Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/62
tarix29.05.2018
ölçüsü2,8 Kb.
#46531
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   62

101 
Lyuqol məhlulu, 8 ədəd sınaq şüşəsi, ştativ, su hamamı, su termo-
metri,  ştativdə  yerləşdirilimiş  büret,  2  ədəd  kimyəvi  stəkan,  spirt 
lampası, göz pipeti, 2 ml-lik 2ədəd pipet. 
ĠĢin  gediĢi.  6  ədəd  sınaq  şüşəsi  nömrələnir  və  ştativdə  yer-
ləşdirilir: 
1  №-li  sınaq  şüşəsinə  2  ml  mədəaltı  vəzi  şirəsi  və  kiçik 
parça fibrin əlavə edilir. 
2  №-li  sınaq  şüşəsinə  2  ml  mədəaltı  vəzi  şirəsi  tökülür  və 
onun üzərinə 3-4 damcı 0,5 % HCl məhlulu (turş reaksiya alınana 
qədər –lakmus kağızı ilə təyin olunur) və kiçik parça fibrin əlavə 
edilir. 
3  №-li  sınaq  şüşəsinə  2  ml  mədəaltı  vəzi  şirəsi  və  2  ml 
bişmiş nişasta məhlulu əlavə edilir. 
4  №-li  sınaq  şüşəsinə  2  ml  mədəaltı  vəzi  şirəsi  və  az 
miqdarda nişasta tozu əlavə edilir. 
5  №-li  sınaq  şüşəsinə  2  ml  mədəaltı  vəzi  şirəsi  tökülür  və 
onun üzərinə 12 damcı bitki yağı əlavə edilir. 
6  №-li  sınaq  şüşəsinə  2  ml  mədəaltı  vəzi  şirəsi  tökülür  və 
üzərinə 12 damcı bitki yağı və 5 damcı öd əlavə edilir. 
Bütün  sınaq  şüşələri  40  dəqiqə  müddətində  38-40
0
C  tempe-
raturda  istiliyi  olan  su  hamamına  qoyulur.  Su  hamamının  tempe-
raturu  termometr  ilə  müntəzəm  yoxlanır.  Temperatur  azalanda 
hamama qaynar su əlavə edilir. 
40  dəqiqədən  sonra  1  və  2  №-li  sınaq  şüşələrində  züllaların 
parçalanma məhsulları təyin edilir. Bunun üçün 1 və 2 №-li sınaq 
şüşələrində,  40  №-li  işdə  göstərildiyi  kimi  büret  reaksiyası 
qoyulur. 
3 və 4  №-li sınaq  şüşələrində nişastanın  parçalanma məhsul-
ları təyin edilir. Yəni hər bir sınaq şüşəsindəki qarışıq iki bərabər 
hissəyə  ayrılır  (eyni  nömrəli  sınaq  şüşələrinə)  38  №-li  işdə 
göstərildiyi kimi bir hissə ilə nişastaya, digər hissə ilə qlükozaya 
qarşı reaksiya qoyulur. 
 5 və 6 №-li sınaq şüşələrində yağların parçalanma məhsulları 
təyin  edilir.  Bunun  üçün  həmin  sınaq  şüşələrində  olan  qarışıq 


102 
ayrılıqda  eyni  nömrəli  stəkanlara  tökülür.  Hər  bir  stəkanda  olan 
qarışığın üzərinə 1-2 damcı fonolftalein indikatoru əlavə edilir və 
3  dəqiqə  müddətində  itməyən  açıq  cəhrayı  rəng  alınana  qədər 
büretdən 0,1 n NaOH məhlulu ilə titrlənir. 
 5  və  6  №-li  sınaq  şüşələrindəki  qarışığın  titrlənməsinə  sərf 
olunan qələvinin miqdarı damcıların sayina görə hesablanır. 
 
 
Lаbоrаtоriyа iĢi 44. 
Ödün yağları emulsiya etməsi. 
Öd qara ciyərdə fasiləsiz əmələ gəlir. Qara ciyər ən iri vəzili 
orqandır. Onun orqanizmdən çıxarılması və qüvvətli zədələnməsi 
insan və heyvanda ölümə səbəb olur. Öd göy-sarımtıl rəngli maye 
olmaqla,  zəif  qələvi  reaksiyalıdır  -  ödün  əsas  komponentləri  öd 
turşuları,  öd  piqmentləri,  xolesterin,  lesitin,  yağlar  və  mütəlif 
duzlardır. 
 
 Ödün həzm prosesində rolu: 
1. Yağları emulsiya halına salır 
2.Mədədən bağırsağa keçmiş turş möhtəviyyatı neytrallaşdırır 
və bağırsaq həzmi üçün şərait yaradır 
3. Fermentləri fəallaşdırır 
4. Bakteriosid təsirə malikdir 
5.Öd  turşuları  yağ  turşuları  ilə  birləşərək  suda  həll  olan 
birləşmə əmələ gətirir və beləliklə yağların sorulmasını təmin edir 
və s. 
ĠĢ üçün lazımdır: öd, bitki yağı, saf su, 4 ədəd sınaq şüşəsi, 
göz pipeti, 2 ml-lik iki ədəd pipet, 2 ədəd əşya şüşəsi, örtücü şüşə, 
işiqlandırıcı, iki ədəd süzgəc kağızı, 2 ədəd qıf, mikroskop. 
IĢin  gediĢi.  1.  İki  ədəd  sınaq  şüşəsi  götürülür.  1  №-li  sınaq 
şüşəsinə 2 ml su tökülür və üzərinə 5 damcı bitki yağı əlavə edilir. 
2  №-li  sınaq  şüşəsinə  2  ml  su  tökülür  və  üzərİnə  5  damcı  bitki 
yağı  və  5  damcı  öd  əlavə  edilir.  Sınaq  şüşələrindəki  qarışıq  1-2 
dəqiqə  yaxşı  çalxalanır  və  hansında  yağların  emulsiya  olunması 
müşahidə  edilir.  Sonra  hər  bir  sınaq  şüşəsindəki  qarışıqdan  şüşə 


103 
çubuq  ilə  bir  damcı  əşya  şüşəsinin  üzərinə  qoyulur  və 
mikroskopun altında baxılır. 
2.  İki  ədəd  süzgəc  kağızından  biri  ödlə,  digəri  su  ilə  isla-
dılaraq şüşə qıfda yerləşdirilir. Hər iki qıf ayrılıqda sınaq şüşəsinə 
qoyulur və  hər  bir  qıfa  bir az (5-10 ml)  bitki  yağı  tökülür.  Sonra 
öd və su ilə isladılmış süzgəc kağızından yağın filtirasiya (süzül-
mə) olunma sürəti müəyyən edilir. 
 
 
MÖVZUBAĞIRSAQLARIN MOTOR (HƏRƏKƏT)  
FƏALIYƏTI  VƏ SORULMANIN MEXANIZMI 
Nazik  bağırsaqların  motor  fəaliyyəti  əzələlərin  rəqqasvari, 
ritmik,  peristalik  hərəkətləri  nəticəsində  təmin  olunur  (şəkil  30). 
Bağırsaqların  motor  fəaliyyəti  sinir–humoral  sistem  ilə  tənzim 
olunur.  Azan  sinir  bağırsaqların  hərəkətini  qüvvətləndirir,  simpa-
tik  sinir  isə  zəiflədir.  Asetilxolin  bağırsaqların  hərəkətini  qüvvət-
ləndirir,  adrenalin  isə  zəiflədir.  Bağırsaq  şirəsinin  fermentləri: 
peptidaza, mаltаzа, lipaza və s. 
 
Şəkil 30. Bаğırsаqlаrın mоtоrikаsı: 
 А-rəqsi hərəkət; B-pеristаltik hərəkət. 
 
Məşğələyə hаzırlаşmаq üçün suаllаr: 
1.
 
Bağırsaqların motor fəaliyyətinin öyrənilməsi üsulları 
2.
 
Bağırsaqların hərəkətinin növləri. 
3.
 
Bağırsaqların motor fəaliyyətinin tənzimi. 


104 
4.
 
Sorulma prosesinin mexanizmi və tənzimi. 
5.
 
Züllaların, yağların, karbohidratların parçalanma məhsul-
larının, suyun və mineral maddələrin sorulması. 
6.
 
Vitaminlərin sorulması. 
 
Lаbоrаtоriyа iĢi 45.  
Ġstiqanlı heyvanlarda bağırsaqların motor 
fəaliyyətinin müĢahidəsi. 
ĠĢ  üçün  lazımdır:  dovşan  və  ya  balaca  it,  təsbit  üçün  stol, 
narkotik  maddə,  cərrahi  alətlər,  tənzif,  ipək  sap,  38-40
0
C  tempe-
ratura  qədər  isidilmiş  fizioloji  məhlul,  küvet,  induksion  cihaz  və 
ya elektrostimulyator. 
ĠĢin  gediĢi.  Dovşan  stolda  təsbit  olunaraq,  narkoz  edilir. 
Boyun nahiyyəsində sağ tərəfdə azan sinir tapılır, kəsilir və sinirin 
periferik  ucu  sapa  götürülür.  Qarın  boşluğu  açılır.  Bağırsaqlar 
qarın  boşluğundan  çıxarılır  və  isti  fizioloji  məhlul  ilə  isladılmış 
tənzif dəsmalın üzərinə qoyulur. 
Normada bağırsaqların hərəkəti müşahidə edilir. Sonra induk-
siya cərəyanı ilə azan sinir qıcıqlandırılır və bağırsaqların hərəkəti 
müşahidə edilir (şəkil 31). 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə