XVII əsr Qərbi Avropa ədəbiyyatı
151
müxtəlif dini istiqamətləri xəstənin başı üstündə durub onu
müalicə etmək əvəzinə müalicə sənəti haqqında mübahisə
aparan həkimlərə bənzədir. Məhz bu cəhətinə görə
yansemizmin ən mühafizəkar nümayəndələrindən olan
Senqlen "Məktublar"ı kifayət qədər xristianlıq ruhunda
yazılmış əsərlər saymamış, onların həddindən artıq istehzalı
bir məzmuna malik olduğunu bəyənməmişdir.
Paskalın "Məktublar" əsəri satira sənətinin nadir
incilərindən olmaqla bərabər bədii nəsrin yüksək nümunəsi
idi. Səmimi yumor, parlaq məntiq, dilinin aydınlıq və
çevikliyi, ecazkar sintaksis ilə birlikdə yüksək təhkiyə üsulu
Paskalı haqlı olaraq XVII əsrin ən görkəmli yazıçılarından
biri kimi tanıtdı. Şarl Perro "Əyalət sakininə məktublar"
əsərinin məzmun, sənətkarlıq və dil xüsusiyyətlərini yüksək
qiymətləndirərək yazırdı: "Bizdə bu janrda heç vaxt bundan
yüksək heç nə yazılmamışdır." Paskalın "Məktublar" əsəri
müxtəlif cəhətlərdən əsrin Molyer, madam de Sevinye,
Laroşfuko, madam de Lafayet, Burdalı, Bossüe kimi sənət-
karlarına təsir göstərmişdir.
Paskalın "Fikirlər" əsəri də ədəbi aləmdə onun "Mək-
tublar"ı qədər geniş əks-səda oyatmışdır. Aforizmlər şəklində
yazılan bu əsəri Paskal çap olunmaq üçün hazırlamamışdır.
Müxtəlif vaxtlarda o, qiymətli saydığı fikirlərini yazmağa
adət edir. Paskalın ölümündən sonra sistemsiz şəkildə bir
yerə yığılıb bağlanmış kağız vərəqləri dəstələri şəklində
tapılmışdır. Əsər əvvəlcə 1670-ci ildə sistemsiz tərzdə Nikol
tərəfindən çap olunmuş, sonralar isə onu ciddi tədqiqatlar
əsasında daha səliqəli elmi nəşrləri həyata keçirilmişdir.
"Məktublar"a nisbətən Paskalın Monten və Dekartla əlaqəsi
burada daha aydın hiss olunur. Müəyyən ziddiyyətlərinə
baxmayaraq
Paskal
burada
da
dini
dünyagörüşün
məhdudluğu dairəsindən çıxaraq əsl humanist ziyalı,
sənətkar səviyyəsinə yüksəlir. Paskalın fikirlərdə ifadə etdiyi
Afaq Yusifli İshaqlı
152
əsas qayə bundan ibarətdir: insanın öz şəxsi təbiətini və
mövcudluğunun məqsədini dərk etmədən vacib heç bir şey
yoxdur. Paskal göstərir ki, bu məsələyə münasibətdə
filosoflar iki cəbhəyə ayrılmışlar. Stoiklər insan təbiətini
ucaldır, onu heç bir sərhəd tanımayan ağlına görə qüdrətli
sayır, bütün varlıqlardan, hətta allahın özündən də üstün
tuturlar. Skeptiklər isə əksinə, insanı aciz, miskin bir varlıq
kimi tanıyır, idrak yolu ilə dünyaya hakim olmaq üçün heç
bir imkanı olmadığını göstərirlər, mahiyyət etibarilə insanın
heyvandan heç nə ilə fərqlənmədiyini iddia edirlər.
Paskalın "Fikirlər"ində isə insanın böyük, yoxsa bir
heç olması sualına ikili cavab verilir. Məsələyə dialektik
şəkildə yanaşan Paskalın fikrincə, insan eyni zamanda həm
böyükdür, həm də bir heçdir. İlkin günah tədricən insan
təbiətinin xırdalaşmasına və eybəcərləşməsinə səbəb oldu,
lakin bu xırdalaşmış vəziyyətdə də insan öz keçmiş
əzəmətinin, böyüklüyünün əlamətlərini saxlayır. Ağıl onu
bütün başqa canlılardan seçərək ucaldır. "İnsan təbiətin
qoynunda zəif bir qamışdan başqa bir şey deyildir, lakin o,
düşünən qamışdır. Onu əzmək üçün bütün kainatın qüdrətini
səfərbər etməyə ehtiyac yoxdur. Bir külək əsimi, bir yağış
damcısı onu ölümə yetirmək üçün kifayətdir. Lakin bütün
kainat onu məhv etməyə hücum çəksəydi də, o, yenə də onu
öldürən bütün qüvvələrdən daha qüdrətli olardı, çünki o onu
bilərdi ki, o, ölür, onu da bilərdi ki, kainat onun müqabilində
hansı üstünlüklərə malikdir. Kainat isə bunu bilmir. Bizim
bütün ləyaqətimiz və böyüklüyümüz fikrimizdədir. Doldura
bilmədiyimiz zaman və məkan yox, ancaq, o, yəni
düşüncəmiz bizi ucaldır. Buna görə gəlin yaxşıca-yaxşıca
düşünmək öyrənək: budur əxlaqın əsas prinsipi."
Əsərinin başqa yerində Paskal ağıl, düşüncə haqqında
daha artıq bir inamla danışır. O yazır: "Mən insanı əlsiz,
ayaqsız, başsız təsəvvür edə bilərəm, çünki ancaq təcrübə
XVII əsr Qərbi Avropa ədəbiyyatı
153
bizi öyrədir ki, baş ayaqdan daha faydalıdır. Lakin mən
insanı fikirsiz təsəvvür edə bilmirəm; bu ya daş olardı, ya
heyvan."
Paskalın dünyagörüşünün ziddiyyətləri orada üzə
çıxır ki, o, insan ağlını tərənnüm etdiyi vaxt onun qüdrətinə
dini vasitələrlə bəraət qazandırmağa çalışır. Guya insanın
eyni zamanda həm böyük, həm də kiçik olmasını ancaq
xristian dini aydınlaşdıra bilər. Paskalın görüşlərindəki bu
qəribə ziddiyyətlər onun dövrünün ziddiyyətləri idi. "Ata
qaçmaq xas olduğu kimi, insana da inkar etmək, inanmaq və
şübhələnmək xasdır" deyən Paskal göründüyü kimi
ziddiyyətli keçid dövrünün tipik bir şəxsiyyəti olmuşdur.
Onun "Fikirlər" əsəri də XVII əsr nəsrinin ən parlaq
abidələrindən biridir. Sözlərindəki qeyri-adi məntiq,
ifadələrin heyranedici həndəsi düzümü, bədii teorem təsiri
bağışlayan, kədərli, acı bir ironiya Paskalın müasirlərini də,
sonrakı tənqidçilərini də heyran etmişdir. Onun yazı üsulu
sonrakı dövrün nəsri üçün bir örnək olmuşdur.
Aforist yazıçılar. XVII əsr fransız ədəbiyyatında bir
sıra sənətkarlar da olmuşdur ki, onlar pyes, roman, poema,
hekayə, novella şeir yazmamışlar. Son dərəcə yığcam,
lakonik miniatürlər, yaxud xalq atalar sözlərini xatırladan
fikirlərdən ibarət olan əsərlər yaratmışlar. Həyati
müşahidələrin və düşüncələrin məhsulu olan bu əsərlərdə
dövrün əhval-ruhiyyəsi, axtarışları, münasibətləri əks
olunmuşdur. Bu janrın ilkin mənbəyi Teofrastın "Səciyyələr"
/yaxud "Xarakterlər"/ əsəri olmuşdur. Artıq İntibah dövründə
Monten bu janrdan məharətlə istifadə etmişdir. XVII əsr
fransız ədəbiyyatında bu janrın Laroşfuko, Labrüyer,
Vovenarq, Şamfor kimi tanınmış nümayəndələri yetişmişdir.
Bütün başqa janrlar kimi aforizm də yazıçıdan yüksək
istedad və sənətkarlıq tələb edirdi. Burada yığcam formada
Dostları ilə paylaş: |