Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə52/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
166
ti və ya planı nəticəsində həyata keçirilməsi ilə xarakterizə 
olunur. Bir növ dövlət vətəndaşlarının məcburi yoxa çıxa-
rılmasına  şərait  yaradır,  ya  da  öz  planı  əsasında  reallaşdı-
rır. Məcburi yoxa çıxarılmanın son illər bir çox ölkələrdə, 
xüsusən, Şimali Qafqazda daha çox yayıldığı iddia olunur. 
Bu,  əslində,  orada  cinayətkar  biznes  formasına  çevrilmiş-
dir. Dövlət orqanları, xüsusi firmalar, yaxud yoxa çıxarılmış 
şəxslərin qohumları öz əməkdaşlarını, dost və yaxınlarını gi-
rovluqdan azad etmək üçün böyük məbləğdə pullar ödəməli 
olurlar. Bu cinayətdə, bir qayda olaraq, bir neçə, yaxud çoxlu 
sayda şəxslər zərər çəkir və eyni zamanda dövlət orqanları-
nın normal fəaliyyətini pozmağa qarşı yönəlir. 
Göstərilənlərə müvafiq olaraq demək olar ki, adamların 
məcburi yoxa çıxarılması dövlətlərin cinayət qanunvericili-
yində qadağan olunmuş və onun törədilməsinə görə konkret 
cəza  müəyyən  olunmuşdur.  O  da  qeyd  olunmalıdır  ki,  bu 
əməl, bir çox dövlətin cinayət qanunvericiliyi üçün yenidir. 
Deportasiya. “Deportasiya” latın sözü olub (deportatio) 
“qovulmaq”, “sürgün olunmaq” mənasını verir. Deportasi-
ya ilk dəfə Fransada sürgünün xüsusi növləri kimi nəzərdə 
tutulmuş və şübhəli şəxslər haqqında 1791-ci il qanunu ilə 
tətbiq edilməyə başlanılmışdır. Həmin qanuna əsasən siyasi 
cəhətdən  formalaş mamış  şəxslər  Qviana  yaylasına  sürgün 
olunurdular. İlk dəfə depor tasiya haqqında maddə 1810-cu 
ildə Fransanın Cinayət Məcəlləsinə daxil edilmişdi. 
Qitə hüdudlarından kənarda sürgündə olmağı və ömür-
lük orada qalmağı nəzərdə tutan 23 mart 1872-ci il tarixli 
Fransa  Qanununa  görə  isə  yaşayış  üçün  yararlı  olmayan 
ucqar müstəm ləkə ərazilərində deportasiya olunanlar üçün 
möhkəm lən dirilmiş  düşərgələrin  yaradılması  zəruri  sayıl-
mışdı.  Deportasiyadan  təkcə  cina yətkarları  cəzalandırmaq 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
167
üçün  deyil,  həm  də  inqilabçılara  di van  tutmaq  məqsədilə 
isti fadə olunurdu. Göründüyü kimi, ilk depor tasiyalar daha 
çox siyasi cəhətdən sə bat sız sayılanlara və qatı cinayətkar-
lara qarşı tətbiq edilmişdir. Sonradan deportasiya təhlü kəli 
cinayəkarlığa qarşı cəza növü kimi tədricən aradan götürül-
müşdür. Əslində, 1880-ci ildən onun tətbiq olunması dayan-
dırılmışdı. 
Deportasiya  həm  də  müvafiq  icazə  olmadan  dövlətin 
ərazisində  olan  xarici  vətəndaşlara  və  “arzu  olunmayan 
şəxslərə”  münasibətdə  tətbiq  olunur.  Mülki  əhalinin  de-
portasiyası  işğalçı  ha kimiyyət  orqanları  tərəfindən  dinc 
sakinlərin tutduqları əra zidən normal yaşayış üçün az əl-
verişli olan başqa rayona məc buri ola raq köçürülməsində, 
didərgin salınmasında ifadə olunur. Deportasiya həm mü-
haribə şəraitində (əgər deportasiya düşmən dövlət tərəfin-
dən həyata keçirilirsə-müharibə cina yətləri kimi), həm də 
dinc şəraitdə baş verə bilər. Hər ikisinin qadağan olunma-
sına və impe rativ norma kimi dövlətlərə şamil olun masına 
baxmayaraq depor tasiyalar yenə də baş verir. 
Deportasiyanın ictimai təhlükəliliyi əhalinin uzun müd-
dət olduğu qanuni yaşayış yerlərindən zorla çıxarılması ilə 
müşayiət olunan və insanların kütləvi şəkil də ev-eşiyindən, 
doğma  torpağından,  ölkəsindən  qovulması  ilə  nəticələnən 
hərəkət lərlə xarakterizə olunur. 
Deportasiya məsələsində əsasən iki ifadəyə – “əhalinin 
qa nuni yerləşdiyi yer lər dən başqa yerlərə qovma” və “digər 
məcburi hərəkətlələ didərgin salma” ifa də lərinə diqqət yetir-
mək lazımdır. 
Əhalinin qanuni yerləşdiyi yerlərdən başqa yerlərə qov-
ma – güc tətbiq et mək  lə qırğınlar və zorakılıqlar törətmək-
lə sakinlərin qovulmasıdır. Bu hərəkət lər  də məq səd əhalini 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
168
qanuni yaşadığı yerlərdən çıxarmaqdır. “Qovma” ifadə sin də 
isə digər cinayət əməlləri də öz əksini tapır (genosid, məh-
vetmə, işgəncə və s.). 
Digər məcburi hərəkətlərlə didərgin salma dedikdə əha-
lini qorxutma, şayiələr yay ma, yaşayış şəraitini hədsiz pis-
ləşdirmə və s. kimi üsullar başa düşülür. 
Əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qov-
manın və ya digər məcburi hərəkətlərlə didərgin salmanın 
beynəlxalq hüquq normaları ilə müəyyən edilmiş əsaslarına 
aşağıdakılar  aiddir:
• dövlətin təhlükəsizliyinin qorunması;
• ictimai qaydanın mühafizə edilməsi;
• əhalinin  sağlamlığının,  mənəviyyatının  və  digər 
hüquq  və  azadlıqlarının  qorunması. 
Deportasiya  ilk  dəfə  olaraq  insanlıq  əleyhinə  cinayət 
kimi Nürnbeq Tribunalı Nizam naməsinin 6-cı maddəsində 
öz əksini tapmış və sonradan BNŞ-nın 10 nömrəli Qanunu-
nun 11-ci maddə sində, YBCT və RBCT nizamnamələrinin 
5-ci və 3-cü maddələrində, Sülh və Bəşəriy yətin təhlükəsizli-
yi əleyhinə cina yət lər məcəlləsi layihəsinin 2-ci maddə sində 
və BCM-nin 7-ci maddəsində daha da genişlən diril mişdir. 
RBCT Nizamnaməsinin 3-cü maddəsində göstə rilir ki, 
Tribunal  mülki  əhaliyə  qarşı  dini,  irqi,  siyasi,  etnik  və  ya 
milli  əsaslara  görə  genişmiqyaslı  və  sistematik  hücumun 
bir hissəsi kimi çıxış edən deportasiyanı insanlıq əleyhinə 
cinayət hesab edir. Bu keyfiyyətləri özündə ehtiva edən de-
portasiya in sanlıq əleyhinə cinayət kimi aşağıdakı tərkib ele-
mentlərinə  malikdir
1
:
• deportasiya istər dinc şəraitdə, istərsə də münaqişə 
1
Schabas W. Crimes against Humanity: the State Plan or Policy Element. 
In: The Theory and Practice of 
İnternational Criminal Law, 2008


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə