Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/62
tarix29.05.2018
ölçüsü2,8 Kb.
#46531
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   62

93 
vardır. Bunlar əsas, örtük və əlavə hüceyrələrdir. Əsas hüeyrələrdə 
fermentlər,  örtük  hüceyerələrdə  xlorid  turşusu  (HCl),  əlavə 
hüceyerələrdə selik əmələ gəlir (şəkil 26). 
Mədə  şirəsi  rəngsiz,  şəffaf,  turş  reaksiyalı  mayedir.  Turş 
reaksiya mədə şirəsində xlorid turşusunun olması ilə təmin olunur. 
Mədə  şirəsinin  tərkibində  su,  üzvi  və  qeyri-üzvi  maddələr 
vardır.  Mədə  şirəsinin  qeyri-üzvi  hissəsini  əsas  xlorid  turşusu 
təşkil  edir.  Mədə  şirəsində  xlorid  turşusu  0,4-0,5%  olur.  Mədədə 
həzm normal temperaturda HCl-un iştiraki ilə gedir.  
Xlorid turşusu fermentləri fəallaşdırır, züllaları mədə şirəsinin 
fermentlərinin  təsirinə  hazırlayır  (denaturlaşdırır),  möhtəviyyatın 
mədədən  onikibarmaq  bağırsağa  keçməsini  təmin  edir  (pilorik 
refleksin  oyadıcısıdır),  mədəni  dezinfeksiya  edir,  mədənin  motor 
fəaliyyətini qüvvətləndirir. 
 
 
Şəkil 26. Аtdа (а) və dоnuzdа (b) mədə vəzilərinin yеrləşməsi sxеmi:  
1-yеm bоrusu; 2-kаrdiаl sаhə; 3-fundаl və 4-pilörik vəzilər;  
5-оnikibаrmаq bаğırsаq; 6-yеm bоrusu vəzisiz sаhə. 
 
Mədə  şirəsi  sərbəst  xlorid  turşusuna  malik  olduğu  üçün  о, 
bakteriosid və bakteriostatik təsirə malikdir. Müəyyən olunmuşdur 
ki, vəba xəstəliyinin törədicisi (mikroblar) mədə  şirəsinə düşdük-
dən  sonra  10-15  dəqiqə  müddətində  məhv  olur.  Nəticədə  mik-
roblar bağırsağa keçə bilmir. 


94 
Insanlarda və heyvanlarda bəzi xəstəliklər zamanı, mədə şirə-
sinin  tərkibində  xlorid  turşusunun  miqdarı  azalır.  Bu  da  mədədə 
gedən  həzm  prosesinin  surətinin  zəifləməsinə  səbəb  olur.  Avita-
minoz B

zamanı mədə şirəsində, xlorid turşusunun miqdarı xеyli 
azalır. 
Quşlаrdа  yеm  bоrusunun  оrtаsındа  gеnişlənmə  vаrdır  ki,  bu 
dа  çinаdаn  аdlаnır.  Bunlаrdа  iki  mədə  vаrdır:  vəzili  və  əzələli 
mədələr. Bundаn bаşqа quşlаrdа çənbər bаğırsаq оlmur (şəkil 27).  
 
Şəkil 27. Quşlаrdа həzmin xüsusiyyətləri: 1-yеm bоrusu; 2-çinаdаn;  
3-vəzli mədə; 4-əzələli mədə; 5-bоrulu vəzilər; 6-оnikibаrmаq bаğırsаq; 
7-mədəаltı vəzi; 8-qаrа ciyər; 9-kоr bаğırsаq; 10-klоаkа; 11-Fаbris kisəsi. 
 
Mədə şirəsinin tərkibində - pepsin, ximozin, jelatinaza, lipaza 
fermentləri vardır.  
Pepsin  turş  mühitdə  mürəkkəb  züllaları  sadə  züllalara  (albu-
moz  və  peptonlara)  qədər  parçalayır.  Onlar  isə  bağırsaqlarda 
mədəaltı  vəzin  və  bağırsaq  şirəsinin  fermentlərinin  təsirindən 
amin  turşularına  qədər  parçalanırlаr.  Pepsin  bütün  züllalara  eyni 
dərəcədə  təsir  göstərmir.  Belə  ki,  ətin  və  qanın  züllalarını, 
yumurta zülalına nisbətən tez parçalayır. 
Ximozin  fermenti  əsas  süd  zülalına  təsir  göstərir.  Südü 
laxtalandırır, südün kazeinogenini kazeinə çevirir. Bunun südəmər 
uşaqlar  və  körpə  heyanların  qidalanması  üçün  böyük  əhəmiyyəti 
vardır. 


95 
Jelatinaza proteolitik ferment olmaqla, jelatinə təsir edir. 
Lipaza  fermenti  yağları  qliserinə  və  yağ  turşularına  parça-
layır.  Mədə  şirəsində  karbohidratlara  təsir  göstərən  fermentlər 
yoxdur. 
Selik  mədənin  divarını  örtərək  onu  pepsinin  təsirindən, 
mexaniki və kimyəvi zədələnmələrdən qoruyur. 
Mədə  şirəsinin  miqdarı  və  onun  keyfiyyətcə  tərkibi  heyvana 
verilən  yemin  həcmindən  və  onun  keyfiyyətindən  asılı  olaraq 
dəyişilir.  İtlər  üzərində  aparılmış  təcrübələrə  əsasən  müəyyən 
olunmuşdur ki, ətə qarşı mədə şirəsi ifrazi - 5-6 saat, çörəyə qarşı 
-10 saat, südə qarşı - 6 saat davam edir. 
Insanda  qida  mədədə  5-8  saat,  yağlı  qida  qəbulu  zamanı  isə 
10 saat qalır. 
Mədə  şirəsinin  sekresiyasının  mexanizmini  itlər  üzərində 
İ.P.Pavlov öyrənib (şəkil 29).  İtdə mədə boş olanda fundal vəzilər 
şirə  ifraz  etmir.  Pilorik  vəzilər  fasiləsiz  şİrə  ifraz  edir.  Kənd 
təsərrüfatı heyvanlarında mədə şirəsi ifrazi fasiləsizdir. 
Mədə şirəsi ifrazi iki fazadan ibarətdir: 
1. Reflektor faza 
 2. Neyrokimyəvi faza 
Reflektor  faza  yalançı  yemləmə  təcrübəsi  ilə  itlər  üzərində 
öyrənilib.  
Yalançı yemləmədən 5-6 dəqiqə sonra mədə şirəsi İfraz olun-
mağa başlayır və 1-2 saat davam edir. Refleks qövsünün hissələri: 
1)Ağız  boşluğundakı  reseptorlar;  2)Afferent  sinir;  3)Həzm  mər-
kəzi  (uzunsov  beyində  yerləşir);  4)Efferent  sinir  (sekretor  sinir); 
5) Mədə vəziləri.  
Mədənin sekretor siniri azan sinirdir. Reflektor faza şərtsiz və 
şərti reflekslərdən ibarətdir. 
Fistuladan  it  hiss  etmədən  onun  mədəsinə  yem  qoysaq  30 
dəqiqədən  sonra  şirə  ifraz  olunur.  Yemin  tərkibindəki  kimyəvi 
maddələr  qana  sorulur,  qan  vasitəsilə  həzm  mərkəzini  oyadır  və 
şirə ifrazatina səbəb olur.  


96 
Neyrokimyəvi faza yem qəbulundan 30 dəqiqə sonra başlayır 
və  10  saata  qədər  davam  edir.  Rus  fizioloqu  Razenkov  həzm 
zamanı itdən 200 ml qan alıb, başqa ac itin qanına vurub. Bu qan 
köçürmə ac itdə mədə şirəsi sekresiyasına səbəb olub. 
Qastirin,  enteroqastirin,  histamin  mədə  şirəsinin  sekresiya-
sının  artırır.  Qastron,  enteroqastirоn,  adrenalin  mədə  şirəsinin 
sekresiyasını ləngidir. 
 
Şəkil 28. Itdən mədə şirəsinin аlınmаsı. 
 
 
Şəkil 29. Yаlаnçı yеmləmə təcrübəsi. 
 


97 
Kimyəvi  maddələr-  mədənin  sekretor  aparatına  öz  təsirini 
sinir  sistemi  ilə  göstərir.  Ona  görə  bu  faza  neyrokimyəvi  faza 
adlanır.  
Reflektor  fazada  ifraz  olunan  şirənin  turşuluğu  çox  olmaqla, 
qüvvətli  həzm  xassəsinə  malikdir.  Neyrokimyəvi  fazada  ifraz 
olunan  şirənin  turşuluğu  və  həzm  xassəsi  birinci  fazadakına 
nisbətən zəif olur.  
Xəstəliklə  əlaqədar  olaraq  mədənin  pirorik  hissəsinin 
kəsilməsi  zamanı,  mədə  şirəsinin  sekresiyasının  ikinci  fazası  ya 
zəifləyir və ya tam kəsilir. 
Mədənin  divarı  yaxşı  inkişaf  etmiş  saya  əzələdən  ibarətdir. 
Həmin əzələ üç istiqamətdə (uzununa, dairəvi, çəp) yerləşən liflər-
dən  ibarətdir.  Bu  əzələlərin  yığılması  mədənin  hərəkətini  təmin 
edir.  
Mədənin  motor  fəaliyyəti  sinir-humoral  sistem  ilə  tənzim 
olunur.  Mədənin  hərəkətini  tənzim  edən  mərkəz  uzunsov  və  orta 
beyində  yerləşir.  Bunlar  da  baş  beyinin  ali  şöbəsində  olan 
mərkəzə tabedir. 
Mədədə  olan  möhtəviyyatın  onikibarmaq  bağırsağa  keçməsi 
evakuasiya  adlanır.  Mədənin  pirorik  hissəsində  olan  reseptоrlar 
xlorid  turşusu  ilə  qıcıqlandıqda,  pirorik  sfinktor  açılır.  Mədənin 
əzələlərinin  yığılması  nəticəsində,  mədənin  boşluğunda  olan 
kütlənin bir hissəsi onikibarmaq bağırsağa keçir. Bu proses pilorik 
refleks adlanır. 
Qusma  orqanizmin  müdafiə  reaksiyasıdır.  Mədə-bağırsaq 
sisteminə düşmüş yabancı maddə orqanizmdən xaric olunur.  
Qusma  dilin  kökünün,  udlağın,  mədə-bağırsağın  selikli  qişa-
larının qıcıqlanması zamanı baş verir. Qusma bağırsaqların antipe-
ristaltik hərəkıtləri, mədə, qarın, döş əzələlərinin və diafraqmanın 
yığılması,  kardial  sfinktorun  açılması  və  qida  borusunun  antipe-
ristaltik  hərəkəti  nəticəsində  təmin  olunur.  Qusma  mərkəzi  uzun-
sov beyində yerləşir.  
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə