seleksiyasının
məhsulu
kimi
XX
əsrin 30-cu illərində yaradılmışdır.
Qaradolaq qoyunları Q arabağ qoyun cinsinə nisbətən məhsuldardır. Qoç
ların diri kütləsi 72-78 kq, ana qoyunlarınkı isə 55-60 kq olur. Qoçlarından
ildə 2,5-3,0 kq, ana qoyunlardan isə 2-2,5 kq yun qırxılır. Hər 100 baş ana
qoyundan ildə 110-115 baş quzu almır. Qaradolaq qoyun cinsi ət çıxımının
nisbətən çox və dadlı olması ilə fərqlənir. Yunu qaba və yanmqabadır. Ən
çox Ağcabədi, İmişli, Bərdə və Beyləqan rayonlarında yayılmışdır.
Ş ə k il 72.
Qala
qoyunu
Qala qoyunu xalq seleksiyası yolu ilə yaradılmış, Abşeron yarıma
dasında geniş yayılmışdır. Bu qoyun otlik-yunluq və südlük istiqamətli
olmaqla, yağlıquyruqlu qoyun qrupuna mənsubdur. Onların başı iri, döşü
enli, qulaqları və ayaqları uzundur. Qoçların diri kütləsi 56-100 kq, ana
qoyunlarınkı isə 48-76 kq olur. Qala qoyununun quyruğu sallaq vo iki
hissədən ibarətdir. Quyruğunun çəkisi 6,3-10 kq olur. Qoçlardan ildə orta
hesabla 3,4-4,5 kq. ana qoyunlardan isə 2,8 kq yun qırxılır, il ərzində 61 kq
süd verir. Hər 100 baş ana qoyundan 102-110 quzu alınır. Qala qoyunları
əsasən kəndətrafı örüşlərdə saxlanılır.
433
Şəkil 73.
Baibas qoyunu
Baibas qoyunu xalq seleksiyası nəticəsində yaradılmışdır, Naxçıvan M R-
nın ərazisində yetişdirilir, yanm qaba yunludur, konstitusiyası quru və möhkəm,
boyu hündür, quyruğu yağlı, uzun cüt mütəkkə şəklindədir, başı, boynu və
ayaqlan yunsuz olur. Rəngi ağdır, gözlərinin, bumunun, qulaqlanmn ucunda,
dizlərində irsən nəslə keçən qara ləkələr vardır, yunu ağ parlaq olub, birtiplidir,
xalçaçılıq sənayesi üçün əvəzolunmaz xammaldır. Orta hesabla hər qoyundan
1,8-2 kq. qoçlardan 2,5 -3,5 kq yun qırxılır. Ana qoyunların diri kütləsi 70-80
kq, qoçlannkı isə 85-90 kq təşkil edir. Süd məhsuldarlığı ildə 125-135 kq olub,
südünün tərkibində 5,4-7 % yağ vardır. Balbas qoyunlarının balavermə
qabiliyyəti də yüksəkdir, hər 100 baş ana qoyundan 125 quzu alınır.
Şəkil 74. Bozax qoyunu
Bozax qoyunu xalq seleksiyası yolu ilə Qarabağ və Tuş qoyunlarının
çarpazlaşdırılmasından alınmışdır. Konstitusiyası quru və möhkəmdir,
qulaqları uzun, quyruğu yağlı və cılız irtməkli olur, tiftiyi ağ. qılanı qara və
434
qəhvəyi rənglərdə olduğundan yunu boz və bənövşəyi rənglərə çalır.
Qoyunlarda kiitlə 45-50 kq. qoçlarda isə 55-65 kq. yun qırxımı qoyunlarda
1.8-2,5 kq. qoçlarda 3 kq olur, yunun uzunluğu 8-15 sm-dir. Süd
məhsuldarlığı 25-30 kq. ekiz bala vermə qabiliyyəti 10-15 faizdir. Bozax
qoyunları əsasən Azərbaycanın qərb rayonlarında (Qazax, Ağstafa. Tovuz.
Şəmkir. Gədəbəy. Xanlar və s.) yetişdirilir.
Ş j k i l "5. Şirvan qoyunu
Şirvan qoyunu xalq seleksiyası nəticəsində yaradılmışdır, ölkəmizin
Şirvan. Muğan bölgələrində və Abşeron yarımadasında yetişdirilir, eksteryer
və məhsuldarlıq göstəricilərinə görə Qarabağ qoyun cinsinə yaxındır. Lakin
quyruq forması və yununun keyfiyyətinə görə bir qədər ləzgi qoyun cinsinə
oxşayır. Rəng etibarı ilə 8 % -i ağ. qalanları isə rənglidir. Yunun 18 % -i zərif
olub, ləzgi qoyunlarının yununa oxşayır. Orta hesabla hər qoyundan 1.6-2.2
kq, qoçlardan isə 2,8 kq-a qədər yun qırxılır. Qoyunların diri kütləsi 40 kq.
qoçlarınkı isə 48-50 kq-dır. Şirvan qoyunları duzlaşmış otlaqlara uyğunlaş
mırlar.
435
Şəkil 76. Mazex qoyunu
Mazex qoyunu xa]q seleksiyasının məhsuludur, xarici görünüşcə Balbas
qoyun cinsinə oxşayır, quyruğu Balbas qoyunlarında olduğu kimi, yağlı və cüt
mütəkkəlidir. Qoyunları buynuzsuz, qoçları buyuzludıır. Başı, ayaqlan və qarnı
.yunsuz, rəngi əsasən qəhvəyidir. 10 % - ə qədən ağ rəngli, çox az % -i qara
rəngli olur. Diri çəkisi qoyunlarda 45-57 kq, qoçlarda isə 67-78 kq olur, ildə
bir dəfə qırxılır. Qoyunların yunu qaba olub, ildə 1,4 kq, qoçlardan isə 1.7
kq qırxılır. Süd məhsuldarlığı ildə 75-90 kq-a çatır. Naxçıvan M R-da
Mazex qoyunları Balbas qoyunları ilə cüıləşdiriür. Azərbaycanın Gürcüs
tanla sərhəd bölgələrində də yayılmışdır
Şəkil
77.
Azərbaycan dağ merinosu
Azərbaysan dağ merinosu Qafqaz və Askaniya merinosları ilə
yaxşılaşdırılmış yerli Gədəbəy merinosunun quyruğu yağlı Bozax qoyunları
436
ilə cütbşdirilməsi nəticəsində, uzun illər aparılan elmi-tədqiqat və damazlıq-
seleksiya işləri əsasında yaradılmışdır. Bu cinsin müəllifləri akademik
F.Ə.Məlikov, M .N.Sadıqov və başqa alimlərdir. Azərbaycan dağ merinosu
1947-ci ildə cins kimi təsdiq edilmişdir, yerli merinoslara nisbətən iridir, başı
yunla çox örtülü, dərisi qırışsızdır. Qoyunların din kütləsi 40-50 kq,
qoçlarınkı isə 75-90 kq olur. Yun qırxımı orta hesabla qoçlarda 7-10 kq,
qoyunlarda 4,0-6,5 kq-dır, Gəncə-Qazax bölgəsində geniş yayılmışdır.
Şəkil 78.
Caro qoyunu
Çaro qoyunu xalq seleksiyası yolu ilə yaradılmış yerli qoyundur, əsasən
Qarabağ, Şirvan
və
Şahsevən qoyun cinslərinin qarışmasından törəmişdir,
qaba yunludur, qoyunların yun qırxımı 1,8-2,4 kq, qoçlarınkı isə 2,5-3-kq-
dır. Qoyunların diri kütləsi 35-40 kq, qoçlarınkı isə 45-50 kq-dır. Yerli
şəraitə, nəmliyə, istiyə dözümlü olmaqla ayaqları orta uzunluqdadır. Qoçla
rın buynuzları qıvrılmış, quyruqları yığcam formadadır, südünün yağlılığı
6,5-7 % - dir, hər 100 baş qoyundan 105-110 bala alınır. Əsasən Azərbay
canın cənub bölgəsində (Lənkəran. Astara, Lerik, Yardımlı, Masallı rayon
larında) yayılmışdır.
437
Dostları ilə paylaş: |