Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə186/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   182   183   184   185   186   187   188   189   ...   205

Respublikamızın  bütün  ərazisində  quşların  miqrasiya  yolları  (ornito- 

faunanm  150-yə  qədər  nümayəndəsi),  dayanacaq  yerləri  və  qışlama 

məskənləri beynəlxalq əhəmiyyətə malik  olmaqla  populyasiyaların dayanıqlı 

inkişafına çox böyük zəmin yaradır.

Balıqlar. 

Azərbaycanda  Xəzər  və  daxili  su  hövzələri  balıqlarının 

öyrənilməsi  sahəsində  böyük  xidmətləri  olan  A.N.Derjavin  (1949,  1951) 

bütün  Xəzər  akvatoriyası  üçün  74  balıq  növünü  qeydə  almışdır.  Məşhur 

ixtioloq alim  İ.A.Əbdürrəhmanov (1962) şirin sularda  55 növ  və 9 yarımnöv 

qeydə  almış,  sonralar  isə  bunların  müvafiq  olaraq  77-yə  və  15-ə  çatdığını 

qeyd  etmişdir  (1966).  Z.M.Qulıyev  Kürün  aşağıları  və  qolları  körfəzlərində 

ixtiofaunanm  dəyişikliklərini  öyrənərək  Böyük  Qızılağacda  31  növ  aşkar 

etmişdir  (1965-1983).  H.S.  Abbasov  (1980)  Kürün  aşağıları  üçün  -   52, 

qolları  üçün  isə-22,  Arazda-35,  Mingəçevir  su  anbarında  33  (və  2  hibrid) 

balıq  növünü  aşkarlamışdır. 

D.B. 


Rəhimov  öz  tədqiqatlannı  ən  az 

öyrənilmiş  xilkimilər  fasiləsinə  həsr  edərək  aşkar  etdiyi  28  növ  arasında  2 

yeni  növün  olduğunu  qeyd  etmişdir.  Xəzərin  balıqlar  aləminin  əsas 

xüsusiyyəti,  burada  ancaq  onun  hövzəsində  yaşayan  çoxlu  sayda  cndemik 

növlərin  olmasıdır.  Burada  balıqların  yayılması  şaquli  zonal  xüsusiyyət 

daşıyır.  Xəzərin  ixtiofaunasmı  əsasən 



nərə,  siyənək,  ağ  balıq,  qızıl  balıq, 

şam ayı,  kütüm ,  kilkə,  aterina,  ziyad,  kefal,  bölgə,  xəşəm,  qaya  balığı,  kiilnıə, 

çapaq,  çəki,  sıf,  naxa,  xilkimilərin  hamısı,  ilanbalığı  və  uzunburunlar

 

təşkil 


edir.  Onların  əksəriyyətinin  yaşama  müddəti  orla  hesabla  6-8  ildən  çox 

olmur.  Xəzər  nərələri  isə uzun  ömürlü  olması  ilə  səciyyələnir,  bölgə  balığı-60 

il,  nərə-40  il,  uzunburun  isə-30  ilə  qədər  yaşaya  bilir.  Xilkimilər  və 

uzunburunlar ən qısa  ömürlü olub, cəmi  2-4 il  yaşayırlar.  Nərələr,  karplar və . 

s.  ömürləri  boyu  bir  neçə  dəfə,  qızılbalıqlar  isə  cəmi  bir  dəfə  kürü  tökür, 

sonra  da  məhv  olurlar.  Xəzərin  ən  böyük  balığı  bölgə  sayılır  (1  tondan 

artıq),  ancaq  son  zamanlar  ovlanan  bölgə  balıqlarının  kütləsi  250  kq-a, 

uzunluğu  isə-360-380  sm-ə  qədər  olur.  Kilkələr  vətəgə  əhəmiyyətli  balıqlar 

arasında  ən  xırdası  olub,  uzunluğu-13  sm-ə qədər,  kütləsi  isə-8-I0  q-a  qədər 

olur.  Endemik  balıq  növlərinin  əksəriyyətini  siyənəkkimilər  və  xilkimilər 

təşkil  edir.  Başqa  fəsillər  içərisində  isə  nərəkimilərin  6  növü  və  yarımnövü 

mühüm  əhəmiyyət  kəsb  edir.  Dünyada  nərə  ovunun  90%-nı  Xəzər  verir. 

Nərə  balıqlarına  və  qara  kürüyə  olan  tələbat  ölkəmizin  iqtisadi  və  mədəni 

inkişafında  bioloji müxtəlillıyin  tutduğu  prioritet mövqeyə bariz nümunədir. 

Naxa-  tez  böyüyən,  uzunömürlü  və  tipik  yırtıcı,  vətəgə əhəmiyyətli,  qiymətli 

və  keyfiyyətli  əti  olan  iri  balıqdır.  Azərbaycanda  1965-1994-cü  illər ərzində 

naxa  balıqların tutulması göstəriciləri (sentnerlə) aşağıdakı kimidir:

illər


tutum, s

1965-1969

473,0

1970-1974



751,0

1975-1979

1009,0

1980-1984



745,4

1985-1989

994,0

1990-1994



553.0

425



Yer  kürəsində  ən  balaca  balıq  Trımmatom  nanus-hind  okeanı  xulu- 

sudur  (uzunluğu  1  sm-ə  qədər).  Ən  böyük  balıq  isə  balinaya  oxşar  köpək 

balığıdır  (uzunluğu-12  m,  kütləsi-15  tondan  artıq).  Köpək  balıqları  insan 

üçün  təhlükəsiz,  zəhərli  tikanlara  malik  olan  ziyilli  balıqlar  isə  ən  təhlükəli 

sayılır,  hətta  insanı  öldürə  bilir.  Xəzərin  bəzi  çaylar  və  kanallarla  əlaqəsi 

nəticəsində ona miqrasiya olunan balıqlar arasında ən  təhlükəlisi 



anqivil  və 3 

iynəli tikan  balığıdır.

 

Onlar  yerli  endemik  balıqlarla  qida  rəqabətinə  girərək 

onların  qida  ehtiyatlarının  azalmasına  və  nəslinin  kəsilməsinə  səbəb  olur, 

potensial sanitar-epidemioloji və ekoloji təhlükə mənbəyinə çevrilir.  AMEA- 

nın  Zoologiya  İnstitutunun  «Su  heyvanları»  (İxtiologiya)  şöbəsinin  müdiri 

professor Zülfüqar  Quliyevin (2005)  məlumatına  görə  bir 



tikan  balığı  5  saat 

ərzində  uzunluğu  6  m m   olan

 

74  ədəd  endemik  balıqların  körpələrini  udaraq 

onları  məhv  edir.  Alimin  fikrincə,  hazırda 

Xəzərdə  tikanbalığıkimilərin  2 

cinsinə  mənsub  olan  3  növü-kiçik  cənub  tikanbalığı,  iynəli  tikanbalığı  və  üç 

iynəli  tikan  balığı

 

yaşamaqda  və  endemik  növlərin  genefondunu  çox  sürətlə 

azaltmaqda  davam  edir.  Onlar  vətəgə  əhəmiyyətli  balıqlarla  həm  qida 

rəqabəti  aparır,  onların  qidasına  şənk  olur,  həm  də  kürii  və  sürfələrini 

yeməklə çoxalmalarına çox ciddi maneçilik törədir.  Parazil balıqların hər bir 

dişi  fərdi  yosunlar  və  digər  bitkilərdən  xüsusi  yuva  düzəldərək  oraya  150-ə 

.qədər  kürü  tökür,  erkəklər  isə  bu  yuvalara  keşik  çəkirlər.  Əgər  iynəli  tikan 

' balıqları  bu sürətlə inkişaf edərsə onda Xəzərin endemik  balıqlarının sayının 

çox azalması,  hətta nəslinin kəsilməsi təhlükəsi yarana bilər.

Heyvanların  ümumdünya  genetik  resurslarının  müasir  durumu  hazırda 

nüfuzlu beynəlxalq təşkilatlan narahat edir vo priontet problem hesab olunur.  Bu 

problem  ölkəmizin  heyvandarlıq  alimlərini  və  mütəxəssislərini  də  çox  ciddi 

düşündürür.  Çünki  yerli,  qiymətli,  unikal  genefondlann-  Azərbaycanın  yerli 

heyvan cinslərinin qorunub saxlanılması, onlardan səmərəli istifadə edilərək ycnı, 

yüksək  məhsuldar,  yerli  şəraitə  uyğunlaşmış,  xəstəliyə davamlı  cinslər yaratmaq 

böyük  dövlət  və  xalq  təsərrüfatı  əhəmiyyətinə  malikdir.  Ona  görə  də  onların 

dövlət  tərəfindən  qorunmasına  nəzarət  böyük  əhəmiyyət  kəsb  edir.  E.B.Bəşirov 

“Azərbaycanda damazlıq  heyvanların  biologiyası  və yetişdirilməsi” (Bakı,  2005) 

monoqrafiyasına  istinad  edərək  respublika  kənd  təsərrüfatı  Nazirliyi  «Heyvan­

darlıq» idarəsinin rəisi Çingiz Fərəcovun rəhbərliyi ilə professor Q.Q.Abdullayev,

F.Ö.Eminov.  A.M.Məmmədov  tərəfindən  hazırlanmış  "Azərbaycanın  yerli 

heyvan  cinsləri"  kataloqunun  əsas  aspektlərinin  şərh  edilməsini  məqsədəuyğun 

hesab edirik.

13.6.  Azərbaycanın  yerli  heyvan  və  quş  cinsləri

Azərbaycanda  kənd  təsərrüfatının  ayrı-ayrı  sahələrinin  inkişafı,  əsasan 

ərazinin  oroqrafiyası  ilə  bağlı  olan  torpaq-iqlim  şəraitinin  xüsusiyyət­

lərindən çox asılıdır.  Azərbaycan ərazisi bir neçə iqlim zonasna bölünür: 

Rütubətli subtropik  Lənkəran  ovalığı:

-Q u ru   subtropik  Kür-Araz  ovalığı;

426



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə