126
bu vaxt suyun isinməsinə səbəb olan istilik orqanizmdən ayrılan
istilikdir. Vasitəsız kalorimetrıya üsulu dəqiq üsuldur. İcrası çətin
olmaqla çox vaxt sərf olunur.
Təcrübədə ən çox vasitəli kalorimetriya üsulundan istifadə
edilir. Orqanizmdə enerjinin mənbəyi oksidləşmə prosesidir. Bu
proses zamanı O
2
istifadə olunur və CО
2
əmələ gəlir.
Vasitəli kalorimetriya
İfraz edilən CО
2
və mənimsənilən О
2
miqdarına əsaslanır.
Bunun üçün xüsusi kalorimetrik respirasion kameralardan istifadə
edilir. Ancaq respirasion kamera mürəkkəb quruluşludur.
Buna görə, qaz mübadiləsi maska üsulu ilə öyrənilir. 1 litr О
2
-
nin mənimsənilməsi və ya 1 litr CO
2
-nin xaric edilməsi müəyyən
miqdar istiliyin əmələ gəlməsinə səbəb olur, əmələ gələn istiliyin
miqdarına O
2
-nin və ya CО
2
-nın kalori əmsalı deyilir.
Maddələr mübadiləsinin səviyyəsini tənəffüs əmsalına görə
müəyyən etmək olar.
Tənəffüs əmsalı müəyyən vaxtda xaric olunan CО
2
-nın
mənimsənilən О
2
-nə olan nisbətinə çevilir.
Tənəffüs əmsalının həcmi, orqanizmdə oksidləşən üzvi
maddənin növündən asılıdır. Məsələn: 1 molekul qlükozanın
oksidləşməsi üçün 6 molekııl O
2
tələb olunur.
C
6
H
12
O
2
+ 6О
2
= 6CО
2
+ 6 H
2
О
Deməli, karbohidratlar oksidləşən zaman tənəffüs əmsalı
bir оlur.
Intensiv əzələ işi zamanı tənəffüs əmsalı yüksəlir. Əksər
hallarda vahidə yaxınlaşır. Bu onunla izah olunur ki, gərgin
127
fəaliyyət zamanı enerjinin mənbəyi karbohidratların oksidləş-
məsidir.
Yağlar oksidləşən zaman tənəffüs əmsalı 0,7, zülallarda isə
0,8 olur. Xaric olunan CО
2
-nin miqdarı, mənimsənilən О
2
-dən az
olduqda tənəffüs əmsalı vahiddən az olur.
Orqanizmin enerji tərtibatını ödəmək üçün bir qida maddəsi
digərini əvəz edə bilər. Məsələn: 1 qram karbohidrat, 1 qrаm
zülalı əvəz edır. Enerjı cəhətdən bir qida maddəsinin digərini əvəz
etməsinə izodinamiya deyilir.
Qeyd etmək lazımdır ki, izodinamiyanın qidalanmada,
yеmləmədə əhəmiyyəti çox məhduddur. Ona görə ki, orqanizmə
plastik
xassəli
qida
maddələri
də
lazımdır. Maddələr
mübadiləsinin bir neçə növü var:
Ümumi mübadilə - Adi şəraitdə gedən maddələr və enerji
mübadiləsinin intensivliyinə müxtəlif faktorlar təsir edir. Bütün
xarici və daxili amillər sinir sistemi vasitəsi ilə maddələr
mübadiləsinə təsir edir.
Maddələr mübadiləsi, xarici şəraitdən, işin xarakterindən,
yaşdan və s. asılı olaraq dəyişir. Adi şəraitdə gedən maddələr və
enerji mübadiləsinə ümumi mübadilə deyilir.
Əsas mübadilə - Tam əzələ sakitliyi və аclıq zаmаnı gеdən
mübаdiləyə əsаs mübаdilə dеyilir. Əmələ gələn еnеrji həyаt üçün
vacib olan sistemlərin funksiyasına sərf olunur (qan dövranı,
tənəffüs, həzm, daxili sekresiya vəzilərinin fəaliyyəti, mərkəzi
sinir sistemi və s.).
Aralıq mübadilə- Maddələr mübadiləsinin 2-ci mərhələsidir:
qida maddələrinin qana və limfaya sorulması, üzvi maddələrin
sintezi və parçalanması prosesi, nəticədə maddələr mübadiləsinin
çoxlu miqdarda aralıq və sоn məhsullarının əmələ gəlməsi, aralıq
mübadilə adlanır.
Hеyvаn оrqаnizmində müxtləif məhsullаrın əmələ gəlməsinə
sərf оlunаn еnеrji məhsuldаr mübаdilə аdlаnır. Bir litr südün
əmələ gəlməsi üçün inəyin süd vəzilərindən 500-550 litr qаn
kеçməlidir.
128
Aclıq dövründə də maddələr mübadiləsi gedir. Bu dövrdə
həyati proseslər orqanizmdə toplanmış ehtiyat qida maddələrinin
hesabına ödənilir.
Aclıq zamanı qida maddələrinə olan tələbat əzələdə və qara
ciyərdə toplanmış qlükogenin hesabına ödənılir. Qlikоgеn ehtıyatı
sərf edildikdən sonra orqanizm yağ deposu hesabına yaşayır.
Ehtiyat yağ sərf edildikdən sonra enerji tələbatı toxuma
zülalının hesabına ödənilir. Toxuma zülalının parçalanmasının
sürətlənməsi orqanizmin aclıqdan öləcəyini göstərir.
Orqanizmdə enerji mübadiləsi maddələr mübadiləsi ilə sıx
əlaqədardır.
Enerji mübadiləsinin tənzimində beyin yarımkürələrinin
qabığının rolu böyükdür. Bundan başqa, maddələr və enerji
mübadiləsinin tənzimində aralıq beyində yerləşən vegetativ sinir
sisteminın mərkəzi də iştirak edir.
Aralıq beyində yerləşən mərkəzdən impulslar, mərkəzdən
qacan sinirlərlə orqanlara, toxumalara, yaxud daxili sekresiya
vəzilərinə verilir. Nəticədə qana daxil olan hormonlar maddələr
mübadiləsinə təsir edir.
Müxtəlif intero- və ekstеroreseptorların qıcıqlanması zamanı
əmələ gələn reflekslər enerji mübadiləsinin səviyyəsinin tənzim
оlunmasında əhəmiyvətə malikdir.
Enerji mübadiləsinin intensivliyinə hipotalamus təsir göstərir.
Enerji mübadiləsinə hipofiz, qalxanabənzər, mədəaltı və
böyrəküstü vəzilər də təsir göstərir.
Şərti qıcığın təsirındən maddələr və enerji mübadiləsinin
intensivliyi dəyişə bilər.
Orqanizmin temperatunun sabitliyi maddələr mübadiləsı üçün
əsas şərtdir. Sabit temperatura toxumalarda və bütövlükdə orqa-
nizmdə gedən proseslərin normal səviyyəsini təmin edən faktor-
dur. Orqanizmin temperaturunun sabitliyı öz növbəsində maddələr
və enerji mübadiləsinin səviyyəsindən asılıdır. İstilik balansı orqa-
nizmdə əmələ gələn və xarıci mühitə verilən enerjidən asılıdır
(şəkil 37).
Dostları ilə paylaş: |