Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə192/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   188   189   190   191   192   193   194   195   ...   205

tapıb.  Əgər  bu  elm  təşəkkül  tapmasaydı,  onda  bəşəriyyətin  taleyinin  necə 

olacağı,  hansı  məcra  alacağı  çox  ciddi  təhlükə  ilə  üzləşə  bilərdi.  Məhz  buna 

görədir ki,  ekologiyanın yeni  sahələri,  o cümlədən 

« E k o l o j i   g e n e t i k a » ,   « T i b b i  

e k o l o g i y a »  

və 


« B a y t a r l ı q  

təbabəti 

e k o l o g i y a s ı »  

kimi  bəşəriyyətin  inkişafı 

üçün  olduqca  aktual  elmi  istiqamətləri  formalaşaraq,  hazırda  ən  mütərəqqi 

elm  sahələrindən  birinə çevrilmişdir.  Həmin  elm sahələrinin  əsas  məqsədi  isə 

insan  sağlamlağmın təmin  olunması,  qorunması,  heyvan,  quş və  balıqlardan 

insana  keçən yoluxucu xəstəliklərin  qarşısının  alınması,  təhlükəli  xəstəliklərə 

qarşı  səmərəli  profilaktika  tədbirlərinin  aparılmasından  ibarətdir.  Ekoloji 

durumun  yaxşılaşdırılması,  tarazlığın  bərpa  olunması,  ətraf  mühitin 

mühafizəsi  və  təbiət-cəmiyyət,  cəmiyyət-biosfer  münasibətlərindəki  dis- 

balansın aradan qaldırılması  müasir dövrün ən aktual və qlobal problemidir. 

Bu  problem  yaxın  gələcəkdə  öz  müsbət  həllini  tapmazsa,  onda  bəşəriyyəti 

daha  böyük  və  iri  miqyaslı  ekoloji  böhran  və  fəlakətlər  gözləyir.  Çünki  XIX 

və  XX  əsrlərdə  antropogen  fəaliyyət  nəticəsində  təbiətə,  onun  sərvətlərinə, 

təbii  ətraf  mühit  amillərinə  həddindən  artıq  zərbə  vurulmuş  və  ekoloji 

disbalans yaranmışdır.

Planetimizin  hər  yerində 



ekoloji  bumeranq

  (proqnoz  nəzərə  alınmadan 

görülən  işlərin  ekoloji  fəsadları)  özünün  kulminasiya  nöqtəsinə  çataraq 

bəşəriyyəti  iki  yol  -   ölüm  və  həyat  ayrıcında  qoymuşdur.  Litosferə,  hidros­

ferə,  atmosferə,  flora  və faunaya çox  güclü,  bərpa olunmayan zərbələr vurul­

muş, 


ekoloji genosid

 -  


ekosid

  törədilmiş,  təbiətə  zülm  edilmiş,  nəticədə  qar- 

şısıalınmayan 

ekoloji kataklizmlər

 (partlayışlar)  və təbii  fəlakətlər  tüğyan  et­

mişdir.  Leysan  yağışlar,  güclü  sel,  daşqın,  qasırğa,  sunamı.  torpaq  sürüş­

mələri,  zəlzələ və vulkan  püskürmələri  Yer altındakı  insan və  heyvan  cəsədlə­

rinin  qalıqlarını,  onlarla  birlikdə  isə  yoluxucu  agentləri  torpağın  səthinə  çı­

xararaq,  təhlükəli  epidemiya,  epizootiya  və  pandemiyalar  törədir.  Dünya 

alimlərinin  təbiət-cəmiyyət  münasibətlərində 

mənfi  disbalansın  kəs­

kinləşməsi  və  dialektik  vəhdətin  pozulmasının  bəşəriyyət  üçün  çox  neqativ 

fəlakətlərlə  nəticələnəcəyi  barədə  həyəcan  təbili  çalmasına  baxmayaraq,  bu 

proses  get-gedə  daha  da  kəskinləşmiş,  insanlar  təbiətin,  onun  sərvətlərinin 

sanki  ən  qəddar  düşməninə  çevrilmiş  və  dəhşətli  ekosid  törətmişlər. 

Planetimizin  ekoloji  mənzərəsi  antropogen  fəaliyyətin  təsirindən  hazırda 

böhran,  aqoniya

  halına  düşmüş  və  öz  məhvərindən  tamamilə  çıxmışdır. 



"Təbiət  hər  şeyi  yaxşı  bilir,  qiymətləndirir  və  ona  uyğun  cavab  verir" 

(V.Kommoner).  "Əvvəllər  təbiət  insanları  qorxudurdu,  indi  insanlar  təbiəti 

qorxudur"  (Jak-iv-Kusto).  "İnsanlar,  unutmayın  və  agah  olun!  Yaşadığımız 

Round river -  sonsuz bir çay -  hazırda təhliikə qarşısındadır,  bu təhlükənin so­

nuncu qurbanı  isə bütün canlı  aləm  və Sizlər olacaqsınız!"  (A.Leord).

  Dünya 


şöhrətli  alimlərimiz  də  həmin  Round  riverə  biganə  qalmamış,  uzaqgörən  və 

daha  kəskin  münasibət  bildirmiş,  vaxtında  həyəcan  təbili  çalmışlar: 



"Təbiətə 

bir zərbə  vurana o,  min zərbə ilə cavab  verəcək,  bir balta endirənə isə min balta 

endirəcəkdir"  (Həsən Əliyev).  "Təbiətə zülm edəni o,  zindana salacaq,  cəhən­

nəmə göndərəcək və ondan öz qisasını mütləq alacaqdır" (Xudu Məmmədov).

447



Həmin  müdrik  kəlamlar  artıq  bu  gün  reallığa  çevrilmiş,  təbiət  in sa n la r­

dan  üz  döndərərək  qisas  almağa  və  alternativ  cavab  reaksiyası  göstərməyə 

başlamışdır.  Özü  də çox  kəskin və  qarşısıalınmaz  cavabla!  Son  illərdə,  x ü su ­

silə  2010-cu  və  2011-ci  ildə  planetimizdə  baş  verən  təbiət  kataklızmləri  və 

fəlakətləri  bəşəriyyəti  çox  ciddi  imtahanla  üzləşdirib,  iki  yol  ayrıcında 

(həyat,  yaxud  ölüm)  qoyub.  2010-cu  ildə  Avropa,  Asıya  və  Afrika  ölkələri, 

ABŞ,  Pakistan,  Hindistan və s.-də  baş  verən  böhran və fəlakətlər  bəşəriyyəti 

təlatümə  salmış,  heç  bır  antibiotikin,  sulfanilamid  və  nitrofuran  q ru p u  

preparatının  təsir  etmədiyi  "MDM"  epidemiyasını  törətmişdir.  Alimlər  belə 

qənaətə  gəliblər  ki,  son  zamanlar  QİÇS,  quş,  donuz  və  balıq  qripi,  atip ik  

pnevmaniya,  sarı  qızdırma,  dəli  dana-inək  duzluğu,  viruslu  hepatitlər.  A frika 

taunu,  Helikobakter  Pilori,  "M D M "  və  “Ekoli  infeksiyası,  talassemiya, 

hemofiliya,  anomaliyalar,  teratogen  xəstəliklər,  immun  çatışmazlığı,  m eta- 

bolik  sindrom-sürətlə  kökəlmə,  uşaqların  ölü,  vaxtından  əvvəl  doğulması  və  s. 

baş  verməsinin  və  arealının  genişlənməsinin,  klassik  yoluxucu  xəstəliklərin 

(taun,  qarayara,  quduzluq,  salmonellyoz,  vərəm,  brusellyoz,  leptospiroz,  botu- 

lizm,  malyariya,  dizenteriya,  leyşmanioz,  dəmrovlar,  qoturluq,  tülyaremiya, 

helmmtozlar  və s.)  isə  yeniləşməsinin  səbəbi  məhz  ekoloji kataklizmlər və  təbii 

fəlakətlərdir.  Çünki  ekoloji  böhranlar  və  təbii  fəlakətlər  (qlobal  istiləşmə, 

parnik  effekti,  ozon  ekranı,  leysan  yağışlar,  sel  və  daşqınlar,  qasırğalar, 

'sunamilər,  tornodalar,  torpaq  sürüşməsi,  meşə  yanğınları,  zəlzələ,  vulkan 

püskürməsi)  ekoloji  tarazlığı  pozur,  patogeıı  agentlar  (virus,  bakteriya, 

göbələk,  parazit,  helmint  və  s)  modifikasiyaya  uğrayır,  yeni  təhlükəli 

xəstəliklər  törədir.  Bu  isə  ekologiya,  insan  sağlamlığı  və  baytarlıq 

təbabətinin  dialektik  vəhdətini,  qırılmaz  bağlılığını  sübut  etdiyindən 

insan 

ekologiyası,  ekopatologiya,  tibbi ekologiya,  baytarlıq  təbabəti  ekologiyası  və 

ekoloji  genetika

  kimi  bəşəri  və  planetar  əhəmiyyətli  yeni,  mütərəqqi  elm 

sahələrinin  yaranmasına  zəmin  yaratmışdır.  Narahatlıq  törədən  odur  ki, 

qeyd  olunan  infeksion  ageııllər  əvvəlkilərdən  fərqli  olaraq  yüksək 

patogenliyə,  virulentliyə  malik  olub, dərman  preparatlarının  və dezinfeksiya 

maddələrinin  təsirinə həddindən  artıq  davamlılıq  göstərir.

Ekoloji  böhran  və  kataklizmləriıı  hazırda  həddindən  çox  kəskinləşməsi­

nin  əsas  səbəbi  antropogen  fəaliyyət  və  ekoloji  bumeranqın  təsirindən 

yaranan  qlobal  istiləşmə  və  iqlim  anomaliyalarıdır.  Onlar  qarşısıalınmaz 

ekoloji  dısbalans  yaratmış  və  insan  i'ıçün  qorxulu  sayılan  epidemiya,  epizo- 

otiya  və  pandemiyalann  arealının  genişlənməsinə  çox  böyük  zəmin  yarat­

mışdır.  Nəticədə  törədicisi  torpaqda  100  ildən  artıq  yaşayan  qarayara  və  10 

ildən  artıq  yaşayan  dəmrovlar  (trixofitiya,  mikrosporoz,  parşa.  axorion, 

favus),  eləcə də taun,  vəba, dizenteriya.  qoturluq,  leyşmanioz,  stafılokokkoz. 

streptokokkoz, kolibaktcrioz,  icrsinioz və s.  kimi  olduqca  təhlükəli yoluxucu 

xəstəliklərin  yeniləşməsi,  təkrarlanması  baş  vermişdir.  Hazırda  heyvanlar, 

quşlar,  balıqlar  və  onların  yeyinti  və  digər  məhsullarından  insana  keçən 

yoluxucu  (infeksion  və  invazion)  xəstəliklər  və  zəhərləmələr  (intoksikasiva 

və toksikozlar) mütəmadi  olaraq  tez-tez baş verir, olduqca ağır  fəsadlar törə­

dir  və  ölümlə  nəticələnir.  Dünya  alimləri  sübut  etmişlər  ki.  ekoloj  böhran.

448



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə