Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə35/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   49

                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
111 
Nüfuzedici  radiasiyanın  təsirindən  optika  tutqunlaşır, 
fotomateriallar  işıqlanır,  material  və  cihaz  elementlərində  dönən 
və dönməz dəyişikliklər baş verir. 
 
5.2. Ərazinin radioaktiv yoluxması 
 
Ərazinin radioaktiv yoluxması – yer səthinin, atmosferin, su 
hövzələrinin  və  digər  obyektlərin  nüvə  partlayışından  yaranmış 
buludlardan 
düşən 
radioaktiv 
maddələrlə 
yoluxmasıdır. 
Radioaktiv  yoluxmanın  mənbələri:  nüvə  reaksiyasının  məhsulu 
olan  radionuklid,  nüvə  yanacağının  yanmayan  hissəsi,  nüvə 
partlayışı  ərazisinə  yönəlmiş  radioaktivlikdir.  Radiasyanın 
zəifləməsi onun ekran  maddəsinin zəifləmə əmsalı  ilə xarakterizə 
olunur. 
Radioaktiv  yoluxma,  təsirin  miqyası  və  müddəti  ilə,  təsirin 
gizliliyi  və  zamana  görə  radiasiya  səviyyəsinin  aşağı  düşməsi  ilə 
xarakterizə  olunur.  Bölünmə  məhsullarının  ümumi  aktivliyi 
A
β
=q∙10
8
  KuA
γ
=0,4∙q∙10
8
  Ku  münasibətləri  ilə  təyin  olunur, 
burada  A
β
  A
γ
 –uyğun olaraq betta və qamma –aktivlikdir. 
Radioaktiv  hissəciklərin  yerə  düşməsinin  sıxlığı  tullantı 
mərkəzindən  uzaqlaşdıqca  zəifləyir.  Özü  də  tullantı  yerinə  yaxın 
olduqca, daha iri radioaktiv hissəciklərə (50 mkm-dan böyük) rast 
gəlinir.  Hava  mühitində  uyğun  ölçülü  hissəciklərin  düşmə 
müddəti cədvəl 5.2-də göstərilmişdir. 
Cədvəl 5.2.  
24 km hündürlükdən müxtəlif diametrli hissəciklərin yer 
səthinə düşmə müddəti 
 
Hissəciyin 
diametri, mkm 
Düşmə 
müddəti, saat 
Hissəciyin 
diametri, mkm 
Düşmə 
müddəti, saat 
340 
0,75 
33 
80 
250 
1,4 
16 
340 
150 
3,9 

1400 
75 
16 

3400  
(>141 sutka) 
 


             
     Ekoloji təhlükəsizlik 
 
112 
Radioaktiv yoluxmanın verilmiş ərazidə sıxlığı vahid sahəyə 
düşən  radioaktiv  hissəciklərin  aktivliyindən,  dispers  tərkibindən 
və partlayışdan sonra keçən zaman müddətindən (tullanmasından) 
asılıdır və Ku/km
2
 və ya Ku/m
2
 ilə ifadə olunur. 
Hər  bir  izotop  öz  sürəti  ilə  parçalnır,  yəni  vahid  zamanda 
izotopun  müəyyən  sayda  atomu  parçalanır.  “Yarımparçalanma 
periodundan” (T) istifadə etmək əlverişlidir, yəni elə zamandır ki, 
bu  müddət  ərzində  atomların  ümumi  saylarının  yarısı  parçalanır. 
Hər  bir  izotop  üçün  yarımparçalanma  müddəti  sabitdir  (heç  bir 
texniki  vasitələrlə  izotopun parçalanma  müddətini sürətləndirmək 
və ya yavaşıtmaq mümkün deyildir).  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
     
 
Şəkil 5.2. Radioaktiv buludun izi ilə radiasiya səviyyələrinin 
paylanması: 1-radioaktiv buludun izi; 2-izin oxu; 3-izin oxu boyu 
radiasiyanın səviyyəsi. 
 
 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
113 
Ən  çox  radioaktiv  yoluxma  yerüstü  nüvə  partlayışında 
müşahidə  olunur:  alçaq  hava  partlayışında  o,  yerüstü  hava 
partlayışının  50%-ni,  yüksək  hava  partlayışında  isə  bu  20%-ni 
təşkil  edir.  Ərazilərdə  şüa  xəstəliyinə  düçar  olmaq  təhlükəsi 
radiasiya kəşfiyyatı cihazları vasitəsilə müəyyən edilir. Doza gücü 
ilə  izotopun  aktivliyi  arasındakı  təxmini  nisbətləri  bilmək 
vacibdir: 1 Ku/m
2
 – 10 R/saat-a ekvivalentdir; 1 R/saat –        10 
mKu/sm
2
 çirklənməyə uyğundur. 
Radioaktiv  buludun  izində  yoluxma  dərəcəsi  eyni  deyildir: 
dörd  zona  fərqləndirilir  ki,  bunların  da  hər  biri  buraya  düşmüş 
radioaktiv  maddələrin tam parçalanması zamanı  məruz qala bilən 
şüalanma dozası ilə xarakterizə olunur (şəkil 5.2). 
Orta yoluxma və  ya A zonası (xəritəyə görə rənglə çəkilir). 
Onun xarici sərhəddi 40 rad şüalanma dozası ilə müəyyən olunur. 
A zonası bütün izin 80%-ni təşkil edir. 
Güclü  yoluxma  zonası  (yaşıl  rənglə  çəkilir)  –  B  zonası. 
Onun  xarici  sərhəddində  (bu  eyni  zamanda  A  zonasının  daxili 
sərhəddidir) şüalanma dozası 400 rad təşkil edir.  Zona radioaktiv 
izin 12%-ni təşkil edir. 
Təhlükəli  yoluxma  və  ya  C  zonası  xəritəyə  qəhvəyi  rənglə 
çəkilir.  Onun  xarici  sərhəddində  şüalanma  dozası  1200  rad təşkil 
edir. Zona izin 8%-ni tutur. 
Fövqəladə  təhlükəli  zona  və  ya  Ç  zonası  xəritəyə  qara 
rənglə çəkilir. Onun xarici sərhəddində şüalanma dozası 4000 rad 
təşkil edir, zonanın daxilində isə 10 000 rad-a çatır. Zona izin 3%-
ni tutur. 
Radioaktiv yoluxma zonalarının ölçüləri NDS-nin gücündən, 
meteoroloji şəraitdən və ən vacibi küləyin sürətindən asılıdır. 
Güclü  tozlanma  şəraitində  radioaktiv  məhsullar  orqanizmə 
daxil olur, qana sovrula bilər  və sonra qan dövranı  ilə orqanizmə 
və əzələlərə daşınır. Sezium izotopu orqanizmdə nisbətən bərabər 
paylanır, yod adətən mədəaltı vəzidə, stronsium və barium sümük 
əzələsində, lantanoidlər qrupu – qara ciyərdə toplanır. 
Orqanizmdə  və  əzələlərdə  toplanmış 
izotopların  β 
şüalanmasının təsiri nəticəsində orqanizm daxildən müəyyən doza 
şüalanma  alır  ki,  bu  da  onların  bioloji  effektliyini  şərtləndirir. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə