Afaq Yusifli İshaqlı
166
maraq doğurur.
POL SKARRON /1610-1660/. XVII əsrin birinci
yarısında Fransız ədəbiyyatında məişət realizminin ikinci
böyük nümayəndəsi Pol Skarron olmuşdur. O, Parisdə varlı
burjua ailəsində doğulmuşdur. Atası parlamentdə müşavir
idi. Lakin parlament Rişelye ilə mübarizə apardığı vaxt o,
vəzifəsini itirib xaricə qaçmış və mühacirətdə ölmüşdür.
Analığı onu atasının birinci nikahdan olan başqa uşaqları ilə
bərabər irsdən məhrum etmişdir. O da həmkarı Sorel kimi
ədəbi yaradıcılıqla dolanmalı olmuşdur. Bu vaxtlar Qrenobl
yepiskopunun məiyyətində Romaya gedən Skarron abbat
rütbəsi alır və üç il əyalət şəhərlərindən birində keşiş işləyir.
1646-cı ildən Parisə qayıdan Skarron ömrünün sonuna qədər
Parisdə yaşayır. Ağır xəstəlik nəticəsində 1638-ci ildən
kresloya bağlı qalan ədib ruhdan düşmür, şən bir həyat
keçirir. Onun evində müxalifət ruhlu kübarlar, azadfikirli
yazıçılar toplaşırdılar. 1652-ci ildə Skarron Aqrippa
d`Obinyenin nəvəsi 16 yaşlı Fransuaza d`Obinye ilə evlənir.
Skarronun ölümündən sonra bu qadın madam de Mentenon
adı ilə kral XVII Lüdovikin əvvəlcə məşuqəsi, sonra arvadı
olur.
Skarron iyirmi il yazıb-yaratmış, şair kimi özünün
yaratdığı burlesk janrı ilə, nasir kimi novellaları "Komik
roman" əsəri və komediyaları ilə tanınmışdır.
Burlesk /"burla" italyanca zarafat, istehza deməkdir/
poeziya Fransada XVII əsrin 40-cı illərində meydana gəlmiş,
qeyri-adi
uğurlarla qarşılanmış, lakin 60-cı illərin
ortalarından tənəzzülə uğramışdır. Məsələ burasındadır ki,
satirokomik səciyyə daşıyan bu poeziya müxalifətçi Fronda
zadəganlığı arasında yaranmış, mütləqiyyətçi idarə üsulunun
qeyri-real görünən əzəmətinə, burjuaziyanın eybəcərliklərinə
gülmək məqsədi daşımışdır. İtaliyada bu tipli zarafatyana
poemalar /Braççolininin "Allahlara istehza", Lallinin
XVII əsr Qərbi Avropa ədəbiyyatı
167
"Eneidlərin
astar
üzü" poemalarında olduğu kimi/
bütpərəstlik allahlarını lağa qoyub katolikliyin təsdiqinə
xidmət edirdi. Fransız ədəbiyyatında isə bu janr üstüörtülü
şəkildə ciddi siyasi və ədəbi məqsədlər izləyir, antik mifləri
astar üzünə çevirərək, şəbih formasında şərh edərək,
mütləqiyyətin qəhrəmanlıq iddialarına, bunu təsdiqə çalışan
saray ədəbiyyatının əsas mövzu mənbəyi olan Yunan-Roma
incəsənətinə gülürdü.
Burlesk sözünü ilk dəfə Fransada şair Sarrazen
işlətmiş, lakin onun banisi və ən yaxşı nümayəndəsi Skarron
olmuşdur. Onun "Tixon, yaxud Qiqantomaxiya", "Vergili tərs
üzünə" və başqa əsərləri bu janrın ən yaxşı nümunələri
sayılır. "Tifon"da yerin övladları olan titanların allahlarla
mübarizəsi, onların Olimpdən qovulması, nəhayət Herakl
tərəfindən yenidən öz yerlərinə qaytarılmaları təsvir edilir.
Guya titanlar öz aralarında keqli oynayarkən mübahisə
edirlər, atılan şarlardan biri Yupiterin sarayına düşür, onun
mətbəxindəki qiymətli Venesiya şüşələrini sındırır. Yupiter
və başqa allahlar burada komik personajlar kimi göstərilmiş,
Paris kübar cəmiyyətinin nöqsanlarına malik şəxslər kimi
təqdim olunmuşdur. Yupiter şəhvətpərəst bir adamdır, yer
sakinləri arasında qəşəng bir qız və qadın görəndə onun
dalınca düşməkdən utanmır. Onun arvadı Yunona deyingən
və qısqancdır. Titanlara isə Paris burjuaziyasının cizgiləri
verilmişdir. Onlar Paris küçələrinin dili ilə danışırlar.
"Eneida tərs üzünə" burlesk poeması Vergilinin
"Eneida"sına parodiya şəklində yazılmışdır. Skarron poe-
manın zəif yerlərini, ağılkəsməz uydurmalarını seçərək
onlara gülür. Bununla yanaşı "Eneida"nı əlçatmaz zirvə,
nümunə sayan müasir poemalara Skarron daha tənqidi
yanaşır. Burada da Skarron arxaik mifoloji şəraitdə müasirlik
cizgiləri daxil edir. Məsələn, troyalılar əsl Paris burjualarına
çevrilir, onların daxili və xarici xüsusiyyət keyfiyyətlərinə
Afaq Yusifli İshaqlı
168
malik adamlar kimi göstərilirlər.
Poemanın dili xalq danışıq dilinə yaxınlaşdırılmış,
səkkiz hecalı qoşa qafiyəli misralardan istifadə olunmuşdur.
Skarron beş il ərzində səkkiz nəğməsini yazıb çap etdirmiş,
böyük müvəffəqiyyət qazanmasına baxmayaraq, parodiyanın
həddindən artıq uzanmasını, yeksənəq və yorucu olacağını
nəzərə alıb bu sahədəki işini yarımçıq qoymuşdur. Skarronun
burlesk poeziyası Fransada və onun xaricində böyük əks-
səda oyatmış, yeni-yeni əsərlərin yaranmasına səbəb
olmuşdur. Şarl Perro, Sent-Aman, Ş.Dassusi, Füretyer,
Marivo və başqalarının bu sahədəki fəaliyyətini xatırlamaq
olar.
Burlesk poemalarına nisbətən Skarronun nəsr əsər-
ləri, xüsusən "Komik roman"ı daha əhəmiyyətlidir. Bu
romanın ilk iki hissəsini yazıçının sağlığında 1651 və 1654-
cü illərdə nəşr olunmuş, yarımçıq qalan üçüncü hissə isə
Ofre tərəfindən tamamlanmış və 1678-ci ildə nəşr edilmişdir.
"Komik roman" "Fransion"a nisbətən fransız ədəbiyyatında
realist təhkiyə janrının inkişafında daha yüksək və yetkin
mərhələni təmsil edir.
Kiçik bir komediya artistləri truppasının balaca bir
əyalət şəhəri olan Mans və onun ətrafında keçən həyat və
macəraları romanın əsas mövzusunu təşkil edir. Aktyorlarla
yanaşı şəhərin meşşan əhalisi də romanda şən, incə yumorla,
realist cizgilərlə əks olunmuş, aktyorların gəlişi ilə onların
həyatında baş verən maraqlı əhvalatlar qələmə alınmışdır.
Məhkəmə hakimi La-Rapinyer bu cəhətdən realist boyalarla
əks olunmuş bir surət kimi diqqəti cəlb edir. O, Mansda
birinci hazırcavab adam, incəsənət hamisi və həvəskarı kimi
tanınır, lakin onu incəsənətdən çox qəşəng aktrisalar cəlb
edir. Dünyagörmüş aktyor və mizantrop Rankünün kələkləri
nəticəsində o öz əməllərinin qurbanı olur. Vəkillik rütbəsi ilə
öyünən Raqoten, öyünəcək və məhdud bir adam olan baron
Dostları ilə paylaş: |