Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/62
tarix29.05.2018
ölçüsü2,8 Kb.
#46531
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   62

85 
HƏZM 
MÖVZU: AĞIZ HƏZMĠ 
Ağız boşluğunda həzm prosesi üç mərhələdən ibarətdir: 
1.
 
Yemin qəbulu  
2.
 
Xüsusi ağız həzmi  
3.
 
Udma  
Ağız suyunun tərkibində su, üzvi və qeyri-üzvi maddələr var. 
Zəif  qələvi  reaksiyalı  mayedir.  Ağız  suyunun  tərkibində  olan 
amilaza  və  maltoza  fermentləri  karbohidratları  qlükozaya  qədər 
parçalayır. Ağız suyu yemi isladır, çeynəməni asanlaşdırır, udma-
nı  təmin  edir,  mədədə  HCl-u  nisbətən  neytrallaşdırır,  orqanizmin 
temperaturunun  nizamlanmasında  iştirak  edir  (itlərdə).  Bakte-
riosid təsirə malikdir. 
Həzm  fizioloji  prosesdir.  Mürəkkəb  quruluşlu  qida  maddələ-
rinin, sadə  birləşmələrə  çevrilərək orqanizm  tərəfindən mənimsə-
nilməsinə  həzm  deyilir.  Həzm  orqanlarının  motor  (hərəki), 
sekretor, sorma, ekskretor, hormonal və s. funkisiyaları vardır. 
Məşğələyə hazırlaşmaq üçün suallar: 
1. Orqanizm üçün həzmin əhəmiyyəti  
2. Həzm prosesini təmin edən faktorlar  
3. Həzmin növləri  
4. Həzm orqanlarının funksiyalаrı  
5. Ağız suyunun əhəmiyyəti və ifrazi mexanizmi  
6. Müxtəlif yemlərin qəbulu zamanı ağız suyunun miqdarı və 
tərkibi 
7.  Ağız  suyunun  fermentləri  və  onların  təsiri  üçün  optumal 
şərait  
8. Ağız suyunun ifrazının sinir və humoral tənzimi 
 


86 
Lаbоrаtоriyа iĢi 38.  
Ağız suyu fermentlərinin təsirinin öyrənilməsi 
Ağız suyunun tərkibində iki ferment vardır: 
1. Amilaza  
2. Maltoza  
Bu  fermentlər  karbohidratlara  təsir  göstərir.  Ağız  suyunun 
fermentləri zəif qələvi mühitdə, 37-40 dərəcədə temperaturda fəal 
olur. Ağız suyu üç cüt ağız suyu vəzilərinin məhsuludur. Bu vəzi-
lərə  qulaqdibi,  çənəaltı,  və  dilaltı  vəzilər  aiddir.  Bunlardan  əlavə 
ağız  boşluğuna  dilin,  yanağın  divarlarında  olan  xırda  vəzilər  də 
sekret  ifraz  edir.  Ağız  suyu  vəzilərinin  fəaliyyətini  itlər  üzərində 
I.P.Pavlov  və  D.L.Qlinski  öyrənmişdir.  Belə  ki,  alimlər  vəzin 
axarını xaricə çıxarmışlаr (şəkil 24). 
 
 
Şəkil 24. Аğız suyu sеkrеsiyаsının rеflеktоr tənziminin sxеmi:  
1-аğız bоşluğu rеsеptоrlаrı; 2-аffеrеnt sinir; 3-uzunsоv bеyindəki həzm 
mərkəzi; 4-pаrаsimpаtik sinir; 5-simpаtik sinir; 6-krаniаl bоyun düyünü;  
7-düyünsоnu simpаtik sinir; 8-аğız suyu vəzisi; 9-simpаtik mərkəzlər;  
10-bеyin qаbığındа görmə və аli həzm mərkəzləri аrаsındа şərti rеflеksin 
müvəqqəti əlаqəsi. 
 
Ağız  suyu  almaq  üçün  vəzin  axarına  metal  kapsula  da 
qoymaq olar. Bu üsul insanlardan аğız suyu almaq üçün daha çox 
istifadə olunur. 
Itlərdə  ağız  suyu  ifrazı  fasiləlidir.  Ağız  boşluğuna  yem  və 
yaxud  başqa  qıcıqlandırıcı  maddə  daxil  olduqda  ağız  suyu  ifraz 


87 
оlur.  Ifraz  olunan  ağız  suyunun  miqdarı  və  keyfiyyəti  qəbul 
edilmiş  yemin  növündən  və  xarakterindən  asılıdır.  Itdə  yumşaq 
çörəyə az, suxarıya isə çox ağız suyu ifraz olunur. Ağız suyunun 
99-99,4%-ni su, 0,6-1%-ni quru maddə təşkil edir. 
Ağız  suyu  yem  qəbulundan  1-3  saniyə  sonra  ifraz  olunmağa 
başlayır və yem qəbulunun axırına qədər davam edir. Atda, itdə və 
donuzda  ağız  suyu  ifrazı  fasiləlidir  -  ancaq  yem  qəbulu  zamanı 
ifraz olunur. Gövşəyən heyvanlarda isə fərqli olaraq ancaq qulaq 
dibi  vəzi  fasiləsiz şirə  ifraz edir. Heyvanlarda ağız suyu ifrazının 
xarakterik qıcığı yemdir. Ancaq qeyri yabançı maddələrə qarşı da 
ağız suyu ifraz olunur. Bu orqanizmin müdafiə refleksidir. 
Atın  ağız  suyunda  fermentlər  azdır.  Karbohidratlar  yemin 
tərkibində  olan  fermentlərin  hesabına  parçalanır.  Atda  sutka 
ərzində 40-litr ağız suyu ifraz olunur. 
Iri  buynuzlu  heyvanlarda  sutkada  -  90-190  litr, qoyunda  -  6-
10 litr ağız suyu ifraz olunur və tərkibində ferment olmur. 
Donuzda ağız suyu ifrazı fasiləli olmaqla, sutkada 15-litrə qə-
dər ifraz olunur. Donuzların ağız suyu qüvvətli amilolitik xassəyə 
malikdir. Onun tərkibində amilaza və maltаza fermentləri var. 
Bütün heyanlarda ağız boşluğunun divar vəziləri fasiləsiz şirə 
ifraz edir. 
Körpə  gövşəyən  heyvanlarda  südəmər  dövrdə  çənəaltı  və 
dilaltı  vəzilərin  sekresiyası  qulaqdibi  vəzə  nisbətən  üstün  olur. 
Ümumiyyətlə, südəmər dövrdə (bu vaxt buzovda mədə önləri fəа-
liyyətdə  olmur)  buzovda  qulaqdibi  vəzin  fəaliyyəti  çox  zəif  olur 
(demək  olar  ki,  ağız  suyu  ifraz  etmir).  Buzov  qarışıq  yemə  ke-
çəndə mədə önlərinin inkişafi ilə əlaqədar olaraq qulaqdibi vəzin 
ifraz  etdiyi  ağız  suyunun  miqdarı  və  qələviliyi  artır.  Digər 
vəzilərin şirə ifrazı dəyişmir. 
Gövşəyənlərdə  qulaqdibi  vəzin  fasiləsiz  sirə  ifrazına  səbəb 
mədə  önlərinin  reseptorlarından  vəzə  fasiləsiz  gələn  impulslarla 
onun  fasiləsiz  oyanmasıdır.  Ağız  həzminin  son  mərhələsi 
udmadır. 


88 
IĢ  üçün  lazımdır:  insanın  və  kənd  təsərrüfati  heyvanlarının 
ağız  suyu,  0,5%-li  bişmiş  nişasta  məhlulu,  Lyuqol  məhlulu  (100 
ml saf suda 2 qram kalium- yod və 1 qram yod həll edilir), 0,5%-li 
xlorid  turşusu  məhlulu,  10%-li  NаОN  məhlulu,  göy  lakmus  ka-
ğızı,  1%-li  CuSO
4
  məhlulu,  göz  pipetləri,  2  ml-lik  4  ədəd  pipet, 
ştativ, 14 ədəd sınaq şüşəsi, şüşə üçün karandaş, 38-40
0
C tempe-
raturada  istiliyi  olan  su  hamamı,  buz  və  ya  qar  (qabda),  spirt 
lampası, termometr və sairə. 
IĢin  gediĢi.  Iş  аşağıdakı  cədvəldə  göstərilən  sxem  üzrə 
aparılır (cədvəl 11). 
 
Cədvəl 11.  
Təcrübənin sxеmi 
S
ın
aq
  
şü
şə
si
n
in
.№
 
Şüşəyə tökülən maddə 
Təcrübənin şəraiti 
Nəticə 

2 ml insanın ağız suyu + 2 ml 
bişmiş nişasta 
1,2,3,4,5,6  N-li  sınaq 
şüşələri  10  dəqiqə  38-
40


temperaturda 
istiliyi 
olan 
su 
hamamında saxlanılır. 
 
Hamamın  temperaturu 
mütəmadi olaraq 
termometr 
ilə 
yoxlanılır. 
  
  
  
 

2 ml insanın qaynadılmış ağız 
suyu + 2 ml bişmiş nişasta 

2  ml  insanın  ağız  suyu  +  3-
4damcı  0,5%-li  xlorid  turşusu 
(turş  reaksiya  lakmus  kağızı 
ilə  təyin  edilir)  +  2  ml  bişmiş 
nişasta 

2  ml  donuzun  ağız  suyu  +  2 
ml bişmiş nişasta 

2  ml  atın  ağız  suyu  +  2ml 
bişmiş nişasta  

2  ml  gövşəyən  heyvanın  ağız 
suyu + 2ml bişmiş nişasta 

2  ml  donuzun  buzda  soyudul-
muş  ağız  suyu  +  2  ml  bişmiş 
nişasta 
7  N-li  sınaq  şüşəsi  10 
dəqiqə buzda saxlanılır 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə