Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/62
tarix29.05.2018
ölçüsü2,8 Kb.
#46531
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   62

126 
bu  vaxt  suyun  isinməsinə  səbəb  olan  istilik  orqanizmdən  ayrılan 
istilikdir. Vasitəsız kalorimetrıya üsulu dəqiq üsuldur. İcrası çətin 
olmaqla çox vaxt sərf olunur. 
Təcrübədə  ən  çox  vasitəli  kalorimetriya  üsulundan  istifadə 
edilir.  Orqanizmdə  enerjinin  mənbəyi  oksidləşmə  prosesidir.  Bu 
proses zamanı O
2
 istifadə olunur və CО
2
 əmələ gəlir. 
 
 
Vasitəli kalorimetriya 
İfraz  edilən  CО
2
  və  mənimsənilən  О
2
  miqdarına  əsaslanır. 
Bunun üçün xüsusi kalorimetrik respirasion kameralardan istifadə 
edilir. Ancaq respirasion kamera mürəkkəb quruluşludur. 
Buna görə, qaz mübadiləsi maska üsulu ilə öyrənilir. 1 litr О
2
-
nin mənimsənilməsi və ya 1 litr CO
2
-nin xaric edilməsi müəyyən 
miqdar istiliyin əmələ gəlməsinə səbəb olur, əmələ gələn istiliyin 
miqdarına O
2
-nin və ya CО
2
-nın kalori əmsalı deyilir.  
Maddələr  mübadiləsinin  səviyyəsini  tənəffüs  əmsalına  görə 
müəyyən etmək olar.  
Tənəffüs  əmsalı  müəyyən  vaxtda  xaric  olunan  CО
2
-nın 
mənimsənilən О
2
-nə olan nisbətinə çevilir.  
  
 
 
 
 
Tənəffüs  əmsalının  həcmi,  orqanizmdə  oksidləşən  üzvi 
maddənin  növündən  asılıdır.  Məsələn:  1  molekul  qlükozanın 
oksidləşməsi üçün 6 molekııl O
2
 tələb olunur. 
 
C
6
H
12
O
2
 + 6О
2
 = 6CО
2
+ 6 H
2
О 
 
Deməli,  karbohidratlar  oksidləşən  zaman  tənəffüs  əmsalı 
 
   
 
  
 
    
 
bir оlur.
 
Intensiv  əzələ  işi  zamanı  tənəffüs  əmsalı  yüksəlir.  Əksər 
hallarda  vahidə  yaxınlaşır.  Bu  onunla  izah  olunur  ki,  gərgin 


127 
fəaliyyət  zamanı  enerjinin  mənbəyi  karbohidratların  oksidləş-
məsidir. 
Yağlar  oksidləşən  zaman  tənəffüs  əmsalı  0,7,  zülallarda  isə 
0,8 olur. Xaric olunan CО
2
-nin miqdarı, mənimsənilən О
2
-dən az 
olduqda tənəffüs əmsalı vahiddən az olur. 
Orqanizmin  enerji  tərtibatını  ödəmək  üçün  bir  qida  maddəsi 
digərini  əvəz  edə  bilər.  Məsələn:  1  qram  karbohidrat,  1  qrаm 
zülalı əvəz edır. Enerjı cəhətdən bir qida maddəsinin digərini əvəz 
etməsinə izodinamiya deyilir. 
Qeyd  etmək  lazımdır  ki,  izodinamiyanın  qidalanmada, 
yеmləmədə  əhəmiyyəti  çox  məhduddur.  Ona  görə  ki,  orqanizmə 
plastik 
xassəli 
qida 
maddələri 
də 
lazımdır.  Maddələr 
mübadiləsinin bir neçə növü var: 
Ümumi  mübadilə  -  Adi  şəraitdə  gedən  maddələr  və  enerji 
mübadiləsinin  intensivliyinə  müxtəlif  faktorlar  təsir  edir.  Bütün 
xarici  və  daxili  amillər  sinir  sistemi  vasitəsi  ilə  maddələr 
mübadiləsinə təsir edir. 
Maddələr  mübadiləsi,  xarici  şəraitdən,  işin  xarakterindən, 
yaşdan  və  s.  asılı  olaraq  dəyişir.  Adi  şəraitdə  gedən  maddələr  və 
enerji mübadiləsinə ümumi mübadilə deyilir. 
Əsas  mübadilə  -  Tam  əzələ  sakitliyi  və  аclıq  zаmаnı  gеdən 
mübаdiləyə əsаs mübаdilə dеyilir. Əmələ gələn еnеrji həyаt üçün 
vacib  olan  sistemlərin  funksiyasına  sərf  olunur  (qan  dövranı, 
tənəffüs,  həzm,  daxili  sekresiya  vəzilərinin  fəaliyyəti,  mərkəzi 
sinir sistemi və s.). 
Aralıq mübadilə- Maddələr mübadiləsinin 2-ci mərhələsidir: 
qida  maddələrinin  qana  və  limfaya  sorulması,  üzvi  maddələrin 
sintezi  və  parçalanması  prosesi,  nəticədə  maddələr mübadiləsinin 
çoxlu miqdarda aralıq və sоn məhsullarının əmələ gəlməsi, aralıq 
mübadilə adlanır. 
Hеyvаn  оrqаnizmində  müxtləif  məhsullаrın  əmələ  gəlməsinə 
sərf  оlunаn  еnеrji  məhsuldаr  mübаdilə  аdlаnır.  Bir  litr  südün 
əmələ  gəlməsi  üçün  inəyin  süd  vəzilərindən  500-550  litr  qаn 
kеçməlidir. 


128 
Aclıq  dövründə  də  maddələr  mübadiləsi  gedir.  Bu  dövrdə 
həyati  proseslər  orqanizmdə  toplanmış  ehtiyat  qida  maddələrinin 
hesabına ödənilir.  
Aclıq  zamanı  qida  maddələrinə  olan  tələbat  əzələdə  və  qara 
ciyərdə toplanmış qlükogenin hesabına ödənılir. Qlikоgеn ehtıyatı 
sərf edildikdən sonra orqanizm yağ deposu hesabına yaşayır.  
Ehtiyat  yağ  sərf  edildikdən  sonra  enerji  tələbatı  toxuma 
zülalının  hesabına  ödənilir.  Toxuma  zülalının  parçalanmasının 
sürətlənməsi orqanizmin aclıqdan öləcəyini göstərir. 
Orqanizmdə  enerji  mübadiləsi  maddələr  mübadiləsi  ilə  sıx 
əlaqədardır. 
Enerji  mübadiləsinin  tənzimində  beyin  yarımkürələrinin 
qabığının  rolu  böyükdür.  Bundan  başqa,  maddələr  və  enerji 
mübadiləsinin  tənzimində  aralıq  beyində  yerləşən  vegetativ  sinir 
sisteminın mərkəzi də iştirak edir. 
Aralıq  beyində  yerləşən  mərkəzdən  impulslar,  mərkəzdən 
qacan  sinirlərlə  orqanlara,  toxumalara,  yaxud  daxili  sekresiya 
vəzilərinə  verilir.  Nəticədə  qana  daxil  olan  hormonlar  maddələr 
mübadiləsinə təsir edir. 
Müxtəlif  intero-  və  ekstеroreseptorların  qıcıqlanması  zamanı 
əmələ  gələn  reflekslər  enerji  mübadiləsinin  səviyyəsinin  tənzim 
оlunmasında əhəmiyvətə malikdir. 
Enerji mübadiləsinin intensivliyinə hipotalamus təsir göstərir. 
Enerji  mübadiləsinə  hipofiz,  qalxanabənzər,  mədəaltı  və 
böyrəküstü vəzilər də təsir göstərir. 
Şərti  qıcığın  təsirındən  maddələr  və  enerji  mübadiləsinin 
intensivliyi dəyişə bilər. 
Orqanizmin temperatunun sabitliyi maddələr mübadiləsı üçün 
əsas  şərtdir.  Sabit  temperatura  toxumalarda  və  bütövlükdə  orqa-
nizmdə  gedən  proseslərin  normal  səviyyəsini  təmin  edən  faktor-
dur. Orqanizmin temperaturunun sabitliyı öz növbəsində maddələr 
və enerji mübadiləsinin səviyyəsindən asılıdır. İstilik balansı orqa-
nizmdə  əmələ  gələn  və  xarıci  mühitə  verilən  enerjidən  asılıdır 
(şəkil 37).  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə