Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə59/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   126

Afaq Yusifli İshaqlı 
 
 
178 
 
M O L Y E R 
/1622 - 1673/ 
 
Molyer  fransız  ədəbiyyatının  tarixinə  komediya 
janrının  banisi  və  ən  böyük  nümayəndəsi  kimi  daxil 
olmuşdur.  Cəmiyyətin  həyatını,  adət  və  ənənəsini  dərindən 
bilən  bu  dahi  sənətkar  öz  komediyalarında  Fransanın 
həyatını bütün ziddiyyətləri ilə birlikdə bir maarifçi kimi əks 
etdirib nöqsanlarına gülmüş, daha  çox xalq içində müşahidə 
olunan  gözəlliklərini  alqışlamışdır.  Şekspir  kimi,  Molyer  də 
dünya dramaturgiyasının inkişafına güclü təsir  göstərmişdir. 
Dövrünün  zadəgan  və  burjua  ideologiyasına  məxsus 
məhdudluğunun fövqündə duran Molyer daha çox əsərlərinin 
mütərəqqi məzmunu ilə diqqəti cəlb edir. 
Nikbinlik,  həyatsevərlilik  və  duzlu  yumorla  birlikdə 
dərin ideyalılıq Molyer  komediyalarını səciyyələndirən əsas 
keyfiyyətdir. Xalqa bağlılıq, onun mənafeyini müdafiə etmək 
onun  əsərlərinə  xalq  içərisində  geniş  şöhrət  və  məhəbbət 
qazandırmışdır. 
Molyer  təxəllüsü ilə  tanınan  Jan  Batist Poklen  1622-
ci ilin 13 yanvarında Parisdə sənətkar ailəsində doğulmuşdur. 
Onun  atası  saray  dekoratoru  kimi  tanınırdı,  özünün  xüsusi 
divar  kağızı  dükanı  var  idi.  Atası  oğlunu  oxutmaq  fikrində 
deyildi.  Molyerin  yaşı  14-ə  çatanda  o  güc-bəla  ilə  oxumağı 
öyrənmişdi,  ata  istəyirdi  ki,  oğlu  onun  peşəsinin  davamçısı 
olsun.  Molyerin  oxumağa  olan  güclü  həvəsini  və  bacarığını 
görən babasının təkidi ilə atası onu Klermon yezuit kollecinə 
oxumağa  verir.  Burada  beş  il  oxuyan  Molyer  elmi  biliklərə 
yiyələnir. O, müəllimi filosof Qassendinin köməyi ilə Epikur 
fəlsəfəsini  öyrənir.  Hətta  deyilənə  görə,  bu  vaxt  o  Lukretsi 
Karın  "Şeylərin  təbiəti  haqqında"  əsərini  fransız  dilinə 
çevirir.  Kolleci  bitirib  hüquqşünas  diplomu  alan  Molyer 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
179 
Parisə  qayıdır.  Yaxın  dostları  və  həmfikirləri  ilə  birlikdə 
ayrıca  bir  aktyor  truppası  yaratmaq  istəyir.  Molyer  aktyor 
olmaq,  özü  də  fəci  rollarda  oynayacaq  aktyor  olmaq 
istəyirdi.  Məhz  bu  məqsədlə  elə  həmin  vaxt  özünə  Molyer 
təxəllüsü götürür. Əvvəllər artıq başqa bir aktyor tərəfindən 
işlədilən bu təxəllüs onun adını bütün dünyaya tanıtdırır. 
Fransada  teatrın  hələ  təzəcə  yarandığı,  daimi  aktyor 
truppasının  təzə-təzə  meydana  çıxdığı  bu  ilk  dövrdə 
Molyerin  və  onun  dostlarının  yeni  teatr  yaratmaq 
təşəbbüsləri  baş  tutmur  və  onlar    özlərinin  1643-cü  ildə 
açdıqları  teatrlarını  1645-ci  ildə  bağlamalı  olurlar.  Şarl 
Düfrenin  səyyar  komik  aktyorlar  truppasına  qoşulan  gənc 
Molyer  1646-cı  ildən  həmin  truppa  ilə  birlikdə  Fransanın 
şəhərlərini  gəzir,  həyatı  və  insanları  öyrənir,  canlı  xalq 
danışığı  ilə  tanış  olur.  Molyerin  müstəqil  dramaturji 
yaradıcılığa  müraciəti  təsadüfən,  lakin  zərurət  üzündən  baş 
verir. Müstəqil dram yaradıcılığı haqqında düşünmədən gənc 
aktyor  işlədiyi  truppanı  repertuar  yoxsulluğunu  aradan 
qaldırmaq üçün əvvəlcə italyan xalq şəbihlərini fransız həyat 
tərzinə  uyğunlaşdıraraq  yeni  şəklə  salmaqla  məşğul  olur. 
Get-gedə  bu  italyan  nümunələrindən  uzaqlaşmağa  başlayan 
ədib,  nəhayət,  onları  tamam  bir  kənara  qoyub  müstəqil 
yaradıcılıq  meydanına  atılır.  Dramaturqun  ilk  qələm  təc-
rübələri  itib-batmışdır.  Onun  italyan  nümunələri  əsasında 
yazdığı  mənzum  "Dəlisov"  /1655/  və  "Sevgi  küsüşməsi" 
/1656/ 
məzhəkələri  vəziyyət  komediyaları  tərzində 
yaradılmışdır. Komediyanın əsas qəhrəmanı xalq içərisindən 
çıxmış  nökər  Maskarildir.  Özünü  "kələkbazlar  imperatoru" 
adlandıran  Maskaril  çevikliyi,  hazırcavablığı,  hər  cür 
vəziyyətdən  çıxmaq  bacarığı  ilə  diqqəti  cəlb  edir.  Maskaril 
rolunu  Molyer  özü  ifa  edirdi.  Onu  qeyd  edək  ki,  1650-ci 
ildən Molyer truppanın rəhbəri kimi Ş.Düfreni əvəz etmişdi. 
"Dəlisov"    və  "Sevgi  küsüşməsi"  komediyalarının 


Afaq Yusifli İshaqlı 
 
 
180 
tamaşası  Molyerin  truppasına  əyalətdə  böyük  şöhrət 
qazandırmış  və  başqa  truppalar  arasında  onu  birinci  yerə 
çıxartmışdı. Bu vəziyyət truppaya Paris tamaşaçısı qarşısında 
öz səadətini bir daha sınamaq üçün əlverişli şərait yaradır və 
ümid  verirdi.  Molyerin  sarayda,  kralın  qarşısında  çıxış 
etməklə  əlaqədar  səyləri  uğurla  nəticələnir.  1658-ci  ilin  24 
oktyabrında  onun  truppasına  Luvrda  kralın  qarşısında  çıxış 
etməyə icazə verilir. Kornelin  "Nikomed" faciəsindən sonra 
truppa Molyerin yazdığı "Məftun olmuş doktor" məzhəkəsini 
oynayır. Molyerin bu kiçik məzhəkəsi böyük müvəffəqiyyət 
qazanır. Kral  göstəriş verir ki,  truppa Parisdə saxlanılsın və 
ona  Pti-Burbon  saray  teatrının  binasında  yer  verilsin.  Bu 
teatrda  üç  gün  Molyerin  truppası,  qalan  günlər  isə  İtaliya 
aktyorları  tamaşalar  göstərirdilər.  1660-cı  ildə  Molyerin 
truppası  Pale-Royalda  yer  alır  və  ora  köçür.  Pale-Royalın 
binası da teatrın tələblərinə tam cavab vermirdi. 
Parisdə  yaşadığı  14  il  müddətində  Molyer  aktyor  və 
dramaturq kimi qaynar  yaradıcılıq işi aparır, 30-dan çox pyes 
yazır.  Dramaturq  öz  dühasını  bütün  aydınlığı  ilə  nümayiş 
etdirir. Kral onun  yaradıcılığının qiymətini bütün  dərinliyi ilə 
duymasa  da,  ona  himayədarlıq  göstərir,  çətin  anlarda 
köməyinə gəlirdi. Parisdə yaşadığı və işlədiyi müddət ərzində 
Molyer həmişə düşmənlərinin, komediyalarında satira atəşinə 
tutduğu  nüfuzlu  qüvvələrin  hücumlarına  məruz  qalmışdır. 
Fransanın fəxri olan bu nəcib və istedadlı insan haqqında onun 
düşmənləri ağılkəsməz şayiələr uydurur və yayırdılar. 
1673-cü  ildə  fevralın  17-də  Molyerin  ürəyi  dayanır. 
Ölümündən bir neçə saat əvvəl artıq ağır xəstə olan Molyer 
özünün  "Yalançı  xəstə"  pyesində  baş  rolda  çıxış  edirdi. 
Tamaşa  zamanı  özünü  pis  hiss  edən  Molyer  güc-bəla  ilə 
tamaşanı  sona  çatdırır,  tamaşadan  sonra  onu  evə  xərəkdə 
gətirirlər.  Molyer  öləndə  Paris  arxiyepiskopu  Qarley  de 
Şanvallon  onu  torpağa  basdırmağı  qadağan  edən  bir  hökm 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə