Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə189/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   185   186   187   188   189   190   191   192   ...   205

seleksiyasının 

məhsulu 


kimi 

XX 


əsrin  30-cu  illərində  yaradılmışdır. 

Qaradolaq  qoyunları  Q arabağ  qoyun  cinsinə  nisbətən  məhsuldardır.  Qoç­

ların  diri  kütləsi  72-78  kq,  ana  qoyunlarınkı  isə  55-60  kq  olur.  Qoçlarından 

ildə  2,5-3,0  kq,  ana  qoyunlardan  isə  2-2,5  kq  yun  qırxılır.  Hər  100  baş  ana 

qoyundan  ildə  110-115  baş  quzu  almır.  Qaradolaq  qoyun  cinsi  ət  çıxımının 

nisbətən  çox  və  dadlı  olması  ilə  fərqlənir.  Yunu  qaba  və  yanmqabadır.  Ən 

çox Ağcabədi, İmişli,  Bərdə və Beyləqan rayonlarında yayılmışdır.

Ş ə k il  72.

  Qala 


qoyunu

Qala  qoyunu  xalq  seleksiyası  yolu  ilə  yaradılmış,  Abşeron  yarıma­

dasında  geniş  yayılmışdır.  Bu  qoyun  otlik-yunluq  və  südlük  istiqamətli 

olmaqla,  yağlıquyruqlu  qoyun  qrupuna  mənsubdur.  Onların  başı  iri,  döşü 

enli,  qulaqları  və  ayaqları  uzundur.  Qoçların  diri  kütləsi  56-100  kq,  ana 

qoyunlarınkı  isə  48-76  kq  olur.  Qala  qoyununun  quyruğu  sallaq  vo  iki 

hissədən  ibarətdir.  Quyruğunun  çəkisi  6,3-10  kq  olur.  Qoçlardan  ildə  orta 

hesabla  3,4-4,5  kq.  ana  qoyunlardan  isə 2,8  kq  yun qırxılır,  il  ərzində 61  kq 

süd  verir.  Hər  100  baş  ana  qoyundan  102-110  quzu  alınır.  Qala  qoyunları 

əsasən kəndətrafı örüşlərdə saxlanılır.

433



Şəkil 73.

  Baibas qoyunu

Baibas  qoyunu  xalq  seleksiyası  nəticəsində  yaradılmışdır,  Naxçıvan  M  R- 

nın ərazisində yetişdirilir, yanm qaba yunludur, konstitusiyası quru və möhkəm, 

boyu  hündür,  quyruğu  yağlı,  uzun  cüt  mütəkkə  şəklindədir,  başı,  boynu  və 

ayaqlan  yunsuz  olur.  Rəngi  ağdır,  gözlərinin,  bumunun,  qulaqlanmn  ucunda, 

dizlərində irsən nəslə keçən qara  ləkələr vardır,  yunu  ağ parlaq olub,  birtiplidir, 

xalçaçılıq  sənayesi  üçün  əvəzolunmaz xammaldır.  Orta  hesabla  hər  qoyundan 

1,8-2  kq.  qoçlardan  2,5  -3,5  kq  yun  qırxılır.  Ana  qoyunların diri  kütləsi  70-80 

kq,  qoçlannkı isə  85-90 kq təşkil  edir.  Süd  məhsuldarlığı  ildə  125-135  kq  olub, 

südünün  tərkibində  5,4-7  %  yağ  vardır.  Balbas  qoyunlarının  balavermə 

qabiliyyəti də yüksəkdir, hər 100 baş ana qoyundan  125 quzu alınır.



Şəkil 74.  Bozax qoyunu

Bozax  qoyunu  xalq  seleksiyası  yolu  ilə  Qarabağ  və  Tuş  qoyunlarının 

çarpazlaşdırılmasından  alınmışdır.  Konstitusiyası  quru  və  möhkəmdir, 

qulaqları  uzun,  quyruğu  yağlı  və cılız  irtməkli  olur,  tiftiyi  ağ.  qılanı  qara  və

434



qəhvəyi  rənglərdə  olduğundan  yunu  boz  və  bənövşəyi  rənglərə  çalır. 

Qoyunlarda  kiitlə  45-50  kq.  qoçlarda  isə  55-65  kq.  yun  qırxımı  qoyunlarda 

1.8-2,5  kq.  qoçlarda  3  kq  olur,  yunun  uzunluğu  8-15  sm-dir.  Süd 

məhsuldarlığı  25-30  kq.  ekiz  bala  vermə  qabiliyyəti  10-15  faizdir.  Bozax 

qoyunları  əsasən  Azərbaycanın  qərb  rayonlarında  (Qazax,  Ağstafa.  Tovuz. 

Şəmkir.  Gədəbəy. Xanlar və s.) yetişdirilir.



Ş j k i l   "5.  Şirvan qoyunu

Şirvan  qoyunu  xalq  seleksiyası  nəticəsində  yaradılmışdır,  ölkəmizin 

Şirvan.  Muğan  bölgələrində və Abşeron yarımadasında  yetişdirilir,  eksteryer 

və  məhsuldarlıq  göstəricilərinə  görə  Qarabağ qoyun  cinsinə  yaxındır.  Lakin 

quyruq  forması  və  yununun  keyfiyyətinə  görə  bir  qədər  ləzgi  qoyun  cinsinə 

oxşayır.  Rəng etibarı  ilə 8 % -i  ağ. qalanları isə  rənglidir.  Yunun  18  % -i  zərif 

olub,  ləzgi  qoyunlarının  yununa  oxşayır.  Orta  hesabla  hər  qoyundan  1.6-2.2 

kq,  qoçlardan  isə  2,8  kq-a  qədər  yun  qırxılır.  Qoyunların  diri  kütləsi  40  kq. 

qoçlarınkı  isə  48-50  kq-dır.  Şirvan qoyunları  duzlaşmış  otlaqlara  uyğunlaş­

mırlar.


435


Şəkil 76.  Mazex qoyunu

Mazex  qoyunu  xa]q  seleksiyasının  məhsuludur,  xarici  görünüşcə  Balbas 

qoyun  cinsinə  oxşayır,  quyruğu  Balbas qoyunlarında  olduğu  kimi,  yağlı və cüt 

mütəkkəlidir.  Qoyunları buynuzsuz, qoçları buyuzludıır.  Başı, ayaqlan və qarnı 

.yunsuz,  rəngi  əsasən  qəhvəyidir.  10  %  -  ə  qədən  ağ  rəngli,  çox  az  %  -i  qara 

rəngli  olur.  Diri  çəkisi  qoyunlarda  45-57  kq,  qoçlarda  isə 67-78 kq  olur,  ildə 

bir  dəfə  qırxılır.  Qoyunların  yunu  qaba  olub,  ildə  1,4  kq,  qoçlardan  isə  1.7 

kq  qırxılır.  Süd  məhsuldarlığı  ildə  75-90  kq-a  çatır.  Naxçıvan  M  R-da 

Mazex  qoyunları  Balbas  qoyunları  ilə  cüıləşdiriür.  Azərbaycanın  Gürcüs­

tanla sərhəd  bölgələrində də yayılmışdır



Şəkil 

77. 


Azərbaycan  dağ merinosu

Azərbaysan  dağ  merinosu  Qafqaz  və  Askaniya  merinosları  ilə 

yaxşılaşdırılmış  yerli  Gədəbəy  merinosunun  quyruğu  yağlı  Bozax  qoyunları

436



ilə  cütbşdirilməsi  nəticəsində,  uzun  illər aparılan  elmi-tədqiqat  və  damazlıq- 

seleksiya  işləri  əsasında  yaradılmışdır.  Bu  cinsin  müəllifləri  akademik 

F.Ə.Məlikov,  M .N.Sadıqov  və  başqa  alimlərdir.  Azərbaycan  dağ  merinosu 

1947-ci  ildə cins kimi təsdiq  edilmişdir, yerli merinoslara  nisbətən  iridir,  başı 

yunla  çox  örtülü,  dərisi  qırışsızdır.  Qoyunların  din  kütləsi  40-50  kq, 

qoçlarınkı  isə  75-90  kq  olur.  Yun  qırxımı  orta  hesabla  qoçlarda  7-10  kq, 

qoyunlarda 4,0-6,5  kq-dır,  Gəncə-Qazax bölgəsində geniş yayılmışdır.

Şəkil 78.

  Caro  qoyunu

Çaro  qoyunu  xalq  seleksiyası  yolu  ilə  yaradılmış  yerli  qoyundur,  əsasən 

Qarabağ,  Şirvan 

və 


Şahsevən  qoyun  cinslərinin  qarışmasından  törəmişdir, 

qaba  yunludur,  qoyunların  yun  qırxımı  1,8-2,4  kq,  qoçlarınkı  isə  2,5-3-kq- 

dır.  Qoyunların  diri  kütləsi  35-40  kq,  qoçlarınkı  isə  45-50  kq-dır.  Yerli 

şəraitə,  nəmliyə,  istiyə  dözümlü  olmaqla  ayaqları  orta  uzunluqdadır.  Qoçla­

rın  buynuzları  qıvrılmış,  quyruqları  yığcam  formadadır,  südünün  yağlılığı 

6,5-7  %  -  dir,  hər  100  baş  qoyundan  105-110  bala  alınır.  Əsasən  Azərbay­

canın  cənub  bölgəsində  (Lənkəran.  Astara,  Lerik,  Yardımlı,  Masallı  rayon­

larında) yayılmışdır.

437



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə