T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov
117
İstilik
keçiriciliyi
bilavasitə
bir-birinə
toxunan
mikrohissəciklərin (atom, molekul və ya elektronların) nizamsız
hərəkətinin
(istilik)
nəticəsində
istiliyin
köçürülməsidir.
Konveksiya – qaz və mayelərin makroskopik həcmdə hərəkətinin
və
qarışmasının
təsirindən
istiliyin
ötürülməsidir.
İstilik
şüalanması – şüalanan cismin atom və molekulalarının istilik
hərəkəti ilə əlaqəli olan müxtəlif dalğa uzunluqlu elektromaqnit
rəqslərinin yayılmasıdır. Real şəraitdə istilik göstərilən üsullardan
biri ilə deyil, kombinə edilmiş şəkildə ötürülür.
İstehsalat binalarında müxtəlif mənbələrdən daxil olan istilik
ondakı havanın temperaturuna təsir edir. Böyük istilik ayrılmaları
olan istehsalat binalarında istiliyin 2/3 hissəsi şüalanmanın təsirinə,
yerdə qalan başqa bütün istilik isə konveksiyanın payına düşür.
İstilik ötürmənin fasiləsiz prosesində konveksiya ilə ətraf havaya
verilən istiliyin miqdarı (Q
k
, Vt) Nyutonun istilik ötürmə
qanununa əsasən aşağıdakı kimi yazıla bilər:
)
(
h
k
t
t
S
Q
(6.2)
burada α – konveksiya əmsalı, Vt/m
2
; S – istilik ötürmə sahəsi,
m
2
; t – mənbənin temperaturu, C ; t
h
– ətraf havanın
temperaturudur, C.
İstehsalat şəraitində istilik şüalanmasının mənbəyi əridilmiş
və ya qızmış metal, açıq alov, avadanlıqların qızmış səthləridir.
Şüalanma vasitəsilə daha çox qızmış T
1
K temperaturlu bərk
cisimdən daha az qızmış T
2
K temperaturlu cismə ötürülən istiliyin
miqdarı (Q
m
,C) aşağıdakı tənlik ilə müəyyən edilir:
4
2
4
1
2
1
100
100
T
T
S
C
Q
m
(6.3)
burada S – şüalanma səthi, m
2
; τ – zaman, san; C
1-2
– qarşılıqlı
şüalanma əmsalı, Vt/m
2
∙K
4
; Θ – orta bucaq əmsalıdır, istilik
mübadiləsində iştirak edən səthlərin forma və ölçüləri, onların
Ekoloji təhlükəsizlik
118
qarşılıqlı yerləşməsi və aralarındakı məsafədən asılı olaraq
müəyyən edilir.
İnsan əmək prosesində daim olaraq ətraf mühit ilə istilik
mübadiləsi vəziyyətində olur. İnsan orqanizmində fizioloji
proseslərin normal surətdə getməsi üçün onun daxili orqanlarının
temperaturunun sabit saxlanılması tələb olunur (36,6 C). İnsan
orqanizminin
temperaturunun
sabit
saxlanılmasına
termotənzimləmə deyilir. Termotənzimləmə həyat fəaliyyəti
prosesində orqanizmin ətraf mühitə ayırdığı istiliyin ötürülməsi ilə
əldə olunur.
İnsan orqanizmindən ayrılan istilik miqdarı onun fiziki
gərginlik vəziyyətindən və istehsalat binasındakı mikroiqlimin
parametrlərindən asılıdır və sakitlik vəziyyətində 85 Vt-a, ağır
fiziki işdə 500 Vt-a çata bilər.
İnsan orqanizmindən ətraf mühitə istilik ötürülməsi
aşağıdakı yollarla gedir: paltar vasitəsilə istiliyin ötürülməsi
nəticəsində (Q
T
); bədənin konveksiyası (Q
K
); ətraf səthlərə
şüalanma ilə (Q
S
); dəri səthindən nəmliyin buxarlanması (Q
Bux
);
həmçinin, nəfəs verilən havanın qızması ilə (Q
H
), yəni
Q
üm
.
H
Bux
S
K
T
Q
Q
Q
Q
Q
(6.4)
Təqdim olunmuş tənlik istilik balansı tənliyi adlanır. Adları
çəkilən istiliyin ötürülməsi sabit deyil və istehsalat binasının
mikroiqlim parametrlərindən, həmçinin insanı əhatə edən səthlərin
temperaturundan asılıdır (divarlar, tavan, avadanlıq və s.). Əgər
bu səthlərin temperaturu insan bədəninin temperaturundan
aşağıdırsa,
istilik
mübadiləsi
şüalanma
yolu
ilə
insan
orqanizmindən soyuq səthlərə istiqamətlənir, əks təqdirdə istilik
mübadiləsi əks istiqamətdə qızmış səthlərdən insana yönəlir.
Konveksiya
istilik
ötürməsi
iş
binasındakı
havanın
temperaturundan
və
onun
hərəkət
sürətindən,
həmçinin
buxarlanma ilə istiliyin ötürülməsindən – nisbi rütubətlikdən və
havanın hərəkət sürətindən asılıdır. İstiliyin insan orqanizmindən
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov
119
ötürülməsi prosesində əsas pay (ümumi istiliyin təqribən 90%-i)
şüalanmaya, konveksiyaya və buxarlanmaya düşür.
İnsanın normal istilik əhvalının istənilən kateqoriyalı ağır
işlərin yerinə yetirilməsi vaxtı tənliyi yuxarıda göstərilmiş istilik
balansının gözlənilməsində əldə edilir. Mikroiqlimin əsas
parametrlərinin istiliyin insan orqanizmindən ətraf mühitə
ötürülməsinə necə təsir etməsini nəzərdən keçirək.
Ətraf mühitin temperaturunun insan orqanizminə təsiri ilk
növbədə dərinin qandaşıyıcı damarlarının daralmasından və
genişlənməsindən
asılıdır.
Havanın
aşağı
temperaturunun
təsirindən qandaşıyıcı damarlar daralır, nəticədə bədənin səthində
qan dövranı zəifləyir, konveksiya və şüalanma hesabına bədən
səthinin istilik ötürməsi aşağı düşür. Ətraf havanın yüksək
temperaturlarında
bunun
əksi
müşahidə
olunur:
dərinin
genişlənmiş qandaşıyıcı damarları və qan dövranının artması
nəticəsində ətraf mühitə istiliyin ötürülməsi artır.
Dəri səthinin nəmliyinin azalması ilə əlaqədar olaraq,
yüksək rütubətlik (φ > 85%) insan orqanizmi və xarici mühit
arasındakı istilik mübadiləsini çətinləşdirir, alçaq rütubətlik isə (φ
< 20%) nəfəs yollarının selikli qişasının qurumasına səbəb olur.
İstehsalat binasında havanın hərəkəti insan bədəni və xarici mühit
arasındakı istilik mübadiləsini yaxşılaşdırır, lakin havanın yüksək
sürəti (yel) soyuqdəymə xəstəliklərinin yaranma ehtimalına səbəb
olur.
Mikroiqlimin normal parametrlərindən daimi kənara
çıxmalar insan orqanizminin həddən artıq qızmasına və ya həddən
artıq soyumasına səbəb olur və nəticədə neqativ fəsadlar yaranır:
Həddən artıq qızmada – çoxlu tər axmasına, nəbzin və nəfəs
almanın artmasına, kəskin zəifləməyə, baş gicəlləməyə, qıc
olmaların yaranmasına, ağır hallarda – istilik zərbəsinin
alınmasına səbəb olur. Həddən artıq soyuma nəticəsində
soyuqdəyməyə, oynaqların, əzələlərin xroniki xəstəliklərinə və s.
səbəb olur.
Yuxarıda sadalanan neqativ fəsadların aradan qaldırılması
üçün istehsalat binalarında mikroiqlimin parametrlərini düzgün
seçmək lazımdır.
Dostları ilə paylaş: |