YEGANLI S.T.. HACIYEV E. M.
Mehmanxana xidmətlərinə tələbatın azalmasının başqa bir səbəbi də
xidmətlərə olan qiymətlərin gün-gündən artmasıdır. Nəqliyyat qiymətləri də
artır. Ona görə də, əhalinin əksəriyyəti səyahət etməkdənsə, evdə oturmağa
üstünlük verirlər.
Azərbaycanda mehmanxana biznesini canlandırmaq üçün daxili turizmi
inkişaf etdirmək lazımdır. Lakin bu sahədə də ciddi problemlər var. Bir
tərəfdən ölkədə olan işsizlik, digər tərəfdən «Qarabağ» konflikti daxili
turizmin inkişafına güclü zərbələr vurur. Azərbaycanda turizmin inkişafı ölkə
iqtisadiyyatının vəziyyətindən asılıdır. İqtisadiyyatı zəif olan ölkədə kütləvi
turizmdən söhbət gedə bilməz.
13.4.
NƏQLİYYAT SƏNAYESİ
Nəqliyyat xidmətləri - turizm sənayesinin əsas hissəsidir. Təəssüf ki,
Azərbaycanın turist bazarında bu sahədə ağır vəziyyət yaranmışdır. Nəqliyyat
formalarının çoxu özəlləşdirilmiş və şirkətlər özləri gediş qiymətlərini təyin
edirlər. Turoperatorlarla nəqliyyat şirkətləri arası münasibətlər dövlət
səviyyəsində tiənzimlənməmişdir. Şirkətlərin nəqliyyat xidmətlərindən ötrü
yüksək qiymətlər təyin etmələri, ümumiyyətlə, turist səyahətlərini geniş turist
kütlələri üçün əlçatmaz edir. Bunun nəticəsində də mehmanxanalar və
restoranlar dolmur və bütövlükdə turizm inkişafına zərbə vurulur.
1991-ci ilə qədər keçmiş SSRİ-də turistlər üçün nəqliyyatın bütün for-
malannda güzəştli qiymətlər qəbul olunmuşdur. Bazar münasibətləri və
antimonopoliya qanunları mərkəzləşmiş nəqliyyat sistemini dağıtdı. Müstəqil,
özəl nəqliyyat sistemləri bazar münasibətlərinə uyğunlaşa bilmədilər,
qiymətləri qaldırdılar. Bu turistlərin sayını kəskin surətdə azaltdı. Ona görə ki,
vətəndaşların alıcılıq qabiliyyəti aşağı düşmüşdür. Nəqliyyat şirkətlərinin çoxu
müflisləşdi və bazardan kənarlaşdılar. Bu hadisələr bütöv MDB məkanında baş
vermişdir. Bu sahədə baş verən dəyişikliklərdən sonra nəhayət, Azərbaycan
Respublikasında avtonəqliyyat sahəsində sabit qiymətlər yarandı. Təyyarə
daşınmalan isə əvvəlki kimi yüksək qiymətlərlə davam edir. Bu da turizmin
inkişafına təsir göstərməyə bilməz.
13.5.
TUROPERATOR VƏ TURAGENTLƏR
Bu təşkilatlar demək olar ki. turist məhsulunu istehsal edir və satışını
təşkil edirlər. Turoperator - turist marşrutlarını tərtib edən, turpaketi
komplektləşdirən, onları reklam edən və turist məhsuluna qiymət təyin edib,
onu turagentlərin vasitəsi ilə. ya da ki.
birbaşa özü satmaqla məşğul
108