Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/62
tarix29.05.2018
ölçüsü2,8 Kb.
#46531
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   62

69 
Civə  sütunu  enməkdə  davam  etdikcə  eşidilən  səs  getdikcə 
güclənir və nəhayət birdən yox olur və ya kəskin sürətdə zəifləyir. 
Bu zaman monometrin göstəricisi qanın ən aşağı- minimal təzyiqi 
olur. 
Maksimal təzyiq ürək fəaliyyətinin sistola dövründə olduğuna 
görə ona həm də sistolik təzyiq deyilir. Minimal təzyiq isə ürəyin 
diastola  dövründə  olduğundan  buna  diastolik  təzyiq  də  deyilir. 
Atda  və  inəkdə  qan  təzyiqini  təyin  etmək  üçün  quyruq  arteriya-
sından istifadə olunur. 
 
 
 
Lаbоrаtоriyа iĢi 28.  
Nəbz dalğasının qrafik qeydi. 
Ürəyin hər sistolası zamanı qan damarlarının divarının ritmik 
dəyişməsinə nəbz deyilir. Nəbz əhəmiyyətli dərəcədə ürəyin işini 
əks etdirir. Nəbzi müayinə etməklə ürəyin işi və bütün ürək-damar 
sisteminin vəziyyəti hаqqında müəyyən təsəvvür əldə etmək olar. 
Arteriya  nəbzi  bədən  səthinə  yaxın  keçən  arteriyalarda  müayinə 
edilir.  Atda  xarici  çənə  arteriyasında,  inəkdə  uz  arteriyasında, 
xırda  heyvanlarda  bud  (qasıq)  nahiyyəsində  müayinə  etmək  olar. 
Atlarda,  dəvələrdə  və  iri  buynuzlu  heyvanlarda  nəbzi  quyruq 
arteriyasında daha  yaxşı müayinə etmək olur. Bu arteriyadan qan 
təzyiqini müayinə üçün də istifadə edilir. 
Insanlarda  nəbz  biləkdə,  mil  arteriyasında  (gicgahda  da 
müayinə etmək olur) müayinə edilir. Nəbzin miqdarı bir dəqiqədə 
təyin olunur. 
IĢ  üçün  lazımdır:  sfiqmoqraf,  hislənmiş  sığallı  kağız  lenti, 
rəngli karandaş. 
IĢin gediĢi. Yoxlanan şəxs sol qolunu arxası üstə stol üzərinə 
qoyur.  Bilək  arteriyasının  ən  yaxşı  vuran  nahiyyəsi  rəngli 
karandaşla  işarə  edilir.  Sfiqmoqrafin  həssas  düyməciyi  damarın 
nişanlanmış yerinə qoyulur. 


70 
Düyməciklə  əlaqədar  olan  link  hərəkətə  gələndə  sfiqmoqraf 
qaytanla  və  ya  xüsusi  manjetlə  biləyə  bağlanır.  Cihazin  valı  ilə 
lingin yazan hissəsinin arasına hislənmiş kağız lenti qoyulur. 
Ling  hərəkət  edən  kimi  sfiqmoqrafın  saat  mexanizmi  işə 
salınır və hərəkət edən kağız lenti üzərində nəbzin əyrisi yazılır. 
Alınan  yazı  sfiqmoqram  adlanır.  Sonra  alınmış  sfiqmoqram 
təhlil edilir. Sifiqmo - dalğa, qramma - yazmaq deməkdir. Sаğlam 
orqanizmdə nəbz ritmik olmaqlа nəbz vurğularının arasındakı vaxt 
eyni olur. Ürək xəstəlikləri zamanı nəbzin ritmikliyi pozulur. 
 
 
Lаbоrаtоriyа iĢi 29. 
Kapillyar qan dövranının müĢahidəsi
Kapillarlarda  qanın  hərəkət  sürəti  çox  zəifdir  (0,5  mm/san). 
Bunun  fiziolji  əhəmiyyəti  vardir.  Belə  ki,  hüceyrə  və  toxumalar 
arasında  mübadilə  prosesləri  kapillyarlarda  gedir.  Onların  divarı 
nazik  оlmаqlа  bir  qаt  endoteli  hüceyrələrindən  əmələ  gəlmişdir. 
Qanin  tərkibində  olan  oksigen  və  qida  maddələri  kapillyarlardan 
hüceyrə  və  toxumalara  keçir.  Əksinə,  karbon  qazı  (CO
2
)  və 
parçalanma məhsullari isə toxumalardan qana keçir.  
IĢ  üçün  lazımdır:  kapillyaroskop,  qurbağa,  üzərində  deşik 
olan mantar lövhə, sancaqlar, mikroskop, tənzif, salfet. 
IĢin  gediĢi.  Qurbağa  bir  neçə  dəqiqə  müddətində  içərisində 
10%-li etil spirti olan bankaya salınaraq narkoz edilir. 
Qurbağanın hərəkəti dayandıqdan sonra bankadan çıxarılır və 
mantar lövhə üzərinə qoyulur, sonra qurbağanın üzgənc pərdəsi və 
ya dili sancaq vasitəsilə mantar lövhədə olan deşik üzərinə çəkilib 
təsbit olunur. 
Üzgənc pərdəsi su ilə isladılır və mikroskopun kiçik böyüdü-
cüsü  altında  qanın  axma  istiqamətilə  arteriolalar,  kapillyarlar  və 
venalar  tapılır  (şəkil  21).  Qan  damarlarının  müxtəlif  hissələrində 
qanın hərəkət fərqinə (sürətinə, axımına və s.) fikir verilir. Nəticə 
analiz olunur.  


71 
 
Şəkil 21 . Qаnın dаmаrlаrdа hərəkəti 
 
 
 
MÖVZU: QAN DAMARLARININ MƏNFƏZININ 
TƏNZIMI. 
 
Qan damarlarının mənfəzi iki sistem vasitəsilə tənzim olunur: 
1.
 
Sinir sistemi;  
2.
 
Humoral sistem. 
 
Məşğələyə hazırlaşmaq üçün suallar: 
1.
 
Damar tonusu, vazokonstriktorlar və vazodilatаtorlar. 
2.
 
Damarların mənfəzinin sinir tənzimi. 
3.
 
Damarların mənfəzinin humoral tənzimi. 
4.
 
Qаnın dаmаrlаrda hərəkətinin fiziоlоji qаnunаuyğunluğu. 
5.
 
Qаnın dаmаrlаrdа hərəkətini təmin еdən fаktоrlаr. 
6.
 
Аrtеriyаlаrdа,  vеnаlаrdа  və  kаpilyаrlаrdа  qаnın  hərəkət 
sürəti. 
7.
 
Qаnın dаmаrlаrdа fаsiləsiz аxmаsının səbəbi. 


72 
8.
 
Kаpilyаrlаrdа  qаnın  hərəkət  sürətinin  zəif  оlmаsının 
əhəmiyyəti. 
Damarlarda  onların  mənfəzini  daraldan  sinir  lifləri  vardır. 
Həmin  sinir  lifləri  simpatik  sinir  sisteminə  aid  olmaqla-vazo-
konstriktorlar adlanır. 
Damarların  mənfəzini  genişləndirən  sinir  lifləri  parasimpatik 
sinir sisteminə aiddir və vazodilatatorlar adlanır. 
Simpatik  sinir  qan  damarlarının  mənfəzini  daraldır.  Ancaq 
skelet  əzələsinin,  ürəyin  və  beyinin  damarlarını  isə  genişləndirir. 
Qan  damarları  simpatik  sinirin  daim  daraldıcı  təsir  altında  olur. 
Parasimpatik sinir isə damarlara daim təsir göstərmir. 
Simpatik  sinir  kəsilsə,  onun  qan  damarlarına  daradıcı  təsiri 
aradan qalxır və nəticədə qan qadamarları genişlənir (Klod-Bernar 
təcürbəsi). 
Qan  damarlarının  mənfəzinin  tənzimi  mərkəzi  uzunsov  be-
yində yerləşir və vazomotor mərkəz adlanır (vazo- damar, motor 
–hərəkət etdirən). 
Vazomotor mərkəz iki şöbədən ibarətdir: 
1. Damar daraldan şöbə (pressor şöbə), daim oyanma halında 
olur. 
2. Damar genişləndirən şöbə (depressor şöbə), 
Qan  damarlarının  fəaliyyətinə  humoral  sistem  ilə  təsir 
göstərən maddələr üç qrupa ayrılır: 
1. Əsl (həqiqi) hormonlar - daxili sekresiya vəzilərində əmələ 
gəlir. Tənzimedici hormonlardır. Müəyyən məsafədən təsir edirlər 
və təsir yerinə qanla gətirilirlər. 
2.  Yerli  hormonlar  (mеdiаtоrlаr)  -  müəyyən  hüceyrələrdə  və 
sinir uclarında əmələ gəlir. Ən az dozalarda fəal olurlar. 
3. Maddələr mübadiləsinin son məhsulları. 
Birinci qrupa aid olan hormonlar bunlаrdır: 
Vazopressin  (ADH)  hipofizin  arxa  payinin  hormonudur  və 
damar sıxıcı təsirə malikdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə