Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə112/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   ...   126

Afaq Yusifli İshaqlı 
 
 
342 
genişliyi, mövzularının rəngarəngliyi ilə seçilir. Onun tarixi, 
əfsanəvi,  əsatiri,  pastoral  və  məişət  mövzusunda  yazdığı 
dram  əsərlərində bütün silklər  və  təbəqələrin  nümayəndələri 
iştirak  edirlər.  Müəllif  əsərlərinin  mövzusunu  müxtəlif 
mənbələrdən  götürür,  müşahidələrdən  alır.  Burada  ispan 
tarixi  xronikaları  da,  italyan  novellaçılarının  əsərləri  də, 
səyyar  lətifələr  də,  səyyahların  söhbətləri  və  bibliya 
mövzuları  da  iştirak  edir.  O  müxtəlif  xalqların  və  dövrlərin 
həyatını  eyni  təbiilik  və  məharətlə  əks  etdirir.  Ruslar 
haqqında  yazdığı  əsərlərdə  yalançı  Dmitriyə  həsr  etdiyi 
"Böyük  Moskva  hersoqu"  pyesini  xatırlamaq  yerinə  düşər. 
Yazıçının  maraq  dairəsinin  genişliyi,  bəşər  tarixini  bütün 
genişliyi ilə əks etdirmək arzusu, müstəsna dərəcədə zəngin 
təxəyyülü  indi  də  adamı  heyran  edir.  Onu  da  nəzərə  almaq 
lazımdır ki, Lope de Veqa heç vaxt müasir ispan gerçəkliyini 
unutmur,  dövrün  qarşı-qarşıya  qoyduğu  tələblərə  cavab 
verməyə çalışır. Hər bir dövrün və xalqın ruhunu saxlamaqla 
müasir insanların hiss və duyğularını qələm alır. 
Lope  de  Veqa  özünün  dramaturgiyaya  aid  nəzəri 
fikirlərini  1609-cu  ildə  yazdığı  "Bizim  günlərdə  komediya 
yazmağın yeni sənəti" adlı mənzum traktatında şərh etmişdir. 
Qərbi Avropanın ölkələrinin ədəbiyyatında realist poetikanın 
ilk  nümunələrindən  olan  bu  əsərdə  ədib,  bir  növ,  öz 
yaradıcılıq  təcrübəsini  ümumiləşdirmişdir.  İlk  sətirlərindən 
o,  komediyanın  müasir  oxucu  və  tamaşaçının  tələblərinə 
uyğun olması prinsipini irəli sürür.  "Xalq qaydaları sevmir" 
deyən  dramaturq  klassisizmin  ciddi  qayda-qanunları  əsasın-
da  yazılmış  əsərlərin  tamaşaçılara  istənilən  səviyyədə  təsir 
göstərmədiyini,  qəhrəmanların  təmtəraqlı  nitqlərinin  soyuq 
qarşılanmasını  qeyd  edib  kütlələrin  xoşuna  gəlməyi  yeni 
teatrın əsas tələbi sayır, Lope de Veqa ilk növbədə xalq üçün 
yazır, tamaşaçıların verdiyi qiyməti hər şeydən üstün tuturdu. 
Qaydaları hər şeydən üstün tutan pedant alimlərin narazılığı, 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
343 
etirazı, onun əsərlərinin tamaşasına gəlib gəlməməsi isə ədibi 
az maraqlandırır. Dramaturq yazır: "Mənə komediya yazmaq 
lazım  olanda,  qaydaların  qapısını  üç  qat  qıfılla  bağlayıb, 
Plavt  və  Terensini  iş  otağımdan  qovuram."  Məhz  buna  görə 
də  o,  zaman  və  məkan  vəhdəti  prinsiplərini  cəsarətlə  pozur 
və  öz  hərəkətini  belə  bir  dəlillə  əsaslandırır:  "İspaniyanın 
qızğınlığının ona dünyanın yaradılmasından qiyamət gününə 
qədər  olan  bütün  hadisələri  iki  saat  ərzində  göstərməsələr, 
soyumadığını görüb mən belə deyərəm: bir halda ki, teatrda 
zövq  vermək  lazımdır,  onda  bu  hansı  yolla  əldə  edilirsə-
edilsin yaxşıdır." 
Lope  de  Veqa  klassist  dramaturgiyanın  əsas  tələb-
lərindən  birinə  qarşı  çıxaraq  göstərir  ki,  həyatda  təbiətdə 
olduğu  kimi  komediyanın  süjetində  də  faciəli  və  komik 
ünsürlərin  qarışıq  şəkildə  təqdim  və  təsvir  edilməsi  daha 
məqsədəuyğundur.  Bununla  da  ədib  yaratdığı  surətlərin 
canlı,  təbii  və  mürəkkəb  çıxmasına  nail  olmuşdur.  yaratdığı 
surətlər birtərəflilikdən yaxa qurtarmışdır. 
Lope  de  Veqa  pyesin  pərdələrə  bölünməsi,  quruluşu 
və ekspozisiyanın, intriqa düyününün, sonluğun əhəmiyyəti, 
ayrı-ayrı  rolların  yazılması  üslubları,  səhnələrin  maraqlı 
qurtarması,  pyesin  məqsədəuyğun  həcmi,  tamaşaçının 
diqqətini cəlb edən üsullar və  sair haqqında maraqlı fikirlər 
yürüdür. Dramaturqun fikrincə, intriqa pyesin beynidir. 
Lope  de  Veqanın  yaradıcılığını  səciyyələndirən  key-
fiyyətlərdən  biri  onun  işıqlı  və  həyatsevər  olmasıdır.  Yazıçı 
iradəli,  sağlam,  cəsur  və  qalib  gələn  qəhrəmanları  sevir. 
Onun  əsərlərində  müsbət  surətlərin  təsvirinə  daha  çox  yer 
verilir.  Sevdiyi  insanların  surətlərini  yaratmağa  o,  daha  çox 
meyllidir. Belə surətləri xalq da sevir. Buna görə də Lope de 
Veqanın əsərlərində şərəf, namus və qəhrəmanlıq mövzuları 
əsas yer tutur. 
Dramaturqun  komediyaları  XVI-XVII  əsrlər  ispan 


Afaq Yusifli İshaqlı 
 
 
344 
həyatının aynasıdır. Bu əsərlərdə təsvir edilən insanlar duyğu 
və  düşüncələrinin  zənginliyi,  xarakterlərinin  mürəkkəbliyi, 
ən  çətin  dəqiqələrdə  belə  ruhdan  düşməmələri  ilə  seçilirlər. 
Dramaturqun  əsərlərində  hadisələr  sürətlə  inkişaf  etdirilir, 
tez-tez  bir  yerdən  başqa  yerə  köçürülür,  onlarda  çoxlu 
surətlər  iştirak  edir,  dil  sadə  olmaqla,  əlvan  boyaları  ilə 
diqqəti  cəlb  edir.  Lope  de  Veqa  antik  müəlliflərdən  də, 
onların italyan təqlidçilərindən də, xalq teatrından da öyrən-
mişdir,  lakin  onların  hamısından  ən  yaxşı  cəhətləri,  özünün 
realist  prinsiplərinə  uyğun  gələn  keyfiyyətləri,  işıqlı, 
həyatsevər cizgiləri götürmüşdür. 
Klassisist  dramaturgiyanın  tərəfdarları  Lope  de 
Veqanın  prinsiplərini  qəbul  etməsələr  də,  ədəbi  ictimaiyyət 
onun  fikirlərini  bəyəndi,  dramaturqun  pyeslərində  onun 
nəzəri  görüşlərinin  parlaq  təsdiqini  gördülər.  İspan  teatrı 
Lope de Veqanın göstərdiyi və getdiyi yolla getdi. 
Lope de Veqa bütün janrlarda qələmini sınayıb gözəl 
əsərlər yaratsa da, onun əsas yaradıcılıq sahəsi dramaturgiya 
idi. Burada da o, komediya və dini dram /auto sakramentale/ 
formalarından daha çox istifadə etmişdir. 
Klassisist  teatrdan  fərqli  olaraq  dramaturq  kome-
diyada  pərdələrin  sayını  bir  qayda  olaraq  üçə  endirir,  özünü 
isə faciənin tam əksi olan, komik surətlər və komik səhnələr 
göstərən bir janr olmaqdan uzaqlaşdırır. Onun  komediyaları 
yeri  gələndə  faciə,  yeri  gələndə  qəhrəmanlıq  dramı,  yeri 
düşəndə  isə  sadəcə  yumor  dolu  komediyadır.  Auto 
sakramentale formasına isə o, nisbətən az müraciət etmişdir. 
Onun  komediyalarında  canlı,  hərəkətdə olan, danışan, həyə-
canlandıran  parlaq  bir  dünya  yaşayır.  Bəşər  tarixinin 
müxtəlif dövrləri, hadisələri gəlib göz önündən keçir. 
Ədibin  seçilmiş  əsərlərinə  yazdığı  müqəddimədə 
K.Derjavin  Lope  de  Veqa  yaradıcılığının  bir  sıra 
xüsusiyyətlərini  doğru  səciyyələndirərək  yazmışdır:  "Onun 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə