134
Burada tənəffüs əmsalı 0,91-ə (TƏ
) bərabər olacaqdır.
6 №-li cədvəldə 0,91 tənəffüs əmsalı üçün 1 l oksigenin
kalori ekvivalenti tapılır. Bu ekvivalent 4,936 böyük kaloriyə
bərabərdir. Bu rəqəm qəbul edilmiş oksigenin miqdarına vurmaqla
heyvanın 1 dəqiqədə göstərilən təcrübə şəraitində sərf etdiyi enerji
tapılır.
4,936 x 2,37 = 11,8 böyük kalori
Alınmış rəqəmi 1440 (bir sutkada olan dəqiqələrin miqdarına)
vurmaqla bir sutka ərzində sərf olunan enerji təyin edilir.
11,8 x 1440 = 16992 böyük kalori
ĠFRAZAT
MÖVZU: SĠDĠYĠN ƏMƏLƏ GƏLMƏSĠ VƏ ĠXRACI
Normada sidiyin tərkibində zülal olmur, ona görə ki, zülallar
kapillyarların divarından keçə bilmir, sidikdə zülalın olması
albuminuriya, qanın olmas ı hematuriya adlanır. Sidik
böyrəklərin mürəkkəb işi nəticəsində iki fazada əmələ gəlir:
1. Filtirasiya (süzülmə) fazası
2. Reabsorbsiya (geri sorulma) fazası.
Birinci fazada əmələ gələn sidik ilk sidik adlanır. İkinci fa-
zada əmələ gələn isə son sidik adlanır. Böyrəklərdən əlavə ifrazat
orqanlarına ağciyərlər, tər vəziləri və bağırsaqlar aiddir. Maddələr
mübadiləsi fasiləsiz olduğu üçün ifrazat prosesi də fasiləsizdir.
Orqanizmin daxili mühitinin sabitliyini ifrazat orqanları təmin
edir.
135
Sidiyn müаyinəsi ifrаzаt оrqаnlаrının funksiоnаl vəziyyətini
təyin еtmək üçün ən yаxşı üsuldur. Sidiyin tərkibi аşаğıdаkı
cədvəldə (cədvəl 13) göstərilmişdir.
Məşğələyə hazırlaşmaq üçün suallar:
1.İfrazat prosesinin orqanizmin həyat fəaliyyəti üçün əhəmiy-
yəti.
2. Sidiyin əmələ gəlməsi və onun fazaları.
3. Sidiyin tərkibi.
4. Böyrəklərin işinə təsir göstərən faktorlar.
5.
Sidiyin əmələ gəlməsinin və ixracinin tənzimi.
6.
Homeostaz və onun canlı orqanizm üçün əhəmiyyəti.
Lаbоrаtоriyа iĢi 54.
Ġtdə diurezin öyrənilməsi.
ĠĢ üçün lazımdır: it, narkotik maddə, yarmaq üçün alətlər,
sap, 10 və 100 ml-lik şpris, vena üçün konyul, sidik axarları üçün
2 ədəd konyul, induksion tağalaq, akkumulyator, 40%-li sidik
cövhəri məhlulu, 5%-li metal abısı (fizioloji məhlulda hazırlanır).
ĠĢin gediĢi. İt narkoz edilərək stolda təsbit olunur. Qarın
boşluğu kəsilib açılır və sidik аxаrlаrı kəsilərək onlara böyrəklər
istiqamətində şüşə konyul yeridilir və sapla bağlanır. Hər bir
konyulun açıq ucuna rezin boru taxılır.
Təcrübə zamanı rezin borular vasitəsilə sidik stəkana toplanır.
Vidaci vena tapılır, kəsilir, ona ucunda rezin boru olan konyul
salınır və bağlanır.
Təcrübə it üzərində aşağıdakı ardıcıllıqla aparılır. Məhlullar
15-20 dəqiqə fasilə ilə kanyuldan vidaci venaya yeridilir: 150-200
ml fizioloji məhlul, 10 ml 10%-li natrium xlor məhlulu, 5 ml
40%-li sidik cövhəri məhlulu və 5 ml metil abısı məhlulu.
Hər dəfə qeyd olunan məhlullar yeridildikdən sonra 5 dəqiqə
müddətində sağ və sol sidik axarlarından ixrac olunan sidik dam-
cılarının miqdarı sayılır. Sidik damcılarının miqdarı hər bir
dəqiqədə ayrıca hesablanır.
136
Metil abısı yeridilən zaman onun nə qədər vaxtdan sonra
kanyulda görünməsi qeyd olunur.
Hər bir məhlul yeridilməzdən əvvəl 8 dəqiqə müddətində
sidik axarlarından ixrac olunan sidik damcılarının miqdarı sayılır,
yəni diurezin normal səviyyəsi müəyyən edilir.
Sonra itdə oturaq siniri tapılır, sapa götürülür və mərkəzi ucu
sapda qalmaq şərti ilə kəsilir.
Vidaci venaya 50 ml 40%-li sidik cövhəri məhlulu yeridilir.
Diurez artan zaman induksiya cərəyanı ilə sinirin mərkəzi ucu
qıcıqlanır və ixrac olunan sidik damcılarının miqdarı hesablanır və
nəticə çıxarılır.
Sidik üzvləri sisteminə böyrəklər, sidik axarları, sidik kisəsi
və sidik çıxaran kanal daxildir (şəkil 40, 41). Böyrəklərdən keçən
hər 10-litr qandan 1-litr ilk sidik əmələ gəlir.
Hər bir elm onun metodlarının nailiyyətləridən asılı olaraq
inkişaf edir. Böyrəklərin struktur və funksional vahidi nefrondur.
Sidiyin əmələ gəlməsi üçün əsas proseslər nefronda gedir. Sidikdə
zülalın olması-albuminuriya, qanın olması-hemoturiya, qlükoza-
nın olması- qlükozuriya adlanır.
Cədvəl 13.
Sidiyin tərkibi.
Tərkibi
Plazmada
%-lə
Sidikdə %-
lə
Qeyd olunmuş maddələr qana
nisbətən sidikdə neçə dəfə çoxdur
Su
90-93
90-95
eynidir
zülal
7 9
-
-
Şəkər
0,1
-
-
Sidik cövhəri
0,03
2
70
Sidik turşusu
0,002
0,05
25
Na
0,32
0,35
eynidir
K
0,02
0,15
7
Mg
0,001
0,04
40
Ca
0,0025
0,006
2,4
Cl
0,37
0,6
1,6
PO
4
0,009
0,27
30
SO
4
0,002
0,18
90
137
Şəkil 40. Sidik üzvləri sistеmi
Sidiyin əmələ gəlməsi prosesinə - diurez deyilir. Sidiyin xa-
ric olunmasının azalması- anuriya adlanır. Buna səbəb böyrəklərin
qan ilə təmin edilməsinin azalması və ya tam kəsilməsi (aorta və
böyrək arterİyasında tromb əmələ gələn zaman) sidik axarlarının
tutlması, böyrəklərin funksiyasının zəifləməsidir.
Şəkil 41. Insаn böyrəyinin quruluşu.
Dostları ilə paylaş: |