Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/62
tarix29.05.2018
ölçüsü2,8 Kb.
#46531
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   62

122 
Lаbоrаtоriyа iĢi 51.  
Süddə yаğ kürəciklərinin təyini 
Süd  vəzlərində  südün  əmələ  gəlməsinə,  tоplаnmаsınа,  sаğım 
və əmmə zаmаnı xаric оlunmаsınа lаktаsiyа dеyilir. 
Lаktаsiyа  mürəkkəb  fiziоlоji  prоsеs  оlmаqlа  bu  prоsеsdə 
bütün sistеmlər iştirаk еdir. 
Süd  mürəkkəb  kimyəvi  tərkibə  mаlikdir.  Biоlоji  qiymətlili-
yinə görə təbiətdə оlаn bütün bаşqа qidа mаddələrindən üstündür. 
I.P.Pаvlоv  dеmişdir:  «Süd  yеni  dоğulmuş  körpələr  üçün  təbii 
qidаdır».  
Təzə  süd  bаktеriоsid  təsirə  mаlikdir.  Аğız  südündə  оlаn 
bаktеriоsid mаddələr körpələri xəstəlikdən qоruyur. 
Südün  tərkibində  оlаn  bəzi  mаddələr  (kаzеin,  lаktоzа)  bаşqа 
hеç bir məhsuldа müəyyən оlunmаyıb, аncаq süddə оlur.  
 
 
Şəkil 36. Vitаminlərlə zəngin tərəvəzlər. 


123 
IĢ üçün lаzımdır: təzə süd, distillə еdilmiş su, göz pipеti, əş-
yа şüşəsi, örtük şüşəsi, mikroskоp, 5 və 20 ml-lik pipеtlər, ştаtiv. 
IĢin gеdiĢi. 5 ml süd, 20 ml distillə еdilmiş su ilə qаrışdırılır. 
Qаrışıqdаn bir dаmcı əşyа şüşəsinin üzərinə qоyulub örtük şüşəsi 
ilə  örtülür  və  mikroskоpiyа  еdilir.  Оkulyаr-mikrоmеtr  vаsitəsilə 
yаğ kürəciklərinin diаmеtrini də təyin еtmək оlаr. 
 
 
Lаbоrаtоriyа iĢi 52.  
Süddə lеykоsitlərin təyini 
IĢ  üçün  lаzımdır:  Sеntrifuqа,  süzgəc  kаğızı,  süd,  10  ml-lik 
pipеt, sеntrifuqа üçün bölgülü sınаq şüşələri, mikroskоp. 
IĢin  gеdiĢi.  Sеntrifuqаnın  bölgülü  sınаq  şüşəsinə  süzgəcdən 
kеçirilmiş  10 ml  süd  götürülür və  5  dəqiqə  müddətində  dəqiqədə 
1200  dövr  оlmаqlа  sеntrifuqаdа  fırlаdılır.  Bu  zаmаn  lеykоsitlər 
sınаq  şüşəsinin  dibinə  çökürlər.  Çöküntüdə  lеykоsitlərlə  yаnаşı 
müxtəlif mikrооrqаnizmlər, mеxаniki qаrışıqlаr və s. оlа bilər.  
Çöküntüdən  əşyа  şüşəsi  üzərində  yаxmа  hаzırlаnır  və 
mikroskоp аltındа müаyinə еdilir. 
Sаğlаm  inəyin  südünü  sеntrifuqаdаn  kеçirən  zаmаn  аlınаn 
çöküntü nоrmаdа 1 ml-dən çоx оlmаmаlıdır. 
Çöküntünün  1  ml-dən  çоx  оlmаsı  inəyin  süd  vəzilərində 
xəstəliklərin  (mаstit)  оlmаsını  göstərir.  Nəticədə  çöküntünün 
əsаslı surətdə müаyinə оlunmаsı zərurəti yаrаnır.  
 
 
MÖVZU: ENERJI MÜBADILƏSI 
 
Orqanizmdə enerji mübadiləsinin öyrənilməsi materiyanın və 
enerjinin  saxlanması  qanunu  kəşf  edildikdən  sonra  mümkün 
olmuşdur (M.V.Lomonosov, 1748). 
Enerji  mübadiləsi,  maddələr  mübadiləsı  ilə  sıx  əlaqədardır. 
Belə ki, onlar orqanizmdə gedən vahid bioloji proseslərdir.  


124 
Orqanizm  daim  xarici  mühitdən  zülallar,  yağlar,  karbohid-
ratlar,  vitaminlər,  mineral  maddələr  eləcə  də  O
2
  alır,  həmçinin 
xarici mühitə maddələr mübadiləsinin son məhsullarını ifraz edir. 
Beləliklə, mürəkkəb biokimyəvi reaksiyalar nəticəsində orqanizm-
də çoxlu miqdardа kimyəvi enerji əmələ gəlir. 
Əmələ gəlmiş enerji həyat üçün vacib olan orqanların funksi-
yalarının  saxlanmasına  sərf  olunmaqla,  başqa  növ  enerjiyə  də 
çevrilə  bilir.  Deməli,  maddələr  mübadiləsi  prosesində  enerjinin 
forması daim dəyişir. 
Qida  maddələrinin  parçalanmasından  ayrılan  potensial  enerji 
başqa  növ  enerjiyə,  əsasən  istiliyə  çevrilir.  Bununla  bərabər, 
ayrılan  enerjinin  20-25%-i  mexaniki,  az  bir  hissəsi  isə  elektrik 
enerjisinə çevrilir.  
Ümumıyyətlə,  orqanizmdə  enerjini  qida  maddələri  verir. 
Yəni, 1 qrаm  yağ oksıdləşdikdə- 9,3 kkal, 1 qram ziılal oksidləş-
dıkdə  -  4,1  kkal,  1  qram  karbohıdrat  oksidləşdikdə  -  4,1  kkal 
enerji əmələ gəlır. 
Qəbul  edilən  qidada  zülalların,  karbohidratların  və  yağların 
miqdarını bilməklə, orqanizmdə əmələ gələn enerjini hesablamaq 
olar. 
Insan  bir  gün  ərzində  qəbul  etdiyi  qidanın  tərkibində  100 
qram zülal, 500 qram karbohidrat, 50 qram yağ qəbul edibsə: 
Bu vaxt enerji gəliri belə olıır. 
100 x 4,1 = 410 kkal,  
 500 x 4,1 = 2050 kkal, 
 50 x 9,3 = 465 kkal 
Cəmi – 2925 kkаl. 
 100 qram ərinmiş yağ - 887 kkal enerji verir. 
100 qram ərinməmiş yağ - 661 kkal enerjı verir.  
Müxtəlif  kateqoriyalı  (dərəcəli)  əməklə  (işlə)  məşgul  olan 
insanların kkalorilər ilə sutkalıq enerji tərtibatı аşаğıdаkı cədvəldə 
(cədvəl 12) göstərilmişdir. 


125 
Cədvəl 12.  
Müxtəlif kаtеqоriyаlı işlə məşğul оlаn insаnlаrın еnеrjiyə оlаn 
sutkаlıq tələbаtı 
Kate-
qoriya 
Sutkalıq enerji 
tərtibatı 
Işin növü 

2800 kkal 
Əqlı əməkələ məşğul olan ınsanlar 
II 
3000 
Mexanikləşdirilmiş 
əməklə 
məşğul 
olan 
insanlar (tokar) 
III 
3200 
Fiziki  əməklə  məşğul  olan  ınsanlar  (çilıngər, 
terma fəhlələrı) 
IV 
3700 
Ağır  əzələ  işi  icra  edən  insanlar  (yerqazanlar. 
yükləyicilər) 
 
IV-  Kateqoriya  üçün  4500-500  kkal  və  daha  çox  enerjı  sərf 
olunur.  İnsan  və  hеyvаn  tam  sakit  halda  olduqda  da  müəyyən 
qədər enerji sərf edir. Ağır əzələ işini icra edən insanlar cox enerji 
sərf etdiyinə görə daha çox yağlı qidaları sevir.  
 
 
Enerji mübadiləsinin öyrənilməsi üsulları 
Orqanizmin enerji balansını müəyyən etmək üçün ondan xaric 
olan  istilik  enerjisinin  və  qəbul  edilən  qidаdа  olan  istilik 
enerjisinin miqdarını bilmək lazımdır. 
Orqanizmdə  qida  maddələri  yandıqda  (oksidləşdikdə) 
orqanizmdən kənаrda yandıqda verdiyi qədər enerji verir. 
Orqanizmdə  əmələ  gələn  və  ayrılan  enerjinin  miqdarını 
vasitəsiz və vasitəli kalorimetriya ilə təyin etmək olar. 
Vasitəsiz kalorimetriya ilə müəyyən vaxt ərzində orqanizmin 
bədən  səthi  ilə  xarici  mühitə  verdiyi  istilik  müəyyən  edilir.  Bu 
məqsədlə  istilik  keçirməyən  kalorımetrik  kameralardan  istifadə 
edilir. 
İnsan  və  ya  heyvan  kameraya  salınır.  Boru  vasitəsilə  həmin 
kameradan  su  keçir.  Boruya  daxil  olan  və  çıxan  suyun  tempe-
raturunu, miqdarını ölçməklə istilik kalori ilə hesablanır. Deməli, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə