Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/62
tarix29.05.2018
ölçüsü2,8 Kb.
#46531
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   62

114 
Laboratoriya iĢi 48.  
Ağız suyunun reaksiyasının təyini. 
ĠĢ  üçün  lazımdır:  gövşəyənlərin,  atın,  itin  ağız  suyu,  0,1  n 
xlorid turşusu məhlulu, titrləmə üçün ştativdə 2 ədəd büret, 5 ədəd 
kimyəvi  stəkan,  4  ədəd  10  ml-lik  pipet,  göz  pipeti,  metiloranj 
indikatoru, şüşə üçün karandaş. 
ĠĢin gediĢi. 5 ədəd stəkan nömrələnir. 
1  №-li  stəkana  10  ml  gövşəyən  heyvanın  qarışıq  ağız  suyu 
tökülür. 
2  №-li  stəkana  10  ml  gövşəyən  heyvanın  qulaqdibi  vəzinin 
şirəsi tökülür. 
3 №-li stəkana 10 ml atın ağız suyu tökülür. 
4 №-li stəkana 10 ml itin ağız suyu tökülür. 
5 №-li stəkana 10 ml insanın ağız suyu tökülür. 
Bütün stəkanlara 1-2 damcı metiloranj əlavə edilir və itməyən 
narıncı-cəhrayı rəng alınana qədər 0,1 n xlorid turşusu məhlulu ilə 
titrlənir.  Müxtəlif  heyvanların  ağız  suyunun  titrləşməsinə  sərf 
olunan turşunun miqdarı damcılara görə təyin olunur. 
 
 
Lаbоrаtоriyа iĢi 49.  
Infuzorların mikroskop altında öyrənilməsi. 
ĠĢ üçün lazımdır: qaynadılmış vazelin yağı təbəqəsinin altına 
yeridilmiş  işgənbə  möhtəviyyatı,  su  ilə  dolu  termos  tеmpеrаturu 
38-40
0
C, mikroskop, örtük və əşya şüşələri, şüşə çubuq, Morozov 
stolu, 50
0
C-yə qədər qızdırılmış su, termometr, tənzif, salfet. 
ĠĢin gediĢi. Şüşə çubuqla1 damcı işgənbə möhtəviyyatı  əşya 
şüşəsi  üzərinə  qoyulur.  Damcının  üzəri  örtük  şüşəsi  ilə  örtülür. 
Əşya şüşəsi Morozovun qızdırıcı stolu üzərinə qoyulur və mikros-
kopun kiçik böyüdücüsü ilə infuzorlarin hərəkəti müşahidə edilir. 
Mikroskop  altında  görünən  müxtəlif  növ  infuzorlarin  şəkli 
dəftərə çəkilir. 
 


115 
MÖVZU: MADDƏLƏR MÜBADĠLƏSĠ. 
Maddələr  mübadiləsi  canlı  orqanizmin  əsas  xassələrindən 
biridir. Hər bir orqanizmin fizioloji funksiyalarının əsası maddələr 
mübadiləsidir. Maddələr mübadiləsi (metabolizm) olmadan həyat 
mümkün deyildir. 
Оrqаnizm  üçün  zəruri  оlаn  bütün  qidа  mаddələri,  həmçinin 
оksigеn,  su  və  s.  birləşmələr  xаrici  mühitdən  аlınır.  Fаsiləsiz 
оlаrаq оrqаnizm ilə xаrici mühit аrаsındа mübаdilə prоsеsi gеdir. 
Mаddələr mübаdiləsi dаyаndıqdа həyаt dа dаyаnır. 
Maddələr  mübadiləsi  bir-biri  ilə  əlaqədar  iki  proses  ilə 
xarakterizə olunur:  
1. Assimilyasiya (anabolizm)  
2. Dissimilyasiya (katаbolizm). 
Maddələr mübadiləsi bir neçə mərhələdən ibarətdir: 
 1. Müxtəlif üzvü və qeyri-üzvü maddələrin оprqanizmə daxil 
olması. 
 2. Həmin maddələrin orqanizmidə dəyişilməsi

 
3.  Maddələr  mübadiləsinin  son  məhsullarının  orqanizmdən 
xaric olunması. 
Maddələr  mübadiləsini  öyrənmək  ücün  azot  balansı,  təcrid 
olunmuş orqanlar, angiostomiya, kateterizasiya, nişanlanmış atom 
və  başqa  üsullardan  istifadə  olunur.  Hazırda  maddələr  mübadi-
ləsini öyrənmək ücün kateterizasiya üsulundan çox istifadə edilir. 
Maddələr  mübadiləsi  fermentlərin  hesabına  gedir.  Məşhur 
ingilis alimi D.İ.Bernar düzgün olaraq müəyyən etmişdir ki, əgər 
fermentlər olmasaydı, yer kürəsində həyat olmazdı. 
İ.P.Pavlov  fermentləri  «həyatın  oyadıcısı  və  açarı»  adlan-
dırmışdır.  Fermentlər  bitkilərdə,  heyvanlarda  və  insanlarda  olur. 
Onlar orqanizmdə gedən bütün proseslərdə iştirak edir. 
Mikroorqanizmilərin,  bitkilərin  və  heyvanların  bir  çox  fer-
mentləri sənayedə istifadə edilir. Fermentlərin köməyi ilə müalicə 
vaksinləri alınır, yun yağsızlaşdırılır, cay ətirli hala salınır, çörək, 
pendir və s. qida məhsulları istehsal olunur.  


116 
Insanların  sutkalıq  qida  payında  yağların  ümumi  miqdarı  50 
qramdаn  az  olmamalıdır  və  onun  50%-ni  heyvan  mənşəli  yağlar 
təşkil etməlidir. 
Həzm sisteminin müxtəlif şöbələrində yağlar qliserinə və yağ 
turşularına  parcalanır.  Yağların  çox  hissəsi  orqanizmdə  ehtiyat 
halında  saxlanılır.  Qida  çatışmadıqda  çox  enerji  sərf  edildikdə 
orqanizm ehtiyat saxlanan yağlardan istifadə edir. 
Ehtiyat yağ (depo yağı) ən çox dərialtı piy qatında toplanır və 
daxili orqanları mexaniki təsirlərdən qoruyur. 
Depolarda  olan  yağ  ehtiyat  enerji  mənbəyidir.  Zülalların, 
yağların  və  karbohidratların  mübadiləsi  vahid  bioloji  prosesdir. 
Yağların mübadiləsi sinir-humoral sistem ilə tənzim olunur. 
Karbohidratlar  orqanizmidə  əsas  enerji  mənbəyi  kimi  sərf 
olunur.  Ağız  suyunda,  mədəaltı  vəzin  şirəsində  və  bağırsaq 
şirəsində karbohidratlara təsir göstərən fermentlər vardır. 
Həzm  sistemindən  qana  sorulmuş  karbohidratların  əsas 
hissəsi  qapı  venası  ilə  qara  ciyərə  daxil  olur  və  qlikogenə 
çevrilərək ehtiyat halında saxlanılır (şəkil 33). 
 
 
Şəkil 33. Kаrbоhidrаtlаrın mübаdiləsi sxеmi. 
 
Оrqanizmə  az  miqdar  karbohidrat  daxil  olduqda  qlikogen 
qlükozaya  parcalanır.  Beləliklə,  qanda  şəkərin  normal  miqdarı 


117 
təmin olunur. Qlikogen qlükozadan ancaq qara ciyərdə yox başqa 
orqan və toxumalarda (əzələ) da sintez olunur. 
Karbohidratlar  bitki  mənşəli  qida  məhsullarında,  məsələn, 
taxıl bitkilərinin dənində, kartofda, meyvələrdə çox olur. 
Ümumiyyətlə,  karbohidratlar  bağırsaqlardan  qana  mannoza, 
qlükoza  və  fruktoza  (monosaxaridlər)  şəkilində  sorulur. 
Orqanizmə  çoxlu  karbohidrat  daxil  olarsa  qara  ciyərdə  onun 
hamısı  qlikogenə  sintez  oluna  bilmir.  Nəticədə  qanda  şəkərin 
miqdarı normaya nisbətən artır və buna hiperqlikemiya deyilir. 
İnsanların  karbohidratlara  sutkalıq  tələbatı  500  qramdır. 
Normadа qanda şəkərin miqdarı isə 80-120 mq%-dir.  
Qanda  qlükozanın  70%-dən  az  olması  -  hipoqlikemiya,  120 
mq%-dən  çox  olması  isə  hiperqlikemiya  adlanır.  Qanda  qlüko-
zanın  miqdarının  50-40  mq%-ə  qədər  azalması  zamanı  insanda 
müvazinət  itir,  gıc  olma  baş  verir,  tər  ifrazı  çoxalır  və  ölüm  ola 
bilir.  Müalicə  məqsədi  ilə  qana  qlükoza  vurulmalı  və  ya  xəstə 
şəkər qəbul etməlidir.  
Qanda  qlükoza  150-180  mq%  olduqda  sidik  ilə  xarıc  olunur 
(qlükozuriya).  İnsanlar  ücün  gündəlik  şəkər  norması  cavanlar 
ücün - 50-70 qram, yaşlı insanlar ücün - 30-50 qramdır. 
Bir  qram  karbohidrat  oksidləşdikdə  4,1  kkalori  enerji  verir. 
Əgər  orqanizmə  az  karbohidrat  daxil  olarsa,  enerji  tələbatı 
zülalların və yağların hesabına ödənilir.  
Mədəаltı  vəzin  hormonu  insulin  qanda  olan  qlükozanın  artıq 
hissəsini  qlikogenə  çevirir  və  qanda  şəkərin  miqdarı  norma 
daxilində  sabit  saxlanılır.  Mədəaltı  vəzin  funksiyası  pozulduqda 
az insulin ifraz olunur və nəticədə insanda şəkərli diabet xəstəliyi 
əmələ gəlir. 
Ümumdünya  Səhiyyə  Təşkilatının  (ÜST)  verdiyi  məlumata 
görə  dünyada  şəkərli  diabet  xəstəliyinə  tutulmuş  insanların  sayı 
1999-cu ildə - 110 milyon, 2000-ci ildə - 175 milyon, 2007-ci ildə 
– 193 milyоn, 2010-cu ildə - 200 milyon, 2011-ci ildə 240 milyоn 
olmuşdur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə