Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə191/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   187   188   189   190   191   192   193   194   ...   205

cinslərinin hər ikisi Azərbaycanda geniş yayılmışdır. Bakterian dəvəsi 6-7 yaşına 

kimi  boy  və  çəki  artımı  verir.  Dəvələrin  3-4 yaşında  diri  çəkisi  900 kq-a  çatır. 

Azərbaycan  şəraitində  laktasiya  ərzində  1600-1700  kq-a  qədər  süd  verir, 

südünün  yağlılığı  5,0-5,5  %  olur.  Dəvə  yunu  zərif  qoyun  yunundan  da 

qiymətlidir.  O rta  hesabla  hər  dəvədən  8-10  kq  yun  qırxılır.  Azərbaycanın 

Abşeron,  Beyləqan,  Bərdə,  Biləsuvar,  Hacıqabul  rayonlarında  yayılmışdır, 

yemsizliyə və susuzluğa çox dözümlüdür.

Şəkil 87.

  Yerli  qaz  cinsi

Yerli  qaz  sinsi  ətlik  istiqamətlidir,  Respublikamızın  təbii  iqlim 

şəraitindən  asılı  olaraq,  müxtəlif çəkili  olurlar.  Yerli  qazların  rəngi  ağ-boz 

olur,  ildə orta  hesabla  15-20 ədəd  yumurta  verirlər.  Yerli  iqlim şəratinə daha 

çox  uyğunlaşaraq,  otlaq 

şəraitində  bəsləndikdə  qüvvəli  yemə  az 

tələbkardırlar.  Diri  kütləsi  orta  hesabla  erkəklərdə  4-6 kq,  dişilərdə  3,5-4  kq 

olur.  Xəstəliklərə  dözümlü  olmaqla,  yüksək  qayğı  tələb  etmir.  Yerli  qazlar 

tez  yetişkən  olmaqla,  otlaq  şəraitində  yaxşı  kökəlir,  ətinin  keyfiyyəti 

yüksəkdir. Azərbaycanın  bütün  bölgələrində geniş yayılmışdır.

443



Şəkil 88.

  Azərbaycan  toyuq  cinsi

Azərbaycan  toyuq  cinsi  yumurtalıq  istiqamətli  olub,  isti  iqlim  şəraitinə 

davamlıdır.  Hər  toyuqdan  ildə  orta  hesabla  120-150  ədəd  yumurta  alınır, 

yumurtanın çəkisi 50-60 qram  olur.  Yumurtadan cücə çıxma  faizi  yüksəkdir. 

Fərələr  4-5  aylıqda  yumurta  verirlər.  Xoruzların  diri  kütləsi  2,5-3  kq, 

toyuqlarmkı  isə  1,8  -2.5  kq  olur.  Yetişdirmə  şəraitindən  asılı  olaraq 

eksteryeri  və  məhsuldarlıq  göstəriciləri  müxtəlif  olur.  Xəstəliklərə  davamlı 

olduğuna  görə,  həyətyanı  təsərrüfatlarda  yetişdirilir.  Azərbaycanın  bütün 

bölgələrində  geniş  inkişaf etdirilir.  Əti  dadlı,  yumurtası  çox  qidalıdır,  dənə 

az tələbkar olmaqla, çoxlu ot yeyir,  rəngi  qəhvəyi,  qonur və çil-çil  olur.

Yerli hind  toyuğu  Azərbay­

canın  bütün  bölgələrində  geniş 

yayılmışdır.  İldə  orta  hesabla  50- 

60  ədəd  yumurta  verir,  otlaqdan 

yaxşı  istifadə  etməklə,  yerli  şəraitə 

davamlıdır.  Əti  yüksək  keyfiyyətə 

malikdir,  toyuqlarının  diri  kütləsi 

erkəklərdə  6-8  kq,  dişilərdə 4-5  kq 

olur,  tez  yctişkənliyı,  kökəlmə 

qabiliyyətinin  yüksək  olması  ilə 

digər  cinslərdən  fərqlənir.  Xarici 

mühitə  dözümlüdür.  Ətindən  əsa­

sən kabab kimi istifadə olunur.

Şəkil 89.

  Yerli  hind  toyuğu

444



Yerli  ördək  ətlik  istiqamətli 

olub,  Azərbaycanın  bütün  bölgələ­

rində  yetişdirilir.  Yerli  ördəklər  5-6 

aylığında  yumurtalamağa  başlayır, 

ildə  orta  hesabla  90-100  ədəd 

yumurta  verir,  yumurtanın  çəkisi 

orta  hesabla  60-70  qram  olur,  tez 

yetişkənliyə  və  yaxşı  kökəlmə  qa­

biliyyətinə  malikdir, 

aylıqda 



onların  orta  diri  kütləsi  1,8-2,0  kq 

olur.  Yaşlı  erkək  ördəklərin  diri 

kütləsi  1.5-3  kq.  dişiləıinki  isə 2-2,5 

kq  olur.  Yerli  şəraitə dözümlü  olub, 

otlaq  yemlərindən  yaxşı  istifadə 

edir. 


Gölməçələr  olan  yerlərdə 

yaxşı  inkişaf  edir.  Əti  çox  dadlı, 

yumurtası yüksək qidalıdır.

Şəkil 89.  Yerli  ördək

445



MÜASİR QLOBAL EKOLOJİ  BÖHRAN VƏ 

KATAKLİZMLƏRİN  GENETİK ASPEKTLƏRİ

‘‘Bütün kü ll,n i xəstəliklər  hava Ил keçir.  Hava bizə həm həyat 

verir,  h.vn Ил xəstəlik gətirir "

( H i p p o k r a t )



Bu  gün  ekoloji  məsəl ələr m  həlli  vacib  məsələlərdən  hindir 

Ona  görə  yo.x  ki.  hiitiin  dünyada  ba  məsələlərə  böyük  diqqət 

göstərilir  Ona görə ki.  ha giin  Azərbaycanın qarşısımla  həllini 

gözləyən  əsas  məsələlərdən  hiıi  ekoloji  vəziyyətin  yaxşılaş­

dırılmasıdır "

( İ l h a m   Ə l i y e v )

Son  /am anlara  qədər  mövcud  olan  paradiqına  (uzun  müddət  hökm  sü­

rən  elmi  nəzəriyyə) görə ekologiyaya  biologiyanın  bır sahəsi kimi yanaşılırdı. 

Lakin  bu  gün  ekologiya  həmin  məhdud  çərçivədən  çıxaraq  BMT-nın  və 

dünyanın  bütün  nüfuzlu  beynəlxalq  təşkilatlarının diqqət  mərkəzində duran, 

insan  sağlamlığının  qorunmasına  xidmət  edən  fundamental  elmə  çevrilmiş­

dir.  Azərbaycanın  tarixi  şəxsiyyətləri  ekologiyanın  bəşəri  və  planetar  əhə­

miyyətli  elm  sahəsinə  çevriləcəyini  uzaqgörənliklə  çox  yüksək  dəyərləndirə­

rək  müdrik  kəlamlar  söyləmişlər:  ".



Ekologiya yaxın gələcəkdə  biiriin  elmləri 

bir-biri  ilə  əlaqələndirən  nəhəng

  »’,? 


möhtəşəm  bir  çinar  ağacını  xatırladan 

fundamental,  planetar  əhəmiyyətli  və  çox  perspektivli  elmə  çevriləcəkdir. 

Ekologuyasız  başqa  elmlərin  inkişafı  qeyri-miimkündiir"  (Həsən  Əliyev, 

akademik).  "Ekologiya tezliklə bütiin elmlər arasında möhkəm əlaqə yaradan 

qırılmaz  bir  zəncirə  bənzər geniş diapazonlu,  mütərəqqi  və  bəşəri  əhəmiyyətli 

elm sahəsi olacaqdır"  (Xudu  Məmmədov,  professor).

  Doğrudan  da.  ekologi­

ya  bu  gün  olduqca  geniş  diapazonlu,  insanların  sağlamlığı  və  uzun- 

ömürlülüyünün  keşiyində  dayanan  çox  nəhəng,  qüdrətli  elm  kimi  təşəkkül

446



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə