Afaq Yusifli İshaqlı
336
dəfələrlə etdiyi kimi yezuit ordeninin icazəsi olmadan
"Tənqidçi"
romanını nəşr etdirir. Buna görə onu
Salamankada təhqiredici istintaqa cəlb edir, məhkəmənin
qərarı ilə Qraus şəhərciyinə sürgün edirlər. Burada ona
yazmağa icazə vermir, pəhriz saxlamağa məcbur edib
acından öldürürlər. Yezuit ordeni mütəfəkkir yazıçıya belə
divan tutur. Salamanka məhkəməsindən bir il keçmiş o,
Qrausda 1658-ci ildə vəfat edir.
Qrasianın ədəbi irsi "Qəhrəman", "Siyasətçi", "Hazır-
cavablıq sənəti", "Xoşrəftar", "Gündəlik kahin, yaxud
ehtiyatlı olmaq sənəti" əsərləri və üçhissəli "Tənqidçi"
romanından ibarətdir. Filosof yazıçının əsərlərində insan
həyatının müxtəlif cəhətləri və problemləri əks etdirilir.
"Gündəlik kahin" əsəri XVII-XVIII əsrlərdə Avropa
ölkələrində ən çox yayılan əsərlərdən biri olmuşdur.
Nəsihətamiz aforizmlər şəklində yazılan bu əsərə tutqun bir
kədər və bədbinlik hakimdir. "İndiki dövrdə müdrik olmaq
üçün o qədər bilmək lazımdır ki, qədim dövrdə bu bilik
yeddi adama bəs edərdi." "Bizim günlərdə bircə adamla
danışmaq üçün əvvəllər bütöv bir xalqla danışmaq üçün
lazım olandan daha çox bacarıq işlətmək lazım gəlir." Hər
cür azadfikirlilik və əqli sərbəstlik təzahürlərinin təqib
olunduğu bu dövrdə Qrasian da fikirlərini üstüörtülü,
eyhamlı şəkildə deməyə məcbur olmuşdur. Ədib öz
oxucularına məsləhət görür ki, həddindən artıq aydın
danışmasınlar, səmimi olmasınlar. "Susmaq ehtiyatlı olmağın
ən müqəddəs sığınacağıdır", çünki açıq deyən hər bir kəs
təqib olunur, izlənir. "Öz niyyətlərini açma, çünki
düşündüyünü həyata keçirməyə mane olacaqlar, həyata
keçməyən planlara görə isə sən bədbəxt olacaqsan."
"Dünyada hökm sürən dəyişkənliyə qarşı laqeydlik əsl
müdriklik əlamətidir." "Nə qədər adama sirrini açsan, o
qədər adamdan asılı olacaqsan." "Bir sirri olmayan ürək açıl-
XVII əsr Qərbi Avropa ədəbiyyatı
337
mış məktub kimidir." "Kim xoşbəxtlik evinə zövq-səfa
qapısından girsə, oradan kədər-qüssə qapısından çıxacaqdır
və əskinə." Bu aforizmlərdə kədərli bir həyat təcrübəsi
ümumiləşdirilmişdir. Məcazilik, rəmzilik barokko ədibləri
tərəfindən sistem halına salınır. Lakin bu cəhət XVII əsrin
Avropa ölkələrində hökm sürən dəhşətli tarixi gerçəklik
şəraitindən irəli gəlir.
Qrasian həyatı boyu İspaniyanın, demək olar ki, hər
yerini gəzmiş, bütün siniflərin, təbəqələrin nümayəndələri ilə
tanış olmuşdur. Bir ruhani kimi, adamların tövbələrini
dinləyən bir keşiş kimi o, insanların əməllərini hərəkətə
gətirən səbəbləri öyrənmiş, zəngin həyat təcrübəsi
qazanmışdır. İspan cəmiyyətinin hakim təbəqələrində hökm
sürən soyuq haqq-hesab, vəzifəpərəstlik, ümumi mənafeyə
qarşı laqeydlik prinsipləri Qrasianın aforizmlərində müxtəlif
formalarda
əks olunmuşdur. Uzun müddət böyük
diplomatlar, hərbi sərkərdələr, aristokratlar mühitində
dolaşan ədib xalqın hansı üsullarla itaətdə saxlanıldığını
görmüş və öyrənmişdir. "İdarə etmək və tabe olmağa məcbur
etmək də sənətdir, adamdan qətiyyətdən çox çeviklik istəyir,
insanların varlığına hakim kəsilən alçaq ehtirasları
öyrənmək, öz xeyrinə istifadə etmək bacarığı tələb edir.
İnsanların ehtirasları müxtəlif olsa da, bütün insanlar
bütpərəstdirlər, kimi şöhrət, rütbə, kimi qazanc güdür. Hakim
təbəqələrin çevikliyi ondadır ki, bu ehtiraslar və bütləri
yaxşı-yaxşı öyrənir, adamların zəifliklərini bilib, onların
iradəsini öz əlində saxlayır."
"Gündəlik kahin" əsərində əksər halda bədbin əhval-
ruhiyyədə olan çoxlu incə psixoloji müşahidələr əks
olunmuşdur, xüsusən, hakim təbəqələrdə hökm sürən
ikiüzlülük, riyakarlıq tənqid edilmişdir.
Qrasianın "Tənqidçi" romanı da Avropa oxucuları
arasında böyük müvəffəqiyyət qazanmışdır. Orijinalda "El
Afaq Yusifli İshaqlı
338
kritikon" adlanan bu əsər forması etibarilə Volterin
"Sadəlövh", D.Defonun "Robinzon Kruzo", C.Sviftin
"Qulliverin səyahəti" əsərlərinin ən layiqli sələfi olmuşdur.
Müəllifin yezuitlər tərəfindən təqib edilməsinin səbəbi, baisi
də məhz "Tənqidçi" romanıdır. Əsərin əsas qəhrəmanları
olan Kritil və Andrenio ata və oğuldur. Gəmi qəzası
nəticəsində Andrenio insan yaşamayan bir adaya düşür.
Uşağı vəhşi dağ keçisi öz südü ilə böyüdür və ölümdən xilas
edir. Əlvan cənub təbiətinin qoynunda böyüyən Andrenio
müasir insan cəmiyyətinin kinli, fırıldaqçı təbiətindən xəbər-
sizdir. Mədəniyyətdən kənarda böyümüş Andrenionun gözü
qarşısında XVII əsrin ortalarının İspaniyasının canlı
mənzərələri gəlib keçir. O, gördüyü hadisələrə bir vəhşi və
təbii insan gözü ilə baxır. Müəllif alleqoriyadan istifadə
edərək ispan cəmiyyətinin vəhşi təbiətini açıb göstərir.
Madridin küçələrində pələnglər, şirlər, meymunlar və
başqa vəhşi heyvanlar gəzişir. Təbiətin bütün nemətləri
varlılara qismət olur, yoxsullar haqqında heç kəs düşünmür.
Müdriklərə nifrət edirlər, axmaq və nadanlar isə böyük
hörmət sahibidir. Küçələrin labirintlərində paxıllıq, kin-
küdurət, yaltaqlıq gizlənmiş, hər yerdə şər simvolu olan
şeytanlar ağalıq edirlər. Mənşəyi etibarilə antik yunan
ədəbiyyatına gedib çıxan roman-səyahət formasından istifadə
edən yazıçı onu müasir həyatdan götürülən, tez-tez dəyişən
rəngarəng
səhnələrlə
zənginləşdirilmişdir.
Onun
alleqoriyaları çox vaxt ciddi sosial məna məzmun daşıyan
rəmzlərə çevrilir. Onun bədii üslub və düşüncəsinin bu
keyfiyyətləri maarifçilik dövrünün bir çox yazıçılarına
faydalı təsir göstərmişdir.
Ədibin "Hazırcavablıq, yaxud iti ağıl sənəti" traktatı
onun estetik görüşlərini əks etdirir. Qrasian belə hesab edir
ki, antik ritorika heç də incəsənətin bütün hadisələrini,
dünyanın estetik dərkinin bütün xüsusiyyətlərini əhatə etmək
Dostları ilə paylaş: |