Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/62
tarix29.05.2018
ölçüsü2,8 Kb.
#46531
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   62

98 
Lаbоrаtоriyа iĢi 40.  
Mədə Ģirəsinin zülala təsiri. 
ĠĢ  üçün  lazımdır:  Mədə  şirəsi,  fibrin,  ştativ,  4  ədəd  sınaq 
şüşəsi, su hamamı, göz pipetləri, 2 ml-lik 2 ədəd pipet, şüşə üçün 
karandaş,  termometr,  qırmızı  lakmus  kağızı,  pinset,  saat  şüşəsi, 
spirt  lampası,  su  üçün  fincan,  0,3%-li  mis  sulfat  məhlulu,10%-li 
NаOH  məhlulu,  0,5%-li  xlorid  turşusu  məhlulu,  10%-li  soda 
məhlulu. 
IĢin  gediĢi.  5  ədəd  sınaq  şüşəsi  nömrələnir  və  ştativdə 
yerləşdirilir. 
1№-li sınaq şüşəsinə 2 ml mədə şirəsi və kiçik parça (0,2 q) 
fibrin əlavə edilir. 
2 №-li sınaq şüşəsinə 2  ml qaynadılmış mədə şirəsi  tökülür, 
soyudulur və üzərinə kiçik parça fibrin əlavə edilir. 
3 №-li sınaq şüşəsinə 2 ml mədə şirəsi tökülür, üzərinə kiçik 
parça fibrin əlavə edilir. 
4  №-li  sınaq  şüşəsinə  2  ml  mədə  şirəsi  tökülür  və  onun 
üzərinə  3-4  damcı  10%-li  soda  məhlulu  (qələvi  reaksiya  alınana 
qədər lakmus kağızı ilə yoxlanır) və kiçik parça fibrin əlavə edilir. 
5 №-li sınaq şüşəsinə 2 ml 0,5%-li xlorid turşusu məhlulu və 
kiçik parça fibrin əlavə edilir. 
1,  2,  4,  5  №-li  sınaq  şüşələri  40  dəqiqə  müddətinə  38-40
0

temperaturda istiliyi olan su hamamına qoyulur. 
3 №-li sınaq şüşəsi 40 dəqiqə müddətinə stəkanda olan buza 
qoyulur. 
40 dəqiqədən sonra sınaq şüşələri su hamamından və buzdan 
çıxarılaraq,  zülalların  parçalanmasını  və  parçalanmamasını  təyin 
etmək biuret reaksiyası qoyulur. 
Bunun üçün hər bir sınaq şüşəsində olan qarışığın üzərinə ona 
bərabər miqdarda (2 ml) 10%-li NaOH məhlulu tökülür, çalxalanır 
və  üzərinə  3 damcı  0,3%-li mis  sulfat  məhlulu əlavə edilir. Zülal 
parçalanan sınaq şüşəsində cəhrayı, parçalanmayan sınaq şüşəsin-
də  isə  bənövşəyi  rəng  alınır.  Təcrübənin  nəticəsi  analiz  edilərək 
dəftərə yazılır. 


99 
Lаbоrаtоriyа iĢi 41.  
Ximozin fermentinin südə təsiri. 
ĠĢ  üçün  lazımdır:  mədə  və  ya  şirdan  şirəsi,  spirt  lampası, 
0,5%-li soda məhlulu, təzə süd, 1 ml-lik bir ədəd pipet, su hama-
mı, 5 ml-lik 1 ədəd pipet, ştativ. 
ĠĢin gediĢi. 2 ədəd sınaq şüşəsi götürülür. 1 №-li sınaq şüşə-
sinə  1  ml  mədə  şirəsi,  2№-li  sınaq  şüşəsinə  1  ml  qaynadılmış  və 
soyudulmuş mədə şirəsi tökülür. Sonra hər bir sınaq şüşəsinə 5 ml 
təzə  süd  əlavə  edilir.  Sınaq  şüşələri  15-20  dəqiqə  37-38
0
C  tem-
peraturda  istiliyi  olan  su  hamamında  və  ya  termostatda  saxlanır. 
15-20  dəqiqədən  sonra  hansı  sınaq  şüşəsində  südün  laxtalanması 
müəyyən edilir. 
 
Lаbоrаtоriyа iĢi 42.  
Mədə Ģirəsinin turĢuluğunun təyini. 
Mədə şirəsinin tərkibində HCl vardır. Ona görə də mədə şirə-
sinin reaksiyayası turşdur. Heyanlarda mədə şirəsinin PH 0,7 – 1,0 
bərabərdir.  Xlorid  turşusu  mədədə  sərbəst  və  birləşmiş  şəkildə 
olur. 
ĠĢ  üçün  lazımdır:  mədə  şirəsi,  dimetlamidoazobenzolun 
spirtdə,  0,5%-li  məhlulu,  fenolftaleinin  spirtdə  1%-li  məhlulu, 
0,1n  NаОN  məhlulu,  titrasiya  üçün  büret,  100  ml-lik  kimyəvi 
stəkan və ya kolba. 
ĠĢin  gediĢi.  Kolbaya  5  ml  mədə  şirəsi  tökülür  və  üzərinə  2 
damcı fenolftaleinin spirtdə məhlulundan əlavə edilir. 
Bu  vaxt  qırmızı  rəng  alınır.  Sonra  kolbadakı  qarışıq  0,1n 
NaOH  məhlulu  ilə  zəif-sarı  rəng  alınana  qədər  titrlənir.  Zəif  sarı 
rəngin  alınmasına  sərf  olunan  qələvinin  miqdarı  sərbəst  xlorid 
turşusunu göstərir. 
Həmin  kolbada  2-ci  titrləmə  aparılır,  yəni  zəif  sarı  rəng, 
qırmızı  rəngə  çevrilənə  qədər  qələvi  ilə  titrləmə  davam  etdirilir. 
Qırmızı  rəngin  alınmasına  sərf  olunan  cəmi  qələvinin  miqdarı 
qeyd edilir və bu ümumi xlorid turşusunu göstərir. 


100 
Ümumi turşuluq ilə sərbəst turşuluq arasındakı fərq birləşmiş 
turşuluğu göstərir. 
Məsələn,  zəif-sarı  rəngin  alınmasına  2  ml  NaOH,  qırmızı 
rəngin  alınmasına 3 ml NaOH sərf edilib.  Alınan rəqəmlər 20-yə 
vurularaq 100 ml mədə şirəsindəki turşuluq hesablanır. 
Ümumi turşuluq – Ü/T = 3 x 20 = 60 ml 0,1n NaOH 
Sərbəst turşuluq – S/T = 2 x 20 = 40 ml 0,1n NaOH 
Birləşmiş turşuluq –B/T = 60 – 40 = 20 ml 0,1n NaOH 
Məlumdur ki, 1 ml 0,1n  NaOH, 1  ml 0,1%-li  HCl-u neytral-
laşdırır.  1  ml  0,1%-li  xlorid  turşusu  məhlulunda  0,00365  qram 
HCl  vadır.  Buna  görə  də,  0,00365-i  100  ml  mədə  şirəsində  olan 
xlorid  turşusunun  neytrallaşmasına  sərf  edilən  0,1%n  NaOH  –ın 
miqdarına  vursaq  xlorid  turşusnun  qram  faizlə  miqdarını  tapmış 
olarıq. 
Ü/T= 0,00365 x 60 ml 0,1n NaOH = 0,219 q/% HCl 
S/T= 0,00365 x 40 ml 0,1n NaOH = 0,146 q/% HCl 
B/T =0,00365 x 20 ml 0,1n NaOH = 0,073 q/% HCl 
 
 
Lаbоrаtоriyа iĢi 43.  
Mədaltı vəzin Ģirəsinin fermentlərinin 
həzm xassəsinin təyini. 
Mədəaltı vəzi qarışıq sekresiyalı vəzidir. Belə ki, həzm şirəsi 
və  hormon  hazırlayır.  Mədəaltı  vəzi  çıxarılanda  heyvan  15-20 
gündən sonra ölür. Vəzin sekretor fəaliyyəti iti və xroniki təcrübə 
üsulları  ilə  öyrənilir.  Şirənin  tərkibində  su,  üzvü  və  qeyri-üzvi 
maddələr  vardır.  Reaksiyası  qələvidir.  Şirənin  tərkibində:  tripsin, 
ximotripsin, laktаza və s. fermentlər vardır. 
Mədəaltı  vəzin  şirəsinin  tərkibində  züllalara,  yağlara  və 
karbohidratlara təsir göstərən fermentlər vardır. 
ĠĢ  üçün  lazımdır:  mədəaltı  vəzi  şirəsi,  fibrin,  bitki  yağı, 
0,5%-li bişmiş nişasta məhlulu, öd, çiy nişasta (toz halında), 5%-li 
xlorid  turşusu  məhlulu,  1%-li  mis  sulfat  məhlulu,  10%-li  NaOH 
məhlulu,  0,1n  NaOH  məhlulu,  fenolftalein,  göy  lakmus  kağızı, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə