Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə188/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   184   185   186   187   188   189   190   191   ...   205

8. 

Lənkəran-Astara  bölgəsində  yerli  qabayunlu  -  



Саго  qoyunları 

yetişdirilir.  Bu  qoyunlar  rütubətli  subtropik  iqlim  şəraitində  saxlanılmağa 

uyğunlaşmışlar.

9.

  Gəncə-Qazax  bölgəsində  yerli  aborigen  qoyunlar  -  



Bozax  cinsi 

saxlanılıb yetişdirilir.  Bu qoyunlar yerli  dağ və  dağətəyi  iqlim,  əsasən  köçəri 

və  yarımköçəri  sürülmə  şəraitinə  uyğunlaşmışlar.  Bozax  cinsindən  olan 

qoyunlar 400-500 km uzaq məsafədə yerləşən qış otlaqlarına və Kıçk Qafqaz 

dağlarında yerləşən yaylaqlara sürülməyə dözümlüdürlər.

Əhalinin  qoyun  ətinə,  quyruq  yağına,  motal  pendirinə  və  süd  məhsul­

larına,  həmçinin  qaba  və  yarımqaba  yuna  olan  tələbatını  nəzərə  alaraq, 

fermerlərin  və  kəndli  təsərrüfatlarının  özləri  bu  zona  üçün  əlverişli  olan 

qoyun cinslərini seçib yetişdirirlər.

Şəkil 66.

  Qonur Qafqaz malı

Qonur  Qafqaz  mali 

südlük-ətlik  istiqamətli  qaramal  cinsi  olub,  yerli 

Qafqaz malının Şvis cinsindən olan buğalarla cütləşdirilməsindən alınmışdır. 

Bu  cins  1960-cı  ildə  təsdiq  edilmişdir.  Cins  yaradılarkən  Azərbaycan 

zebusunun  qanından  da  istifadə olunmuşdur.  Qonur Qafqaz  malının  bədən 

quruluşu  və  məhsuldarlığı  artmış,  yerli  şəraitə  uyğunlaşma  qabiliyyəti 

yüksəlmişdir.  Rəngi qonurdur,  inəklərin diri kütləsi  400-450 kq  olmaqla,  ildə 

orta  hesabla  2000-2500  kq  3,8-3,9  %  yağlılığında  süd  verir,  ət  çıxarı  50-55 

faizdir.  Cinslə  damazlıq  işi  eksteryerin  möhkəmlənməsi  və  məhsuldarlığın 

daha da  yüksəlməsi istiqamətində aparılır.

429



Ş ə k il  67.

  Qırmızı  Qazax malı

Qirmizi  Qazax  mali 

xalq  seleksiyasının məhsuludur,  rəngi  qızılı  qırmızı, 

bəzən 

də 


tünd 

qırmızıdır,  möhkəm  konstitusiyaya,  mütənasib  gövdə 

quruluşuna,  normal  yelin  formasına  malik  olmaqla,  çətin  iqlim  şəraitinə 

dözümlülüyü  və  normal  bala 

verməsi  ilə  fərqlənir.  Laktasiya  ərzində 

inəklərin  süd  məhsuldarlığı  1900-2000 kq,  südünün yağlılığı 3,7  3,9 %,  diri 

kütlə 

orta  hesabla 



inəklərdə 

380-400  kq,  buğalarda  isə  450-500  kq  olur. 

Cavan malın təmiz 

ət 


çıxan  50  faizdən  yüksək  olur.  Qırmızı  Qazax malı çox 

az  miqdarda  Ağstafa,  Qazax, 

Tovuz 

və  Gədəbəy  rayonlarının  fermer 



təsərrüfatlarında 

qalmışdır. 

Genofondun 

qorunması 

üçün tədbirlər görülür.

Ş ə k i!  68.

  Azərbaycan zebusu



Azərbaycan zebusu. 

Uzun  illərdən  bəri  xalq  seleksiyası  nəticəsində  zebu 

malları  və  onun  populyasiyalan  yaradılaraq,  bu  günə  qədər  gəlib  çatmışdır.

430



ölkəmizin  heyvanat  aləminin  nadir  növlərindən  biridir.  Rəngi  qonur  və 

qara-qonur  olmaqla  hürgücləri  aydın  hiss  olunur.  Azərbaycan  zebusu  və 

onun  hibridləri  yerli  şəraitə  və  xəstəliklərə  dözümlüdür,  yemə  və  yüksək 

qayğıya tələbkar deyildir. Azərbaycan zebusu tezyetişkənliyə malik olmaqla, 

diri  çəkisi  300-310  kq,  təmiz  ət  çıxan  58,8-60 % çatır.  İldə  orta  hesabla  500 

kq  süd  verir.  İllik  südünün  yağlılığı  isə  5-6  faizdir.  Lənkəran-Astara 

bölgəsində yayılmışdır.

Şakil 69.

  Azərbaycan  camışı

Bu  cins  akademik  A.Ağabəyli  tərəfindən  yaradılmışdır.  Uzun  illərdən 

bəri  aparılan  damazlıq-seleksiya  işlərinin  və  normal  yemləmənin  məhsulu­

dur.  Seçmə  və taylaşdırma  nəticəsində Azərbaycan camış cinsinin  həm  məh­

suldarlığı,  həm  də eksteryer göstəriciləri xeyli yaxşılaşmışdır.  Bu cins  1970-cı 

ildə  təsdiq  olunmuşdur.  Camışların  orta  süd  məhsuldarlığı  1300-1500  kq, 

südünün yağlılığı  8-12%,  ana camışların orta diri  kütləsi 400-500 kq,  törədici 

kəllərinki  isə  800-1000  kq-dır.  Respublikada  Azərbaycan  camış  cinsi 

təmizlikdə  yetişdirilir  ki,  bu  da  ölkəmizin  bütün  bölgələrində  yayılmışdır. 

Camış  Azərbaycanın  “qara  mirvarisi”  adlandırırlar,  bir  çox  yoluxucu 

xəstəliklərə (vərəm,  brusellyoz,  leykoz, teylerioz və s.) olduqca davamlı olub, 

onlarla  yoluxmurlar,  yalnız  pasterellyoz  və  emfizematoz  karbunkula 

həssasdırlar.  Camış  südündə  zülalın  miqdarı  inək  südünə  nisbətən  (11-12%) 

iki dəfə (20-28%) artıq olur.  Onların südü və digər məhsulları həm də insanın 

bəzi xəstəliklərində müalicəvi əhəmiyyətə malikdir.

431



Şəkil 70.  Qarabağ qoyun  cinsi

Bu  cins  xalq  seleksiyasının  məhsuludur,  respublikamızda  çox  yayılmış 

qoyun  cinsidir.  Qarabağ  qoyununun  quyruğu  yağlı,  ucunda  cılız  irtməyi, 

quyruq  aynası  açıq  və  üçkünc  olur,  qulaqları  əsasən  kərədir,  başı,  ayaqlan, 

qarnı  və  boynunun  aşağı  tərəfi  yunsuzdur.  Qoyunları  buynuzsuz,  qoçları 

•buynuzlu,  rəngləri müxtəlif olur.  Qoyunların diri  kütləsi  47-51  kq, qoçlarınkı 

isə 61 -74 kq-dır.  Yunu  qaba olub,  qarışıqdır.  Orta hesabla hər qoyundan 2,3 

kq,  qoçlardan  isə  3,2  kq  yun  qırxılır.  Süd  məhsuldarlığı  35-40  kq,  südünün 

yağlılığı  7,6  faiz  olur,  ilər  100  baş  ana  qoyundan  110-115  bala  alınır. 

Respublikanın  yay  və  qış  otlaq  şəraitində  inkişaf  etdirilir.  Azərbaycanın 

Qarabağ,  Mərkəzi Aran, Muğan-Salyan  zonalarında yayılmışdır.

Şəkil 71.  Qaradolaq qoyunu

Qarabağ  qoyun  cinsinin  bir  dəstəsidir.  Sahibkar  Hacı  Məmmədhüseyn 

Rəhimovun  (  Ağcabədi  rayonu,  Qaradolaq  kəndi)  fəal  iştirakı  ilə  xalq

432



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə