101
Lyuqol məhlulu, 8 ədəd sınaq şüşəsi, ştativ, su hamamı, su termo-
metri, ştativdə yerləşdirilimiş büret, 2 ədəd kimyəvi stəkan, spirt
lampası, göz pipeti, 2 ml-lik 2ədəd pipet.
ĠĢin gediĢi. 6 ədəd sınaq şüşəsi nömrələnir və ştativdə yer-
ləşdirilir:
1 №-li sınaq şüşəsinə 2 ml mədəaltı vəzi şirəsi və kiçik
parça fibrin əlavə edilir.
2 №-li sınaq şüşəsinə 2 ml mədəaltı vəzi şirəsi tökülür və
onun üzərinə 3-4 damcı 0,5 % HCl məhlulu (turş reaksiya alınana
qədər –lakmus kağızı ilə təyin olunur) və kiçik parça fibrin əlavə
edilir.
3 №-li sınaq şüşəsinə 2 ml mədəaltı vəzi şirəsi və 2 ml
bişmiş nişasta məhlulu əlavə edilir.
4 №-li sınaq şüşəsinə 2 ml mədəaltı vəzi şirəsi və az
miqdarda nişasta tozu əlavə edilir.
5 №-li sınaq şüşəsinə 2 ml mədəaltı vəzi şirəsi tökülür və
onun üzərinə 12 damcı bitki yağı əlavə edilir.
6 №-li sınaq şüşəsinə 2 ml mədəaltı vəzi şirəsi tökülür və
üzərinə 12 damcı bitki yağı və 5 damcı öd əlavə edilir.
Bütün sınaq şüşələri 40 dəqiqə müddətində 38-40
0
C tempe-
raturda istiliyi olan su hamamına qoyulur. Su hamamının tempe-
raturu termometr ilə müntəzəm yoxlanır. Temperatur azalanda
hamama qaynar su əlavə edilir.
40 dəqiqədən sonra 1 və 2 №-li sınaq şüşələrində züllaların
parçalanma məhsulları təyin edilir. Bunun üçün 1 və 2 №-li sınaq
şüşələrində, 40 №-li işdə göstərildiyi kimi büret reaksiyası
qoyulur.
3 və 4 №-li sınaq şüşələrində nişastanın parçalanma məhsul-
ları təyin edilir. Yəni hər bir sınaq şüşəsindəki qarışıq iki bərabər
hissəyə ayrılır (eyni nömrəli sınaq şüşələrinə) 38 №-li işdə
göstərildiyi kimi bir hissə ilə nişastaya, digər hissə ilə qlükozaya
qarşı reaksiya qoyulur.
5 və 6 №-li sınaq şüşələrində yağların parçalanma məhsulları
təyin edilir. Bunun üçün həmin sınaq şüşələrində olan qarışıq
102
ayrılıqda eyni nömrəli stəkanlara tökülür. Hər bir stəkanda olan
qarışığın üzərinə 1-2 damcı fonolftalein indikatoru əlavə edilir və
3 dəqiqə müddətində itməyən açıq cəhrayı rəng alınana qədər
büretdən 0,1 n NaOH məhlulu ilə titrlənir.
5 və 6 №-li sınaq şüşələrindəki qarışığın titrlənməsinə sərf
olunan qələvinin miqdarı damcıların sayina görə hesablanır.
Lаbоrаtоriyа iĢi 44.
Ödün yağları emulsiya etməsi.
Öd qara ciyərdə fasiləsiz əmələ gəlir. Qara ciyər ən iri vəzili
orqandır. Onun orqanizmdən çıxarılması və qüvvətli zədələnməsi
insan və heyvanda ölümə səbəb olur. Öd göy-sarımtıl rəngli maye
olmaqla, zəif qələvi reaksiyalıdır - ödün əsas komponentləri öd
turşuları, öd piqmentləri, xolesterin, lesitin, yağlar və mütəlif
duzlardır.
Ödün həzm prosesində rolu:
1. Yağları emulsiya halına salır
2.Mədədən bağırsağa keçmiş turş möhtəviyyatı neytrallaşdırır
və bağırsaq həzmi üçün şərait yaradır
3. Fermentləri fəallaşdırır
4. Bakteriosid təsirə malikdir
5.Öd turşuları yağ turşuları ilə birləşərək suda həll olan
birləşmə əmələ gətirir və beləliklə yağların sorulmasını təmin edir
və s.
ĠĢ üçün lazımdır: öd, bitki yağı, saf su, 4 ədəd sınaq şüşəsi,
göz pipeti, 2 ml-lik iki ədəd pipet, 2 ədəd əşya şüşəsi, örtücü şüşə,
işiqlandırıcı, iki ədəd süzgəc kağızı, 2 ədəd qıf, mikroskop.
IĢin gediĢi. 1. İki ədəd sınaq şüşəsi götürülür. 1 №-li sınaq
şüşəsinə 2 ml su tökülür və üzərinə 5 damcı bitki yağı əlavə edilir.
2 №-li sınaq şüşəsinə 2 ml su tökülür və üzərİnə 5 damcı bitki
yağı və 5 damcı öd əlavə edilir. Sınaq şüşələrindəki qarışıq 1-2
dəqiqə yaxşı çalxalanır və hansında yağların emulsiya olunması
müşahidə edilir. Sonra hər bir sınaq şüşəsindəki qarışıqdan şüşə
103
çubuq ilə bir damcı əşya şüşəsinin üzərinə qoyulur və
mikroskopun altında baxılır.
2. İki ədəd süzgəc kağızından biri ödlə, digəri su ilə isla-
dılaraq şüşə qıfda yerləşdirilir. Hər iki qıf ayrılıqda sınaq şüşəsinə
qoyulur və hər bir qıfa bir az (5-10 ml) bitki yağı tökülür. Sonra
öd və su ilə isladılmış süzgəc kağızından yağın filtirasiya (süzül-
mə) olunma sürəti müəyyən edilir.
MÖVZU: BAĞIRSAQLARIN MOTOR (HƏRƏKƏT)
FƏALIYƏTI VƏ SORULMANIN MEXANIZMI
Nazik bağırsaqların motor fəaliyyəti əzələlərin rəqqasvari,
ritmik, peristalik hərəkətləri nəticəsində təmin olunur (şəkil 30).
Bağırsaqların motor fəaliyyəti sinir–humoral sistem ilə tənzim
olunur. Azan sinir bağırsaqların hərəkətini qüvvətləndirir, simpa-
tik sinir isə zəiflədir. Asetilxolin bağırsaqların hərəkətini qüvvət-
ləndirir, adrenalin isə zəiflədir. Bağırsaq şirəsinin fermentləri:
peptidaza, mаltаzа, lipaza və s.
Şəkil 30. Bаğırsаqlаrın mоtоrikаsı:
А-rəqsi hərəkət; B-pеristаltik hərəkət.
Məşğələyə hаzırlаşmаq üçün suаllаr:
1.
Bağırsaqların motor fəaliyyətinin öyrənilməsi üsulları
2.
Bağırsaqların hərəkətinin növləri.
3.
Bağırsaqların motor fəaliyyətinin tənzimi.
104
4.
Sorulma prosesinin mexanizmi və tənzimi.
5.
Züllaların, yağların, karbohidratların parçalanma məhsul-
larının, suyun və mineral maddələrin sorulması.
6.
Vitaminlərin sorulması.
Lаbоrаtоriyа iĢi 45.
Ġstiqanlı heyvanlarda bağırsaqların motor
fəaliyyətinin müĢahidəsi.
ĠĢ üçün lazımdır: dovşan və ya balaca it, təsbit üçün stol,
narkotik maddə, cərrahi alətlər, tənzif, ipək sap, 38-40
0
C tempe-
ratura qədər isidilmiş fizioloji məhlul, küvet, induksion cihaz və
ya elektrostimulyator.
ĠĢin gediĢi. Dovşan stolda təsbit olunaraq, narkoz edilir.
Boyun nahiyyəsində sağ tərəfdə azan sinir tapılır, kəsilir və sinirin
periferik ucu sapa götürülür. Qarın boşluğu açılır. Bağırsaqlar
qarın boşluğundan çıxarılır və isti fizioloji məhlul ilə isladılmış
tənzif dəsmalın üzərinə qoyulur.
Normada bağırsaqların hərəkəti müşahidə edilir. Sonra induk-
siya cərəyanı ilə azan sinir qıcıqlandırılır və bağırsaqların hərəkəti
müşahidə edilir (şəkil 31).
Dostları ilə paylaş: |