Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə190/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   186   187   188   189   190   191   192   193   ...   205

...  Ч>,

Şəkil  79.  Gödək qoyunu

Gödək qoyunu Xalq  seleksiyası yolu ilə yaradılmışdır.  Bu qoyunlar xırda 

olub, ayaqları qısa,  möhkəm,  gövdəsi  gödək,  lakin dərin,  quyruğu yağlı,  ucu 

cılız  irtməkli  və  quyruq  aynası  örtülü  formadadır,  konstitusiyası  quru  və 

möhkəmdir.  Ağır  şəraitə  davamlı,  çevik  və  uzaq  yol  getməyə  qabil,  yerli 

şəraitə  uyğunlaşmış  qoyunlardır.  Rəngi  (80 %  -i)  ağ,  başı  və ayaqları  qonur 

və  qara  olur.  Diri  kütləsi  qoyunlarda  30-37  kq,  qoçlarda 40-42  kq,  illik  yun 

qırxımı  qoyunlarda  1,4  kq,  qoçlarda  2-3  kq  olur,  süd  məhsuldarlığı  30  kq- 

dır.  Azərbaycanın  şimal  rayonlarında  (Şəki-Zaqatala  və  Quba-Xaçmaz 

zonalarında) yetişdirilir.



Şəkil 80.  Herik qoyunu

Herik  qoyunu  xalq  seleksiyası  yolu  ilə  yaradılmışdır,  herik  qoyunu 

qabayunludur.  Ləzgi  qoyunlarının  məhsuldarlığını  yüksəltmək  məqsədilə, 

onlar Tuş  qoyun  cinsinin  qoçları  ilə  çarpazlaşdırılmışdır.  Alınmış  mələzlər

438



özlüyündə  yetişdirilərək  Hcrik  adlandınlır.  Herik  Ləzgi  qoyunu  mələzlərin- 

dən  az  fərqlənir.  Gəncə-Qazax  bölgəsində  Tuş  və  Bozax  qoyunlarının 

çarpazlaşdırılmasmdan  alınan  mələzləri  də  Herik  adlandırırlar.  Herik 

qoyunları Azərbaycan dağ  merinosu ilə də  yaxşılaşdırılmışdır.  Şəki-Zaqatala 

bölgəsində yetişdirilir.

Şakil 81.  Ləzgi  qoyunu

Ləzgi  qoyunu  xalq  seleksiyası  nəticəsində  yaradılmışdır,  xırda  olub, 

ayaqları  qısa,  konstitusiyası  möhkəm,  gövdəsi gödək,  döş  qəfəsi  yaxşı  inkişaf 

etməklə,  quyruğu  yağlı,  ucu  cıllz irtməkli,  quyruq  aynası  örtüklüdür.  Bədəni 

ağ,  ayaqlan  və  başı  qonur  və  qara  rəngdə  olur.  Ana  qoyunların  diri  kütləsi 

30-37  kq,  qoçlarınkı  isə  45-50  kq-dır.  Yun  qırxımı  orta  hesabla  ana 

qoyunlarda  1,4  kq,  qoçlarda  2-3  kq  olur.  Ləzgi  qoyunlarının  Azərbaycan 

dağ merinosu  ilə yaxşılaşdırılması yaxşı  nəticə verir.  Azərbaycanın Zaqatala, 

Qax,  Şəki,  Yevlax,  Göyçay,  Ağdaş  və  Qəbələ  rayonlarında  yetişdirilir. 

Soyuq  hava şəraitinə dözümlülüyü ilə fərqlənir.

439



Şəkil 82.

  Yerli  keçi

1936-cı  ildən  başlayaraq  yerli  keçi  cinslərini  yaxşılaşdırmaq  məqsədilə 

Türkiyədən  Anqara  cinsli  keçilər  gətirilərək  Gəncə-Qazax  və  Dağlıq  Qarabağ 

bölgələrində yerləşdirilmişdir.  Yerli  keçi  cinsi  Azərbaycanın  bütün  bölgələrində 

yayılmışdır.  Yerli keçilərin  eksteryeri  aşağıdakı  kimidir:  başı yüngül,  sifəti  qısa, 

buynuzların  istiqaməti  yuxan,  cidovu  dar,  bədəni  yastı,  şux  duruşludur.  Sərt 

yetişdirmə  şəraitinə  yaxşı  uyğunlaşmışdır.  5-6  ay  sağılır  və  orta  süd 

məhsuldarlığı  150 kq və südün yaglılıgı 3,8-4,6 % təşkil edir. Yaşlı keçilərin orta 

diri  kütləsi  35-40  kq,  ət  çıxan  isə  48-50  faiz  olur.  Keçilər  qoyun  sürüləri  ilə 

birlikdə yay və qış otlaqlarında otarılır. Yemə az tələbkar, çox dözümlü olurlar.



Şəkil 83.

  Qarabağ  at cinsi

Qarabağ  at  sinsi  Azərbaycanın  ən  qədim  dağ  minik  cinsidir,  gözəl 

eksteryerə,  mütənasib  bədən  quruluşuna  malik  olmaqla  ilxı  şəraitinə 

davamlıdır.  Rəngi  narıncı,  sarı,  qızılı  və  kürəndir.  Zaqafqaziyada  və  Şimali



440


Qafqazda  olan at cinslərinin və Don atmın  yaxşılaşdırılmasında  böyük  təsiri 

olmuşdur.  Qarabağ  atının  əsas  eksteryer  xüsusiyyətləri  belədir:  başı  quru, 

çox yaraşıqlı,  cidovu  orta  hündürlükdə, arxası və beli  düz,  döşü enli, ayaqlan 

quru, möhkəm və enli duruşlu,  temperamentli,  oynaq və konstitusiyası  möh­

kəmdir.  Süysününün  hündürlüyü  148,5  sm,  döş  qucumu  165,8  sm  və  incik 

qucumu  18,3 sm-dir.  Yığcam formada  olmaqla, çox dözümlüdür.



Şakil 84.  Dilbaz at cinsi

Dilbaz  at  cinsi  XV1I1  əsrin  sonu,  XIX  əsrin  əvvəllərində  yerli  atların 

Şərq  atları  ilə  çarpazlaşdınlması  nəticəsində  və  Q arabağ  cinsinin  təsiri 

altında yaradılmışdır.  Minikdə, yükdə və yüngül qoşquda istifadə olunmaqla 

ilxı  şəraitinə  çox  dözümlüdür.  Rəngi  boz  vo  kəhər  olur,  konstitusiyası  quru 

və  möhkəm,  başı  olduqca  cazibədar  və  quru,  gözləri  qabarıq  və  alovlu, 

hündür duruşlu,  cidovu  orta  hündürlükdə,  arxası  və  beli  düz,  ayaqları  quru, 

orta  sümüklü,  möhkəm  və  geniş  duruşludur.  1600  m  məsafəni  2  dəq.  20 

saniyəyə  qot  edir.  Dilbaz  atları  130-140  kq  yüklə  gündə  50-60  km  yol  gedə 

bilir.  Bu  atlar  Qazaxda  məşhur  Dilbazilər  sülaləsinin  təsərrüfatlarında 

yaradılmışdır.

441



Şəkil 85.  Quba  atı

Quba  atı  Kür-Ara/,  düzənliyində  yayılmaqla  Dilbaz  və  Qarabağ 

atlarının  cırlaşmış  qalıqlarından  ibarətdir.  Şirvan  atları  dağ  tipli  atlara 

nisbətən  bır  qədər  iri  olmaqla,  yüngül  qoşqu  istiqamətlidir,  rəngi  əsasən 

kəhər,  tünd  kəhər  və  kürəndir,  konstitusiyası  quru  və  möhkəmdir.  Cidov 

 hündürlüyü  orta  hesabla  140  sm,  bədənin  çəpinə uzunu  142  sm,  döş  qucumu 



165  sm,  incik  qucumu  18  sm-dir.  Yüngül  qoşqu  işlərində istifadə edilir.  1600 

m  məsafəni  3  dəqiqə  18  saniyəyə  qət  edir.  Şirvan  atı  ilxı  şəraitinə  olduqca 

dözümlüdür.  Addımı  sərbəst  olmaqla yaxşı  qaça  bilir.  Bu  atlar  əsasən Şirvan 

zonasında  (Ağdaş.  Göyçay,  Kürdəmir,  Ucar  rayonlarında)  yayılmışdır, 

duzlaşmış otlaqlara  uyğunlaşmışdır.

Şəkil 86.  Dəvə

Dəvəçilik  ölkəmizdə  heyvandarlığın  on  qədim  sahələrindəndir.  Dünyada 

mövcud  olan  bir  hürgüclü  (dromoder)  vo  iki  hürgüclü  (bakterian)  dəvə

442



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə