təhlükəli və neqativ hal kimi dəyərləndirir. Ferm alarda peyin biotermiki
üsulla zərərsizləşdirilmədən əkin sahəsinə tətbiq edilir və yoluxucu agentlərlə
ətraf mühiti çirkləndirir, dezinfeksiya, dezinseksiya, dezodorasiya, dezakari-
zasiya və deheliraintizasiya tədbirlərinin vaxtında və lazımı səviyyədə aparıl-
maması olduqca neqativ haldır. Gəmiricilərlə həm mərkəzi şəhərlərdə (Bakı,
Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan və ), həm də təmas xətti rayonlarının
ərazisində mübarizə (deratizasiya) aparılmadığı üçün onlar həm yoluxucu
xəstəlik törədicilərini yayır, ətraf mühiti çirkləndirir, həm də kənd təsərrüfatı
məhsullarına (kartof, soğan, yerkökü, çuğundur, bostan və tərəvəz bitkiləri,
yonca və s.) həddindən çox (50 faizdən çox) ziyan verir. 2010-cu ilin noyabr
ayında ermənilərin Ağdamın işğal olunmuş təmas xətti ərazisində keçirdik
ləri hərbi təlim nəticəsində sahibsiz ərazilərdə məskunlaşan həddindən çox
bəzgəklər təmas xəttini keçərək rayonun əkinçilik təsərrüfatlarına (taxıl və
yonca sahələrinə) çox böyük ziyan vurmuş və sahələri xarabalığa çevirmiş
dir. Bəzgək sürülərinin ərazilərimizə yoluxucu xəstəlik törədicilərini yayması,
epizootiya və epidemiyaların baş verməsinə səbəb olması qaçılmazdır. Qeyd
edilənləri nəzərə alaraq ən dəhşətli müharibə və yanğından güclü sayılan
epidemiya və cpizootiyalarla mübarizəyə hazır olmaq lazımdır. Bu, artıq
günün ən prioritet tələbi hesab olunur və insan sağlamlığı üçün çox zəruridir.
Baytarlıq təbabətinin məşhur alimləri bəşəriyyətin inkişafının bütün
dövrlərində onun insanların sağlamlığının keşiyində dayandığını uzaqgörən
liklə bəyan etmişlər. Hazırda dünyanın inkişaf etmiş ölkələrində ekoloji
böhranlar insan sağlamlığı və baytarlıq təbabətinin aktual problemlərinin
əsas prioritet sayılmasına baxmayaraq, Respublikamızda bu sahədə
maarilləndirmə işləri həb də günün tələbi ilə uzlaşmır və lazımı səviyyədə
aparılmır. Hkoloji böhran zooanlroponoz (heyvanlardan insana keçən) və
antropozoonoz (insanlardan heyvanlara keçən) xəstəliklərdən ölmüş və
torpağa basdırılmış cəsədlərdəki genetik mulasiyaya məruz qalmış palogen
agcntbri (törədiciləri) uzun illərdən sonra yenidən torpağın səthinə
çıxararaq içməli su mənbələrini baklerioloji çirkləndirir. Bu zaman onların
patogenliyi (xəstəlik törətmə xassəsi) və virulcntliyi (xəstəlik törətmə
dərəcəsi) güclənir, yeni inleksiya və invaziya mənbəyi yaranır, həmin
xəstəliklər təkrarən baş verir, yeni əlamətlərlə səciyyələnir. Maraqlı elmi
faktdır ki, son zamanlar parazitoz və helminlozların törədici və sürfələrinin
həm də insan və heyvanlarda əzələdə, daxili orqanlarda, hətta beyində,
sümük toxumalarında, cinsiyyət orqanlarında, gözdə və s. lokalizasiya
etməsi aşkar olunmuşdur. Bu elmi yenilik isə yalnız, müasir diaqnostika
cihazları (rezonans aparatı) vasitəsilə müəyyən edilə bilir
Ümumdiinya Vəhşi Təbiəti M iihafizə Fondunun ( WWF) son illərdə təşkil
etdiyi ekspedisiya qrupu Cənubi Çin dənizinin Borneo adasında dünya alimləri
arasında çox böyük sensasiya törədən, biologiya elmində xüsusi əhəmiyyəti
olan yeni maraqlı eh ' raktlar aşkar etmişdir. Borneo (Kalimantan)
planetimizin 3-cii ən h< y ‘k adası olmaqla, İndoneziya, M alayziya və Bruney
arasında üç yerə bölünməsi ilə unikaldır.
Sahəsi 743,33 kvadrat kilometr olan
adada neft və qaz yataqları da aşkar olunmuşdur. Nəmli ekvatorial
451
qurşaqda yerləşdiyi üçün həmin ada olduqca sıx cəngəlliklərlə örtülüdür.
Ekspedisiya qrupunun ilk səfəri zamanı adada 60-a qədər yeni, in d iyəd ək
elmə məlum olmayan heyvan (29 onurğasızlar, 1 7 balıq, 5 qurbağa, 3 ilan, 2
kərtənkələ, l quş və 3 həşərat) və 67 m üxtəlif bitki növü aşkar olunmuşdur.
Heyvan növləri arasında 2 fərqli - ağ ciyərsiz və uçan qurbağa, uzunluğu 0,5
metr olan yeni həşərat, al-qırmızı başlı, mavi bədənli ilan kimi ekzotik
növlər də vardır. Lakin 2007-ci ilin fevral aymda adaya səfər edən 2-ci
ekspedisiya qrupu bu adada dünyanın heç bir yerində rast gəlinməyən və
indiyədək elmə məlum olmayan
10
yeni məməli, 350 quş, 150 sürünən və 10
min bitki növü aşkar etmişdir.
Dünyanın təbiətşünas alimləri bu əsrarəngiz
adada hələ elmə məlum olmayan çoxlu sirlərin mövcud olduğunu nəzərə
alaraq onun mühafizə olunmasım planetar əhəmiyyətli məsələ kim i
dəyərləndirirlər. Həmin kəşf indiyədək planetimizdə mövcud olan flora və
fauna növlərinin təsnifatının tamamilə dəyişilməsi və yenidən əsaslı surətdə
işlənib hazırlanması zərurəti yaradır. Çünki həmin adada müxtəlif genefonda
malik olan canlı aləmin yeni üzvləri intişar tapır. Adada məskunlaşan yeni
mikro və raakro fauna və flora növlərinin genetik statusunun və biomüxtəlif-
liyinin ətraflı surətdə öyrənilməsi, müvafiq elmi-tədqiqatların aparılması
hazırda bioloqların, xüsusilə zooloq, genetik və botaniklərin qarşısında
olduqca qlobal problemlər qoyur.
Alimlər belə güman edirlər ki, qeyd edilən biotlar müxtəlif ərazilərdə baş
verən ekoloji kataklizmlər və antropogen fəaliyyətin təsirlərindən xilas
olmaq məqsədilə məhz bu adaya pənah gətirmişlər. Onların fikrincə, həmin
biotlar əvvəllər başqa bölgələrdə də mövcud olmuş, sonralar isə onların
kökü kəsilmişdir. Borneo adasına indiyədək insan ayağı dəymədiyindən
oradakı biotlar hələ də öz nəslini və populyasiyasını saxlamışdır. Bu tarixi
kəşfi təbiətşünaslıq elminin ən böyük nailiyyəti kimi dəyərləndirmək, onun
ekoloji aspektlərini, mikrofaunasını ətraflı surətdə, öyrənmək və elmə daxil
etmək lazımdır. Alimlər həmin adada mövcud olan biotların elmə indiyədək
məlum olmayan yeni epizootoloji, epidemioloji, enlomo/oji, fitopatoloji
patologiyalar törədəcəyindən və bəşəriyyət üçün çox ağır fəsadiarla
nəticələnəcəyindən olduqca böyük narahatlıq hissi keçirir,
həmin bəlanın
qaçılmaz olduğunu bildirirlər. Hazırda dünya alimlərinin qarşısında duran
ən qlobal elmi problemlərdən biri Borneo adasındakı flora və faunanın
mənşəyini, təkamülünü, qohumluq əlaqəsini, növ, cins, xətt müxtəlifliyini,
onların bioloji, morfofunksional, genetik, populyasiya xüsusiyyətlərinin
hüceyrə, xromosom və gen səviyyəsində öyrənilməsidir. Dünyamn məşhur
alimləri (arxeoloqlar, bioloqlar, geoloqlar, ekoloqlar, morfoloqlar, gene-
tiklər) bu sahədə geniş proqramlı layihəni həyata keçirməyə hazırlaşır.
Həmin layihədə həmçinin adadakı məməli heyvanların və quşların təsərrüfat
əhəmiyyətinin, məhsuldarlığının, kəmiyyət və keyfiyyət əlamətlərinin, insan
üçün yararlılıq dərəcəsinin öyrənilməsi də
elmi tədqiqat işlərinin proqram ına
daxil edilmişdir. Alimlər belə qənaətə gəliblər ki, onların bu axtarışları elmə
məlum olmayan çoxlu qaranlıq sirləri açacaq və dünya elminə olduqca
böyük, səmərəli, mütərəqqi və fundamental-tətbiqi xarakterli yeni töhfələr
452