin (əlavə olunur).
2.  «Meşələrin vəziyyətinə, istifadəsinə, bərpasına, qorunmasına və mühafizəsinə dövlət 
nəzarəti  haqqında  Əsasnamənin  təsdiq  edilməsi  barədə»  SSRİ  Nazirlər  Sovetinin 
1982-ci il 30 aprel tarixli 360 nömrəli qərarı haqqında» Azərbaycan SSR Nazirlər 
Sovetinin 1982-ci il 20 may tarixli 246 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
3.  Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri  
A. RASİ-ZADƏ.


113
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2000-ci il 3 fevral tarixli
15 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə,
qorunmasına və meşələrin bərpasına
dövlət nəzarətinin həyata keçirilməsi
QAYDASI
1.  Bu Qayda meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və 
meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsini tənzimləyir.
2.  Meşə  fondunun  vəziyyətinə,  istifadəsinə,  mühafizəsinə,  qorunmasına  və  meşələrin 
brpasına dövlət nəzarətinin (bundan sonra — dövlət nəzarəti) vəzifəsi fiziki və hüquqi 
şəxslər tərəfindən meşə fondundan istifadəni, köküstə oduncaq buraxılışını, meşəbərpa 
və aralıq istifadə qırmaları və digər qırma qaydalarını Azərbaycan Respublikasının 
meşə qanunvericiliyinə uyğun təmin etməkdən ibarətdir.
 
Bu sahədə dövlət nəzarətini Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar 
Cəmiyyəti,  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi 
həyata keçirir.
3.  Dövlət nəzarəti orqanları öz səlahiyyətləri daxilində aşağıdakıların yerinə yetirilməsi 
üzərində dövlət nəzarətini həyata keçirirlər:
•  meşə  fondundan  səmərəli  istifadə  olunmasına,  meşə  istifadəçiləri  tərəfindən 
icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin şərtlərinə əməl 
edilməsinə, həmçinin meşə fondundan istifadə üçün haqqın müəyyən olunmuş 
müddətdə ödənilməsinə
•  meşələrin  torpaqqoruyucu,  susaxlayıcı,  sanitar-gigiyenik,  sağlamlaşdırıcı  və 
digər funksiyaları gücləndirən tədbirlərin yerinə yetirilməsinə
•  meşə fondu sahələrində meşə qanunvericiliyinin tələblərinə zidd məqsədlər və 
üsullarla istifadə olunmasına; 
•  təbii  mühitin  ekoloji  tarazlığın  qorunmasına,  bioloji  müxtəlifliyin  saxlanması 
tələblərinə cavab verən yeni texnikanın, texnologiyanın və qabaqcıl təcrübənin 
tətbiq edilməsinə
•  meşələrin  dövlət  uçotunun,  dövlət  kadastrının,  meşə  monitorinqinin  və  meşə 
quruluşu işlərinin aparılmasının qaydalarına riayət edilməsinə
•  istifadə  ixtiyarını  təsdiq  edən  sənədlərin  olmasına,  ölçülərin  torpaqayırma 
sənədlərinə uyğunluğuna, torpaq uçotu sənədlərinin vəziyyətinə və saxlanmasına; 
•  meşə təsərrüfatının və meşədən istifadənin həyata keçirilməsi ilə əlaqəsi olmayan 
inşaat və partlayış işlərində, faydalı qazıntılar aparılmasında, kabel, boru kəməri, 
digər  xətlərin  çəkilməsində,  qazma  və  digər  işlərin  aparılmasında  meşələrdən 
istifadə edilməsi və onların qorunması qaydalarına; 
•  meşə  fondu  sahələrindən  elmi-tədqiqat,  mədəni-sağlamlaşdırma,  turizm  və 
idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə qaydalarına; 
•  meşədən istifadə edən müəssisələrin, idarələrin, digər hüquqi və fiziki şəxslərin 
onlar  üçün  ayrılmış  sahələrdə  köküstə  oduncaq  buraxılışı,  digər  qırmalar 
apararkən qırma sahələrindən istifadəyə aid texnoloji xəritələrin tələblərinə əməl 
edilməsinə, meşəqırma biletində, orderdə göstərilən tapşırıqdan artıq özbaşına 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə