cinslərinin hər ikisi Azərbaycanda geniş yayılmışdır. Bakterian dəvəsi 6-7 yaşına
kimi boy və çəki artımı verir. Dəvələrin 3-4 yaşında diri çəkisi 900 kq-a çatır.
Azərbaycan şəraitində laktasiya ərzində 1600-1700 kq-a qədər süd verir,
südünün yağlılığı 5,0-5,5 % olur. Dəvə yunu zərif qoyun yunundan da
qiymətlidir. O rta hesabla hər dəvədən 8-10 kq yun qırxılır. Azərbaycanın
Abşeron, Beyləqan, Bərdə, Biləsuvar, Hacıqabul rayonlarında yayılmışdır,
yemsizliyə və susuzluğa çox dözümlüdür.
Şəkil 87.
Yerli qaz cinsi
Yerli qaz sinsi ətlik istiqamətlidir, Respublikamızın təbii iqlim
şəraitindən asılı olaraq, müxtəlif çəkili olurlar. Yerli qazların rəngi ağ-boz
olur, ildə orta hesabla 15-20 ədəd yumurta verirlər. Yerli iqlim şəratinə daha
çox uyğunlaşaraq, otlaq
şəraitində bəsləndikdə qüvvəli yemə az
tələbkardırlar. Diri kütləsi orta hesabla erkəklərdə 4-6 kq, dişilərdə 3,5-4 kq
olur. Xəstəliklərə dözümlü olmaqla, yüksək qayğı tələb etmir. Yerli qazlar
tez yetişkən olmaqla, otlaq şəraitində yaxşı kökəlir, ətinin keyfiyyəti
yüksəkdir. Azərbaycanın bütün bölgələrində geniş yayılmışdır.
443
Şəkil 88.
Azərbaycan toyuq cinsi
Azərbaycan toyuq cinsi yumurtalıq istiqamətli olub, isti iqlim şəraitinə
davamlıdır. Hər toyuqdan ildə orta hesabla 120-150 ədəd yumurta alınır,
yumurtanın çəkisi 50-60 qram olur. Yumurtadan cücə çıxma faizi yüksəkdir.
Fərələr 4-5 aylıqda yumurta verirlər. Xoruzların diri kütləsi 2,5-3 kq,
toyuqlarmkı isə 1,8 -2.5 kq olur. Yetişdirmə şəraitindən asılı olaraq
eksteryeri və məhsuldarlıq göstəriciləri müxtəlif olur. Xəstəliklərə davamlı
olduğuna görə, həyətyanı təsərrüfatlarda yetişdirilir. Azərbaycanın bütün
bölgələrində geniş inkişaf etdirilir. Əti dadlı, yumurtası çox qidalıdır, dənə
az tələbkar olmaqla, çoxlu ot yeyir, rəngi qəhvəyi, qonur və çil-çil olur.
Yerli hind toyuğu Azərbay
canın bütün bölgələrində geniş
yayılmışdır. İldə orta hesabla 50-
60 ədəd yumurta verir, otlaqdan
yaxşı istifadə etməklə, yerli şəraitə
davamlıdır. Əti yüksək keyfiyyətə
malikdir, toyuqlarının diri kütləsi
erkəklərdə 6-8 kq, dişilərdə 4-5 kq
olur, tez yctişkənliyı, kökəlmə
qabiliyyətinin yüksək olması ilə
digər cinslərdən fərqlənir. Xarici
mühitə dözümlüdür. Ətindən əsa
sən kabab kimi istifadə olunur.
Şəkil 89.
Yerli hind toyuğu
444
Yerli ördək ətlik istiqamətli
olub, Azərbaycanın bütün bölgələ
rində yetişdirilir. Yerli ördəklər 5-6
aylığında yumurtalamağa başlayır,
ildə orta hesabla 90-100 ədəd
yumurta verir, yumurtanın çəkisi
orta hesabla 60-70 qram olur, tez
yetişkənliyə və yaxşı kökəlmə qa
biliyyətinə malikdir,
2
aylıqda
onların orta diri kütləsi 1,8-2,0 kq
olur. Yaşlı erkək ördəklərin diri
kütləsi 1.5-3 kq. dişiləıinki isə 2-2,5
kq olur. Yerli şəraitə dözümlü olub,
otlaq yemlərindən yaxşı istifadə
edir.
Gölməçələr olan yerlərdə
yaxşı inkişaf edir. Əti çox dadlı,
yumurtası yüksək qidalıdır.
Şəkil 89. Yerli ördək
445
MÜASİR QLOBAL EKOLOJİ BÖHRAN VƏ
KATAKLİZMLƏRİN GENETİK ASPEKTLƏRİ
‘‘Bütün kü ll,n i xəstəliklər hava Ил keçir. Hava bizə həm həyat
verir, h.vn Ил xəstəlik gətirir "
( H i p p o k r a t )
Bu gün ekoloji məsəl ələr m həlli vacib məsələlərdən hindir
Ona görə yo.x ki. hiitiin dünyada ba məsələlərə böyük diqqət
göstərilir Ona görə ki. ha giin Azərbaycanın qarşısımla həllini
gözləyən əsas məsələlərdən hiıi ekoloji vəziyyətin yaxşılaş
dırılmasıdır "
( İ l h a m Ə l i y e v )
Son /am anlara qədər mövcud olan paradiqına (uzun müddət hökm sü
rən elmi nəzəriyyə) görə ekologiyaya biologiyanın bır sahəsi kimi yanaşılırdı.
Lakin bu gün ekologiya həmin məhdud çərçivədən çıxaraq BMT-nın və
dünyanın bütün nüfuzlu beynəlxalq təşkilatlarının diqqət mərkəzində duran,
insan sağlamlığının qorunmasına xidmət edən fundamental elmə çevrilmiş
dir. Azərbaycanın tarixi şəxsiyyətləri ekologiyanın bəşəri və planetar əhə
miyyətli elm sahəsinə çevriləcəyini uzaqgörənliklə çox yüksək dəyərləndirə
rək müdrik kəlamlar söyləmişlər: ".
Ekologiya yaxın gələcəkdə biiriin elmləri
bir-biri ilə əlaqələndirən nəhəng
»’,?
möhtəşəm bir çinar ağacını xatırladan
fundamental, planetar əhəmiyyətli və çox perspektivli elmə çevriləcəkdir.
Ekologuyasız başqa elmlərin inkişafı qeyri-miimkündiir" (Həsən Əliyev,
akademik). "Ekologiya tezliklə bütiin elmlər arasında möhkəm əlaqə yaradan
qırılmaz bir zəncirə bənzər geniş diapazonlu, mütərəqqi və bəşəri əhəmiyyətli
elm sahəsi olacaqdır" (Xudu Məmmədov, professor).
Doğrudan da. ekologi
ya bu gün olduqca geniş diapazonlu, insanların sağlamlığı və uzun-
ömürlülüyünün keşiyində dayanan çox nəhəng, qüdrətli elm kimi təşəkkül
446
Dostları ilə paylaş: |