Afaq Yusifli İshaqlı
148
cəhətlərindən biri olmaqla onun zadəgan qolunu təşkil edir.
Por-Royal və Blez Paskal. XVII əsrin ortalarında
klassisist bədii nəsrin ən böyük ocaqlarından biri Por-Royal
monastırı idi. Yezuitlərlə mübarizə alovları içərisində ilk
mübariz publisistlər və pamfletistlər yetişdirən bu yansenist
qadın monastırı dövrün Blez Paskal kimi ən böyük nasirini
böyüdüb tərbiyə etmişdir. XIV Lüdovikin sarayından sonra
Fransanın ikinci ədəbi mərkəzi olan Por-Royal, həm də
mütləqiyyətdən narazı olan ədəbi qüvvələrin sığınacaq yeri
olmuşdur. Fransız tədqiqatçılarından birisi Por-Royalın
fransız ədəbi fikrinin inkişafındakı rolundan bəhs edərək
yazmışdır: "Kim Por-Royal ədəbiyyatını bilmirsə, XVII əsr
ədəbiyyatını bilmir."
Yansenizm əqli bir hərəkət idi, formaca dini səciyyə
daşıyırdı, protestantlığa yaxın idi. Əslində isə papalığa, dini
iyerarxiyaya, mövhumatçılığa qarşı yönəlmiş siyasi bir
hərəkat idi. Bu hərəkat öz adını hollandiyalı ilahiyyat
professoru
Korneli
Yansenin
/1585-1638/
adından
götürmüşdür. K.Yansen alın yazısı haqqındakı köhnə
mübahisəni təzələyib ona aktual, yeni məzmun vermişdir.
Onun
fikrincə,
insanların
hərəkətləri
əzəldən
müəyyənləşdirildiyi üçün katoliklərin dindarları cənnət
həyatına hazırlamaq təşəbbüsləri mənasızdır, ziyandan başqa
heç nə vermir.
Por-Royal rahibləri katoliklərin makkiavelizminə –
qəddarlığına qarşı öz əxlaq prinsiplərini irəli sürürdülər.
İnsanın özünü təkmilləşdirməsi, daxili seyr, özündə yüksək
mənəvi keyfiyyətlər tərbiyə etmək prinsipləri onların
əxlaqında mühüm yer tuturdu. Formal cəhətdən katolik olan
yansenistlər, əslində mahiyyət etibarilə özlərini dindən kənar
elan edirdilər. Antuan Arno və Pyer Nikol Por-Royalın ən
tanınmış yazıçıları idilər. Lakin Por-Royalın tarixində Blez
XVII əsr Qərbi Avropa ədəbiyyatı
149
Paskal xüsusi yer tutur.
BLEZ PASKAL /1623-1662/ İntibah dövrünün titan-
larına məxsus çoxcəhətli yaradıcılıq keyfiyyətinə malik
olmuşdur. O, qüdrətli bir nasir olduğu qədər də, dahi fizik,
riyaziyyatçı və filosof idi. O, ilk dəfə hesablayıcı maşın kəşf
etmiş, həndəsəyə aid bir neçə teorem yaratmış, hidravlikanın
əsasını qoymuş, mayeyə təsir edən qüvvənin bərabər
miqdarda yayılması haqqında qanunu kəşf etmiş, atmosfer
təzyiqinin ilk tədqiqatçılarından olmuşdur. Bununla bərabər,
Paskal dini dünyagörüşünün təsirilə bütün həyatı boyu
özündəki elmi təfəkkür ehtirasını öldürməyə çalışmış, ağla
qarşı çıxmış, öz kəşflərindən imtina etmişdir. Paskalın faciəsi
ondadır ki, onda biliklə din, elmlə ilahiyyat, kartezianlıqla
yansenizm barışmaz bir ziddiyyətdədir. Məhz bu ziddiyyət
onun ədəbi yaradıcılığını, o cümlədən məşhur fikirlərini başa
düşməyə imkan verir. Paskalın ziddiyyətləri dövrün
ziddiyyətləri idi, feodal həyat tərzi və normaları ilə yeni
düşüncə arasındakı əksliyin təzahürü idi.
Paskal varlı burjua ailəsində anadan olmuş və evdə
təhsil almışdır. Çox erkən riyazi istedadını büruzə vermişdir.
Atası sağlamlığının pozulacağından qorxub kitabları əlindən
alır. On altı yaşında konus kəsişmələri haqqında yazdığı elmi
əsər ona elm aləmində böyük şöhrət qazandırır və Dekartı
heyrətə salır.
On səkkiz yaşında o, hesablayıcı maşın düzəldir. Bir
qədər sonra mayelərin hərəkəti haqqındakı elmi əsər yazır.
İyirmi yaşına çatanda həkimlər riyaziyyatla məşğul olmağı
tərk etməsə dəli olacağını bildirirlər. Paskal elmi axtarışlarını
dayandırıb dünyəvi eyş-işrət aləminə qapılır. "Sevgi ehtirası
haqqında düşüncə" adlı əsl sənətkarlıqla yaradılmış, lakin
məzmunca o qədər də əhəmiyyətli olmayan bir əsər yazır.
Paskal bu əsərdə şən bir epikurçu kimi diqqəti cəlb edir.
Afaq Yusifli İshaqlı
150
Otuz yaşlarında olarkən Paskal qəzaya uğrayır, beyin
silkələnməsindən xəstələnir. Xəstəlik və mənəvi sarsıntı onu
Por-Royala gətirib çıxarır. Arno və Nikolun yezuitlərlə
vuruşduğu dövrdə onun güclü satirik və döyüşkən nəsr
istedadı üzə çıxır. Katoliklərin əsas dayaq nöqtəsi olar
Sorbonna Arnoya qarşı ciddi hücuma keçəndə Por-Royal
rahibləri kömək üçün Paskala müraciət edirlər. Coşqunluqla
işə girişən Paskal "Əyalət sakininə məktublar" əsərini
yaradır. 1656-cı ilin yanvarından 1657-ci ilin martına qədər
olan müddətdə Paskalın on səkkiz məktubu çap olunur ki,
bunlar birlikdə qalın bir cild əmələ gətirir. "Məktublar" çap
olunarkən onun kim tərəfindən yazıldığı gizlədilmişdir.
Onlar bir-bir çap olunduqca, dövrün qabaqcıl adamlarını
heyran qoyursa, yezuitləri və kilsə xadimlərini cin atına
mindirir.
Paskal
məktublarda hiyləgər, aldadıcı bir
sadəlövhlüklə bir yezuitlə tanışlığından danışır. Yezuit ona
öz həmkarlarının əxlaq sistemini şərh edir. Bu üsulda incə və
öldürücü bir istehza gizlənirdi.
Paskal yezuitlərlə mübahisə etmir, sübut, dəlil
axtarmır. Komediya üslubuna müraciət edərək özünü
sadəlövh bir əyalət sakini kimi göstərir. Guya o, dini mə-
sələlərdən başı çıxmayan bir adamdır. Qarşısına çıxan ilk
adamı bu məsələlərlə bağlı sorğu-suala tutur. Belə incə bir
üsulla Paskal yezuitlərin baxış və görüşləri sisteminə qarşı
kəskin bir parodiya yaradır. Onların baxış, görüş, düşüncə
sisteminin gülünclüyünü, eybəcərliyini, boşluğunu açıb
göstərir. Volter "Məktublar"ı oxuyaraq yazmışdır: " Ən
müxtəlif üsullarla yezuitlərin iyrənc olduqlarını göstərməyə
təşəbbüslər edilmişdir; Paskal daha irəli getmişdir; o, onların
gülünclüyünü göstərmişdir."
Paskalın satirası təkcə yezuitlərə qarşı yönəlməmişdi,
onun ayrı-ayrı fikirləri yansenistlərin özlərinə də toxunurdu.
Məktubların birində Paskal kilsə mübahisələrinə toxunaraq
Dostları ilə paylaş: |