Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə60/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   126

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
181 
çıxarır.  Vəfat  etmiş  dramaturqun  evini  dövrəyə  alan 
fanatiklər  onun  basdırılmasına  mane  olmağa  çalışırlar. 
Molyerin  dul  qadını  pəncərədən  pul  səpir  ki,  dindarlar 
tərəfindən  qızışdırılmış  kütlədən  yaxa  qurtarsın.  Kralın  işə 
qarışması,  arxiyepiskopun  hökmünü  ləğv  etməsindən  sonra 
Molyerin  meyitini  Sen-Jozef  qəbiristanlığında  hasarın 
kənarında heç bir mərasim icra etmədən dəfn edirlər.  Lakin 
onun  tabutu  arxasınca  sənətkara  son  borcunu  vermək  üçün 
böyük bir xalq kütləsi gedirdi. 
Molyerin  estetik  görüşləri.  Molyer  öz  yaradıcılı-
ğında  və  teatr  haqqındakı  mülahizələrində  klassisizm 
mövqeyində  dayanmış,  digər  klassisistlər  kimi  əksər  halda 
birtərəfli,  statik,  ziddiyyət  və  inkişafdan  uzaq  olan  surətlər 
yaratmışdır. Onun əsərlərində də müəllif tendensiyası birxətli 
və çılpaq şəkildə özünü büruzə verir. Klassisist dramaturgiya 
nəzəriyyəsinə  tabe  olan  Molyer  məhdud  tendensiyaçılıq 
çərçivəsində  də  həyati,  həqiqətə  uyğun  surətlər  yaratsa  da, 
klassisizmin  qanuniləşmiş  estetik  görüşləri  onun  yaradıcılıq 
imkanlarını  məhdudlaşdırmışdır.  Başqa  klassisistlər  kimi 
onun da istedadı ilə dövrünün ədəbi normaları toqquşmuş, o 
da bir çox halda bu normalar qarşısında geri çəkilmişdir. 
Bununla  bərabər  Molyerin  estetik  görüşlərində 
dövrünün  normativ  baxışlarını  ötüb  keçmək  meylləri  də 
çoxdur.  O,  belə  hesab  edir  ki,  "komediyanın  vəzifəsi 
insanları əyləndirərək və tərbiyə etməkdən ibarətdir". Molyer 
komediyanın, satirik teatrın ictimai əhəmiyyətini gözəl başa 
düşürdü, hər bir adam öz bacarıq və istedadına uyğun olaraq 
insanlara  xidmət  etməlidir.  Bu  mənada  Molyer  əsrin 
eyiblərini  gülməli  təsvirlər  vasitəsilə  ifşa  etməyi  özünün 
cəmiyyət qarşısında əsas borcu sayırdı. Ədibin fikrincə, ciddi 
əxlaqın  ən  yaxşı  nümunələri  satiraya  nisbətən  daha 
gücsüzdür.  "Biz  eyibləri  kütləvi  gülüş  hədəfinə  çevirməklə 
onlara  ağır  zərbə  endirmiş  oluruq."  Böyük  tərbiyə  edici 


Afaq Yusifli İshaqlı 
 
 
182 
qüvvəyə  malik  olan  teatrın  cəmiyyətin  həyatındakı 
əhəmiyyəti  haqqında  Molyer  dönə-dönə  söhbət  açmışdır. 
Ona  görə  də  dramaturq  həyatın  gerçək  konfliktlərini  doğru, 
dürüst əks etdirən sənət uğrunda bütün istiqamətlərdə müba-
rizə aparırdı. Aktyor oyunundan sadəlik, təbiilik tələb edirdi. 
İstəyirdi  ki,  səhnədən  deyilən  şeirlər  adi  danışıqda  olduğu 
kimi  söylənilsin.  Məhz  bu  cəhətlərinə  görə  dövrün  bir  çox 
mühafizəkar  tamaşaçıları  və  tənqidçiləri  Molyer  teatrını 
sadəliyinə, adiliyinə görə xoşlamırdılar. Molyer bütün varlığı 
ilə  səmimilik,  təbiilik,  sadəlik,  doğruluq  uğrunda  mübarizə 
aparırdı. Müasirləri Molyeri başa düşməkdən hələ çox uzaq 
idilər. Hətta J.Rasin də öz faciələrini Molyer teatrında oyna-
mağa  ona  görə  icazə  vermirdi  ki,  burada  müəllif  mətninin 
səhnə  təcəssümü  həddindən  artıq  təbii  bir  metodla  həyata 
keçirilirdi. 
Teatrı  cəmiyyətin  aynası  sayan  Molyer  klassisist 
faciənin  həyatdan  uzaq  düşməsinə,  səhnə  obrazlarının 
sxematikliyinə,  yaradılmış  vəziyyətlərin  uydurma  və 
qondarmalığına  görə  tənqid  edirdi.  Molyerin  ayrı-ayrı 
mülahizələrində  klassisist  teatrın  islah  edilməsi  fikirləri  ilə 
qarşılaşırıq.  Molyer,  bir  tərəfdən  belə  hesab  edirdi  ki, 
komediyada  təsvir  edilən  surətlərdə  əsrin  adamları  özlərini 
tanımalıdırlar,  digər  tərəfdən  həmin  surətlər  toplayıcı, 
ümumiləşdirici  keyfiyyətə  malik  olmalıdır.  Ətrafda  olan 
adamlardan  kimisə  yada  salmayan  surət  yaratmaq  mümkün 
olmadığı kimi, komediyada kimisə eyni ilə təkrar edən surət 
axtarmaq dəlilikdir. 
Molyerin  müxtəlif  münasibət  və  formada  söylədiyi 
bu  fikirlər  sonralar  realist  fikrin  yaranmasında  mühüm  rol 
oynamışdır. 
"Gülünc  ədabazlar".  Molyerə  böyük  şöhrət  qazan-
dıran  ilk  orijinal  komediya  1659-cu  ilin  18  noyabrında 
Parisdə  tamaşaya  qoyulan  bir  pərdəli  "Gülünc  ədabazlar" 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
183 
pyesidir.  Pyesin  qeyri-adi  müvəffəqiyyətinin  səbəbi  onun 
ətrafında  kübar  dairələrdə  yaranan  hay-küy  və  narazılıqla 
daha  çox  bağlıdır.  Molyer  bu  kiçik  əsərində  markiza 
Rambulyenin  salonunu  gülüş  hədəfinə  çevirməyə  cəsarət 
etmişdi.  Təzə  peyda  olmuş  dramaturq  və  aktyorun  cəsarəti 
kübar 
dairələri 
qəzəbləndirdiyindən 
onlar 
əsərin 
oynanılmasını qadağan etmişdilər. Lakin bu qadağan olunma 
ancaq  iki  həftə  davam  etdi.  Pyes iki  həftədən  sonra  yenidən 
tamaşaya  qoyuldu  və  daha  böyük  şöhrət  qazandı.  Molyer 
təkcə kübar dairələrdə geniş yayılmış ədabazlıq, modabazlıq 
azarını  yox,  həm  də  Fronda  zadəganlarını  sənətkarlıqla 
məsxərəyə  qoyurdu  kardinal  Mazarini  ona  öz  sarayında 
baxmağa arzu etdi. 
Əsərin  əsas  qəhrəmanları  Kato  və  Madlon  adlı  iki 
meşşan  qızdır.  Kübar  ədabazlarının  zövqünə  uyğun  çoxlu 
roman, şeir oxumuş bu qızlar əyalətdən Parisə gəlir, markiza 
Rambulye  kimi  şöhrət  qazanmaq  arzusu  ilə  yaşayırlar. 
Pyesdə xanım Rambulyenin və onu əhatə edən adamların adı 
çəkilməsə  də,  söhbətin  kimdən  getdiyi  tamaşaçılara  yaxşı 
məlum idi. Kato və Madlon əsl kübar ədabazlardan deyillər, 
onlar  həmin  ədabazları  yamsılayan,  onların  yolu  ilə  getmək 
istəyən  yüzlərlə,  minlərlə  adamlardandırlar.  Sadə,  aydın, 
səmimi  danışıq  onları  darıxdırır,  ikrah  doğurur.  Bu  meşşan 
qızlara  Laqranj  və  Dükrüazi  kimi  iki  zadəgan  evlənmək 
təklif etdikdə, onlar bunu romanın axırından başlamaq kimi 
qiymətləndirir  və  qəbul  etmirlər.  İş-gücləri  boyanmaq, 
güzgülənmək, ədalı-ədalı danışmaq olan bu qızlar öz adlarını 
belə  kobud  sayır  və  özlərinə  ədabazlıq  romanlarında  olan 
adlara  uyğun  adlar  seçirlər.  Madlonun  atası  Qorjibüs  qızını 
və  qardaşı  qızını  adları  ilə  çağıranda,  qızı  ona  deyir:  "O 
yarəb, siz necə də vulqarsınız.  İnanmaq çətindir ki, belə bir 
ata  dünyaya  belə  bir  ziyalı  qız  gətirmiş  olsun!  Məgər  incə 
üslubda hər hansı bir Katos və Madelondan danışırlar? Etiraf 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə