Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə51/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   126

Afaq Yusifli İshaqlı 
 
 
154 
güclü  və  dərin  fikirlər,  düşüncələr  əks  olunmalıdır.  Burada 
artıq  heç  nə  ola  bilməz.  Lakoniklik  aforizmin  əsas  məziy-
yətidir. 
 
LAROŞFUKO.  /1613-1680/. Aforizmi bədii yaradı-
cılığının  əsas  formasına  çevirən,  bu  janrda  yazdığı  əsərlərlə 
XVII əsr fransız ədəbiyyatının Kornel, Rasin, Lafonten kimi 
nümayəndələri  ilə  bir  sırada  durmaq  hüququ  qazanan 
Laroşfuko  klassisizmin  tipik  nümayəndələrindən  biridir. 
Universallığa  can  atan,  ümumiləşdirmələrində  son  həddə 
varan, konkret surətləri yox, ümumi ideyanı əsas götürən bu 
istedadlı  sənətkar  bədbinliyi,  inamsızlığı  ilə  də  əsrinin 
oğludur.  Lakin  o,  həyata,  insana,  ictimai  gerçəkliyə  bədbin, 
inamsız  münasibəti  cəhətdən  barokko  cərəyanına  məxsus 
yazıçılara daha yaxındır. 
Fransua  de  Laroşfuko  Fransanın  iri  feodal  əyanla-
rından  olmuşdur.  Mütləqiyyət  idarə  üsulu  onun  feodal 
imtiyazlarına  toxunduğu  üçün  Fronda  hərəkatında  iştirak 
etmiş,  kardinal  Rişelye  və  kardinal  Mazarini  əleyhinə 
mübarizə  aparmışdır.  14  yaşında  əlverişli  şəkildə  evlənmiş, 
15  yaşında  Kondenin  ordusunda  vuruşmuş,  16  yaşında 
saraya  daxil  olaraq  dedi-qodular,  fitnə-fəsadlar  burulğanına 
düşmüşdür, gah sürgün edilmiş, gah Bastiliyaya salınmışdır. 
Onun  həyatı  XVII  əsrin  nəzakətli  qəhrəmanlarının  həyatı 
üçün nümunə ola bilər. 
Yazıçının  həyatı  "Xatirələr"ində  təsvir  etdiyi  kimi 
rəngarəng 
macəralar 
içərisində 
keçmişdir. 
Fronda 
hərəkatında iştirakı da bu macəraların davamı kimi meydana 
çıxmışdır.  Vətəndaş  müharibəsində  qiyamçılar  dəstəsinin 
başçısı  kimi  şücaətlə  vuruşmuş  və  1652-ci  ildə  üzündən 
yaralandıqdan sonra siyasi işlərdən əl çəkib ədəbi salonlar və 
onların iştirakçıları ilə dostlaşmışdır. 
1662-ci ildə onun "Memuarlar" /"Xatirələr"/ əsəri çap 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
155 
olunur.  Səliqəli,  canlı  və  incə  bir  üslubda  yazılmış  bu 
"Xatirələr"də 
hadisələr  fərdi  təəssürat  süzgəcindən 
keçirilərək  təqdim  olunur.  Get-gedə  onun  bədbinlik  və 
ümidsizliyi tündləşir. 1665-ci ildə "Düşüncələr, yaxud əxlaqi 
hikmətlər və maksimlər" adı ilə çap olunan aforizmləri də acı 
və  əsəbi  bir  ümidsizlik  və  inamsızlıq  əhval-ruhiyyəsi  ilə 
aşılanmışdır. Bu aforizmlərdə zəngin həyat təcrübəsinin ayıq 
ümumiləşdirilməsi, orijinal bir filosofun bitkin dünyagörüşü 
əks  olunmuşdur.  Burada  ictimai  həyatdan  bədbinləşmiş  bir 
şəxsin  ictimai,  sosial  səciyyə  daşıyan  bədbinliyi  ardıcıl  və 
təsirli  tərzdə  ifadə  olunmuşdur.  Çox  mümkündür  ki,  bu 
bədbinlik  fəlsəfəsinin  yetkinləşməsində  "insan  insanın 
canavarıdır"  deyən  Hobbs  fəlsəfəsinin  də  müəyyən  rolu 
olmuşdur.  Laroşfukonun  mizantropluğu  /insansevməzliyi/ 
heç də ümidləri boşa çıxan, aldadılan məğrur bir zadəganın 
əsəbiliyinin nəticəsi deyildir. Əksinə o, mənsub olduğu sinfin 
süqutunu,  mütləqiyyət  tərəfindən  məğlub  edilib  ona  xidmət 
göstərməyə  məcbur  olduğunu  görüb  bədbinləşir,  kor-təbii 
materialist 
düşüncə 
əsasında 
mövcud 
cəmiyyətin 
eybəcərliyinin səbəblərini, köklərini açıb göstərir. 
Laroşfukonun  kitabında  diqqəti  cəlb  edən  əsas  fikir 
bundan  ibarətdir  ki,  "çaylar  dənizə  itdiyi  kimi  bütün 
yaxşılıqlar  da  haqq-hesabda  itir".  Başqa  sözlə,  yazıçının 
fikrincə, ictimai həyatın bütün hadisələri qazancla, fayda ilə, 
xudbin  haqq-hesabla  əlaqədardır.  "Qazanc  bütün  mümkün 
dillərdə  danışır,  bütün  insan  növlərinə,  hətta  onda  marağı 
olmayanlara  da  əmr  edir".  İnsanların  hərəkətləri  onların 
yaşından, cinsindən asılı olmayaraq xudbin məqsədlər güdür. 
"Sevginin nə olduğunu müəyyən etmək çətindir. Yeganə onu 
demək  olar  ki,  bu  qəlbə  münasibətdə  hökmranlıq  etmək 
cəhdidir".  "Namuslu  qadınların  çoxu  gizli  xəzinələrə 
bənzəyir,  onlar  ancaq  onları  axtarmadıqlarına  görə 
təhlükədən  uzaqdırlar".  "Ağıllı  axmaqdan  dözülməz  heç  nə 


Afaq Yusifli İshaqlı 
 
 
156 
yoxdur".  "Elə  göz  yaşları  var  ki,  başqalarını  aldadandan 
sonra  çox  vaxt  bizi  də  aldadırlar".  "Həqiqi  xeyirxahlıqdan 
nadir  heç  nə  yoxdur:  xeyirxahlıq  adlandırılan  şey  adətən 
səhlənkarlıq  və  zəiflikdən  başqa  bir  şey  deyildir".  İnsana 
inamsızlıqla,  bədbinliklə  dolu  olan  bu  fikirlər  uzun  müddət 
Fransa  kübar  cəmiyyətində  dolaşan,  insanları  yaxından 
tanıyan,  onların  əməllərini,  sözlərini  görən  ayıq,  cəsarətli 
şəxsin  real  faktlardan  çıxartdığı  qənaətlərdir.  Yazıçının 
yaşadığı  dövrü,  dolaşdığı  mühiti  nəzərə  almadan  onun 
əsərinə doğru qiymət vermək çətindir. 
Sevgidə,  dostluqda,  mərhəmətdə,  qayğıda  insan 
ancaq özünü düşünür. Adam bir başqasına kömək göstərirsə, 
bunu ancaq ona görə edir ki, başqasının əzabını görmək onun 
xoşuna  gəlmir.  Birinə  sədəqə  verirsə,  ancaq  ona  görə  belə 
edir  ki,  mərhəmət  göstərmək  onun  xoşuna  gəlir.  Əgər  ölənə 
ağlayırsa,  ancaq  özünə  yazığı  gəlir,  çünki  ölənlə  görüşmək 
ləzzətindən məhrum olur. 
Bir  klassisist  kimi  Laroşfuko  öz  hikmətlərində  insan 
eybəcərliklərinə  ümumilik  səciyyəsi  verməyə  çalışsa  da, 
onun  göstərdiyi  ehtiraslar  əslində  XVII  əsr  fransız 
zadəganlığının  yuxarı  dairələri  üçün  tipikdir.  Bu  aforizmlər 
arxasından  həmin  dövrün  zadəganları  və  əyanları  boylanır. 
Bu aforizmləri oxuyan, heyrətlə qarşılayan Fransanın yüksək 
kübar  dairələri  onlarda  özlərini  görürdülər  və  tanıyırdılar. 
Lakin  Laroşfukonun əsərini ancaq zadəganlığın əxlaqını əks 
etdirən  bir  əsər  kimi  qiymətləndirmək  yanlış  olardı.  Onun 
əhəmiyyəti, məzmunu daha genişdir. 
Laroşfukonun  bəzi  aforizmləri  bunlardır:  "Bizim 
hamımızın  özgənin  bədbəxtliyinə  dözməyə  kifayət  qədər 
gücümüz vardır", "Qocalar yaxşı məsləhət verməyi ona görə 
sevirlər  ki,  onlar  axmaq  nümunələr  göstərməyə  qabil 
olmadıqlarına  görə  özlərini  mükafatlandırsınlar",  "Krallar 
insanlarla  pullar  kimi  hərəkət  edirlər:  onlara  öz  istədikləri 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə