Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə41/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   114

T u R1 Z M 
rir, turizmdən əldə olunan gəlirin həcmi turistlərin sayından 2 dəfə sürətlə artır. 
Servisin səviyyəsi artdıqca xidmətlərdən əldə olunan gəlirin miqdarı da artır. 
Turist  məhsulunun  ixracı  başqa  malların  ixracından  fərqlənir.  Başqa 
malları ixrac edəndə əlavə nəqliyyat xərclərini çəkib ixrac olunan malı alıcıya 
çatdırırsan. Turist məhsulunun ixracında alıcı (yəni turist) özü gəlir (yol xərci 
də özündən), turist məhsulundan istifadə edir, əlavə özü üçün çoxlu mallar alır, 
yeni təəssüratlar qazanır, istirahət edir və öz valyutasını xərcləyir. 
İndiki  zamanda  beynəlxalq  turizm  dünya  təsərrüfatının  nəhəng  iqtisadi 
faktoruna çevrilmişdir. Turist xidmətlərinin dəyəri ümumi dünya məhsulunun 
1993-cü ildə 10,1 %-ni təşkil edirdi. Lakin bu miqdar daim artmaqdadır. 
XXI  əsrin  əvvəllərindən  başlayaraq  beynəlxalq  turizm  dünya 
iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilmişdir. Hər il səyahətlərin miqdarı 
4.2
 
%  artır.  XXI  əsr  turizmin  əsridir.  Beynəlxalq  turizm  bir  çox  turizm 
mərkəzlərinin əsas gəlir mənbəyinə çevrilmişdir. 2000-ci ildə dünya üzrə 200 
ölkə və ərazidən 60-ı 1 mlrd $ gəlir götürmüşdür. 
Bəzi  ölkələrdə  turizmin  iqtisadiyyatda  oynadığı  rol  daha  böyükdür.  Bu 
ölkələrdə turizmdən alınan gəlir milli gəlirin 35-40 %-ni təşkil edir. Məsələn. 
Yunanıstanın  ölkəyə  daxil  olan  valyutasının  yarısı  turizmin  hesabına  gəlir. 
Baham adaları, Meksika, Sinqapur, Taylandda milli gəlirin 80 %- ni turizmdən 
götürürlər. 
Son  zamanlar  turizmə  müxtəlif  mənfi  faktorlar,  o  cümlədən  təbii 
fəlakətlər. iqtisadi böhranlar, terror aktları və s. təsir göstərmişdir. Bu vurulan 
zərbələrin  təsiri  altında  turizm  özündə  vurulan  zərbələrə  adaptasiya 
(uyğunlaşma)  formalaşdırmış,  öz  çevikliyini,  vurulan  zərbələrə  sonsuz 
müqavimətini  nümayiş  etdirmişdir.  İqtisadiyyatın  heç  bir  sahəsi  bu  cür 
böhranlardan salamat çıxa bilməmişdir. 1990-2000-ci illərdə Fars körfəzindəki 
müharibəyə. Balkanlardakı konfliktə və Asiya maliyyə böhranına baxmayaraq, 
turist  səfərlərinin  miqdarı  orta  hesabla  ildə  4,3  %  artmışdır.  Bu  fenomenal 
hadisənin  əsas  səbəbi  insanların  ətraf  mühiti  öyrənməyə  olan  marağıdır. 
Turizm vasitəsilə özünü və dünyanı dərk elərnək insanların həyatının yaxşıya 
doğru  dəyişməsinə,  yeni  nəqliyyat  növlərinin  əmələ  gəlməsinə,  yeni 
informasiya  texnologiyasının  yaranmasına  və  nəhayət,  qloballaşma 
proseslərinə görə mümkün olmuşdur. 
Turizmdə  istehlak  modellərinin  bir-birilə  qarışma  prosesləri  baş  verir- 
artıq  turizm  insanların  çoxuna  dəbdəbə  deyil,  təbii  yaşayış  fiziologiyasına 
lazım olan ünsürdür. Avropa ölkələrində isə dövlət səviyyəsində «səyahət 
III 


VEGANLI S.T.. HACIYEV E. M. 
hüququ»  formalaşmış  və  həyata  tətbiq  olunur.  «Səyahət  etmək  hüququ» 
UTT-nin qlobal etik kodeksində də öz əksini tapmışdır. Söhbət ondan gedir ki, 
bütün  vətəndaşların  səyahət  etmək  hüququ  var.  Hər  bir  dövlət  bu  hüququ 
reallaşdırmaqdan ötrü bütün şəraiti yaratmalıdır. 
Dünya turistlərinin 62 %-i öz səfərlərini istirahət məqsədilə təşkil edirlər, 
18  %-i  işgüzar,  yerdə  qalan  turizmin  müxtəlif  növlərinin  üzərinə  düşür. 
Turistlərin 43 %-i avia, 42 Vo-i avtomobil, 7 %-i dəmir yolu və 8 %-i dəniz 
nəqliyyatından istifadə edirlər. 
UTT-nin  verdiyi  məlumata  əsasən  1995-ci  ildə  beynəlxalq  turizmdən 
371.5  mlrd  $  gəlir  götürülmüş.  1998-ci  ildə 450  mlrd  və  2000-ci ildə isə  bu 
məbləğ 476 mlrd $ olmuşdur. 
8  X9-1İ  cədvəldə  beynəlxalq  turizm  səfərlərinin  dinamikası  (1950-ci 
ildən 2000-ci ilə qədər) göstərilmişdir. 
Beynəlxalq turist səyahətləri* 
Cfjävpi 8 
İllər 
Milyon nəfərlə 
1950 
25 
1960 
69,3 
1970 
159,7 
1980 
284,8 
1990 
390,0 
1998 
625,2 
2000 
715.0 
Turizm  ölkə  iqtisadiyyatına  o  zaman  müsbət  təsir  göstərir  ki,  turizm 
iqtisadiyyatın  başqa  sahələri  ilə  əlaqədə  hərtərəfli  inkişaf  etsin,  əks  halda 
ölkənin  (iqtisadiyyatı)  xidmətlər  ölkəsinə  çevrilmək  ehtimalı  yaranır.  Başqa 
sözlə  desək,  turizm  iqtisadi  cəhətdən  o  zaman  səmərəli  olur  ki.  başqa 
sosial-iqtisadi komplekslərlə paralel inkişaf etsin. 
Beynəlxalq səfərlərin sürətlə artması (cədvəl 8) göstərir ki, 1950-ci ilə 
nisbətən o, əsrin axırlarında kütləvi xarakter daşıyır və geniş kütlələrin belə 
səyahətləri etməyə artıq imkanı yaranmışdır. 
1998-ci ildə turizmdən ən çox gəlir götürən ölkələr 9 nömrəli cədvəldə 
göstərilmişdir. Əgər turistlərin qəbulunda Fransa dünyada I yerdədirsə (70 mln 
nəfər), turizmdən alınan gəlirə görə isə I yerə ABŞ çıxmışdır (74.2 mlrd $). Bu 
onunla izah olunur ki. I Fransada çox bahalıqdır və turistlər 
UTT (l iımımdüııya Tıırisl r.''şkiUıtKİı).
 
1
 
12 


T L I R t Z M  
ora qısa müddətə gəlir və az pul xərcləyirlər, II ABŞ-da turist biznesi çox gözəl 
təşkil olunmuşdur, turizm infrastrukturu yaxşı inkişaf etmiş, turizmin hüquqi 
əsaslan  isə  yaxşı  qoyulmuşdur.  Dollann  qismən  devolvasiyası  sadalanan 
faktorlarla birgə ABŞ-ın uzun müddət turizmdən gəlir götürməsində birinciliyi 
saxlamağa imkan verir. 
9 №-li cədvəldə Çin Xalq Respublikası 7-ci yerdədir. Lakin Çinin turist 
potensialı o qədər böyükdür ki, heç bir şübhə yoxdur ki, o əsrin 20-ci illərinə I 
yerə çıxacaqdır. 
Dünvamn aparıcı ölkələrinin beynəlxalq turizmdən 
götürdüyü gəlirlər* 
Cddvəl 9 
 
ölkələr
 
Mlrd. ABŞ dolları
 
%, 999/2000-
 
%. Bazar-da
 

 
1999-cu
 
 
dil
 
2000-ci il
 
 
 
il
 
2000-ci il
 
dəyişməsi
 
tutumu
 
1
 
ABŞ
 
74,9
 
85.2
 
13.7
 
17,9
 
2
 
İspaniya
 
32.4
 
31.0
 
-4,3
 
6.5
 
3
 
Fransa
 
31.5
 
29.9
 
-5.1
 
6.3
 
4
 
İtaliya
 
28,4
 
27,4
 
-3,2
 
5,8
 
5
 
İngiltəri
 
20,2
 
19.5
 
-3,4
 
4.1
 
6
 
Almaniya
 
16,7
 
17.8
 
6.5
 
3,7
 
7
 
Çin
 
14,1
 
16.2
 
15.1
 
3,4
 
8
 
Avstriya
 
12.5
 
11,4
 
-8,7
 
2,4
 
9
 
Kanada
 
10,2
 
10.8
 
5,9
 
2.3
 
10
 
Yunanıstan
 
8.8
 
9,2
 
5.0
 
1,9
 
11
 
Avstraliya
 
8,0
 
8.4
 
5.3
 
1,8
 
12
 
Meksika
 
7.2
 
8.3
 
14,8
 
1,7
 
13
 
Honkonq
 
7.2
 
7.9
 
9,4
 
1.7
 
14
 
Türkiyə
 
5.2
 
7.6
 
46.8
 
1.6
 
İ İ L İ
 
Rusiya
 
7,5
 
-
 
-
 
 _____  : ______ 
 
Azərbaycan  beynəlxalq  turist  səfərlərində  cüzi  miqdarda  (0,07  %)  yer 
tutur (1998-ci il). Azərbaycan Gənclər. İdman və Turizm naziri Ə. Qarayevin 
dediyinə  görə,  2002-ci  ildə  Azərbaycana  300  min  xarici  turist  gəlmişdir. 
Onların  hər  biri  orta  hesabla  700  $  Azərbaycanda  xərcləmişlərsə,  deməli 
Azərbaycan 2002-ci ildə beynəlxalq turizmdən 210 mln $ gəlir götürmüşdür. 
МоиЬл: l"İT (tiımmuiünva Tıırisi 'I oşkilatı). 
I 1.1 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə