Ekoloji təhlükəsizlik
100
Cədvəl 4.6.
Bəzi qasırğaların təsirlərinin fəsadları
Fırtına xəbərdarlığı alan kimi kifayət qədər möhkəm
olmayan konstruksiyaları və texniki elementləri bərkitməli,
binanın qapılarını bağlamalı, damın, ventilyasiya dəliklərini
örtmək lazımdır. Vitrin və pəncərələri lövhələrlə, şüşələri kağız və
ya parça zolaqları ilə yapışdırmalı. Damlardan, eyvan və
lodjiyalardan yerə düşdükdə zədə yarada bilən əşyaları
yığışdırmalı. Qəza işıqlanma mənbələri (fənər, lampa), su və ərzaq
ehtiyatı, tibb ləvazimatlarını və dərmanlarını götürməli. Dövlət
operativ fövqəladə hallar orqanlarından informasiyanın alınması
üçün işlək xəbərdar edici qurğulara malik olunmalıdır.
Fəlakətin yeri,
il
Həlak olanların
sayı
Yaralıların sayı
Baş verən
hadisələr
Haiti, 1963
5 000
Qeyd
olunmamışdır
-
ABŞ, 1967
18
8 000
-
ABŞ, 1970
250
Qeyd
olunmamışdır
-
Honduras, 1974
6 000
Qeyd
olunmamışdır
-
Avstraliya, 1974
49
1140
-
ABŞ, 1976
450
200
-
Oman, 1977
105
48
-
Şri-Lanka, 1978
905
Qeyd
olunmamışdır
-
Dominikan
Respublikası,
1979
2 000
4 000
-
ABŞ, 1980
27
Qeyd
olunmamışdır
-
İndokitay, 1981
300 000
Qeyd
olunmamışdır
Su basımı
Banqladeş, 1985
20 000
Qeyd
olunmamışdır
Su basımı
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov
101
4.9. Güclü qar yağması, qar yığınları, buzlaşma,
uçqunlar.
Güclü qar yağması, qar yığınları, buzlaşma, uçqunlar – qış
dövrü ərzində təbiət qüvvələrinin göstərdiyi nümunələrdir
(şək.4.8). Güclü qar yağması bir neçə gün davam edə bilər, yolları,
yaşayış məntəqələrini qarla örtə bilər, qurbanlara gətirib çıxara və
təchizatın kəsilməsinə səbəb ola bilər. Göstərilən təbiət hadisələri
dəqiq olaraq proqnozlaşdırılır və adətən fəlakət gözlənilən
rayonlar üçün vaxtında xəbərdarlıq edilir.
Şək.4.8. Güclü qar
Dağ yerlərində qarın toplanması uçqunların yaranmasına
səbəb olur, bunların enməsi külli miqdarda qar və daşların
yerdəyişməsinə səbəb olur. Hərəkət edən kütlə öz yolunda hər
şeyi silib-süpürür ki, bu da qurbanlara, EÖX-in qırılmasına,
kommunikasiyaların sıradan çıxmasına səbəb olur. Yüz illərlə
mövcud olan kəndlərin uçqunlar altında qalması (İsveçrə, Qafqaz)
halları qeydə alınmışdır. Uçqunun həcmi 2,5 mln m
3
, sürəti isə
100 m/san sürətdə zərbə anında 60-100 t/m
2
(quru uçqun) və ya
200 t/m
2
zərbə anında 20 m/san-a (sıx, yaş qar halında) çata bilir.
Uçqunun düşməsində hava zərbə dalğası da ciddi təhlükə
Ekoloji təhlükəsizlik
102
mənbəyidir (dəmir yol vaqonunun 80 m-ə atılması halı olmuşdur,
1938-ci ildə Yaponiyada çox böyük quru uçqunun enməsi zamanı
yaşayış binasının ikinci mərtəbəsini qoparmış, onu 800 m
məsafəyə köçürmüş və qayalara çırparaq dağıtmışdır).
Qar yağmalarındakı temperaturun kəskin dəyişmələrində
sudan buz yaranır və sulu qarın yapışması əmələ gəlir, bu isə
xüsusilə EÖX və şəhər elektrik nəqliyyatı üçün xüsusi olaraq
təhlükə yaradır. Fəsadların aradan qaldırılması üçün maksimal
miqdarda yük nəqliyyatı və qarın yüklənmə vasitələri cəlb edilir.
Əsas magistralların təmizlənməsi və həyat təminatının əsas
müəssisələrinin işinin fasiləsiz təmin edilməsi üçün tədbirlər
görülür (çörəkbişirmə, su kanalı, kanalizasiya).
4.10. Subasma
Subasma – təbiət qüvvələrinin təsiri nəticəsində qurunun
xeyli hissəsinin müvəqqəti su ilə dolmasıdır (şək.4.9). Onları,
yaranma səbəblərindən asılı olaraq qruplara ayırmaq olar:
Şək. 4.9. Subasmanın nəticələri
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov
103
Güclü yağıntıların və ya qarın, buzlaqların külli miqdarda
əriməsi ilə əlaqədar olan su basmalar. Bu çayların, göllərin
səviyyəsinin kəskin artmasına, maneələrin yaranmasına səbəb olur.
Maneə və bəndlərin yuyulub aparılması yuyub aparma dalğasının
yaranmasına səbəb ola bilər ki, bu da xeyli hündürlüyə malik su
kütləsinin yerdəyişməsi ilə xarakterizə olunur. 1989-cu ilin
avqustunda Primoryedə su basması xeyli sayda körpü və tikililəri
uçurtmuşdur, bu zaman çoxlu sayda mal-qara məhv olmuş,
elektrik xətləri, rabitə zədələnmiş, yollar dağıdılmış, minlərlə
insan evsiz-eşiksiz qalmışdır.
Qovan küləyin təsiri altında yaranan su basmaları. O,
sahilyanı rayonlar üçün xarakterikdir, çünki burada dənizlərə axan
iri çayların mənsəbləri vardır. Qovan külək suyun dənizə olan
hərəkətinin qarşısını alır, çayda suyun həcmini kəskin artırır. Belə
su basmanın təhlükəsi daimi olaraq Baltik, Xəzər və Azov
dənizləri üçün xarakterikdir. Belə ki, Sankt-Peterburq özünün
mövcud olduğu zaman ərzində 240 belə su basmaya məruz
qalmışdı. Bu halda küçələrdə iri gəmilərin peyda olması müşahidə
olunurdu, bu isə şəhər tikililərinin dağılmasına səbəb olurdu.
1824-cü il noyabrında Nevada suyun səviyyəsi 4 m normadan
artıq qalxmışdı, 1924-cü ildə 3,69 m qalxaraq şəhərin yarısını su
basmışdı, 1973-cü ilin dekabrında 2,29 m, 1984-cü ilin yanvarında
2,25 m-ə çatmışdı. Subasmanın nəticəsi – çox böyük maddi itkilər
və qurbanlardır.
Yeratı zəlzələlər ilə əlaqədar olan su basmalar. Bunlar
böyük uzunluqlu nəhəng dalğaların – sunamilərin yaranması ilə
xarakterizə olunur (yapon dilində limanda böyük dalğa).
Sunaminin yayılma sürəti 1000 km/saat-a qədərdir. Dalğanın
hündürlüyü onun yaranma yerində 5 m-i ötmür. Lakin, sahilə
yaxınlaşdıqca sunaminin dikliyi kəskin artır və böyük gücə malik
dalğalar sahillərə çırpılır. Yastı sahillərdə dalğanın hündürlüyü 6
m-dən çox olmur, dar buxtalarda isə 50 m-ə çatır (tunel effekti).
Sunaminin müddəti 3 saatadəkdir, onun təsirinə məruz qalmış
sahil xəttinin uzunluğu isə 1000 km-ə çatır. 1952-ci ildə demək
olar ki, Yujni-Kurilskini tamamilə yuyub aparmışdır.
Dostları ilə paylaş: |