İ.Eyubov
150- yə qədər elmi əsərııı. 5 kitabın, 5
səmərələşdirici təklifin
müəllifidir. Onun müəllifi olduğu baytarlığa aid qurğular ötən əsrin 70-80-ci
illərində SSRİ ‘ Xalq təsərrüfatları nailiyyətləri sərgisi"’ nin qızıl medalına lajiq
görülmüşdür. Alimin elmi əsərləri ABŞ -m Florida ştatından, Polşadan,
Macarıstandan istifadə üçün tələb olunmuşdur. Biotexnologiya və embrionun
transplantasiyası sahəsində fundanental tədqiqatlar aparan ilk alimlərimizdən
sayılır.
Xəlilov Bəhman Bəhram oğlu
(1930-2012)
Ölkəmizdə yüksək ixtisaslı aqrar sahə müt
əxəssislərinin hazırlanmasında və ADAU-nun inki
şafında onun məzunu olmuş, biologiya elmləri
doktoru, professor, ƏEX Bəhman Bəhram oğlu
Xəlilovun çox böyük və təqdirəlayiq xidmətləri
olmuşdur. Onun elmi-tədqiqat işlərinin əsas
qayəsini entomozlann genetik və bioloji xassə
lərinin öyrənilməsi və onlarla müvafiq mübarizə
tədbirlərinin metodikasının hazırlanması təşkil
edir. O, elmi-pedaqoji fəaliyyəti ilə yanaşı 1973-
1983-cü illərdə ADAU-nun rektoru olmuşdur. Bitki mühafizəsi üzrə tanınmış
alim həm də Rusiya Aqrar Elmi Akademiyasınm həqiqi üzvü olmuşdur. Onun
rektor işlədiyi müddətdə instituta tələbə qəbulu xeyli artırılmış, yeni kompleksin
inşası üçün Azərbaycan KP MK, SSRİ Kənd Təsərrüfatı Nazirliyi və
Azərbaycan SSR Nazirlər Sovetinin birgə qərarı qəbul olunmuş və qərara əsasən
bir sıra tikinti işləri aparılmışdır. Ulu öndər Heydər Əliyevin böyük diqqət və
qayğısı nəticəsində 1978-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin «Azər
baycan Kənd Təsərrüfatı İnstitutunda kadr hazırlığının daha da yaxşılaşdın İması
və onun tədı is-maddi bazasının möhkəmləndirilməsi tədbirləri haqqında» birgə
qəran qəbul olundu. Bu qərarda tədris prosesinin, elmi tədqiqatlann, təlim-
tərbiyə işlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması proqramı nəzərdə
tutulmuşdur. Həmin qərarın tələblərinə uyğun olaraq Gəncə-Göygöl şəhərləri
arasında 300 hektarlıq sahədə ADAU-nun böyük kompleksinin tikilməsi planlaş-
dınlmışdı. 1979-cu ildən bu işlərə ciddi şəkildə başlanıldı, xeyli tikintilər və
kommunikasiya işlən həyata keçirildi, yataqxanalar, qazanxanalar tikildi, bir
neçə tədris korpusunun, dendroloji parkın, ippodromun əsaslan qoyuldu.
B.Xəlilov SSRİ Ali Soveti Rəyasət Heyətinin 16 may 1979-cu il tarixli fərmanı
ilə yüksək ixtisaslı mütəxəssislər hazırlanmasında və kənd təsərrüfatı elminin
inkişafında xidmətlərinə görə «Şərəf nişanı» ordeni ilə təltif edilmişdir. O, çoxlu
sayda dərslik və dərs vəsaitləri hazırlamışdır.
Onun rəhbərliyi ilə bir neçə
namizədlik və doktorluq dissertasiyalan hazırlanmışdır.
66
Əsgərov Ələddin A bdulla oğlu
(1925-2013)
Azərbaycanda milli kənd təsərrüfatı kadrlarının hazırlanmasında çox böyük
xidmətləri olan, geniş diapozonlu elmi elitaya və intellektə malik, korifey
alimimiz, təbiətin və ətraf mühitin mühafizəsi üzrə ilk ali məktəb dərsliklərinin
müəllifi, baytarlıq elmləri doktoru, professor, Əməkdar Elm Xadimi, Prezident
Təqaüdçüsü (2010), akademik Həsən Əliyev adma Ekologiya Mükafatı Laureatı,
məşhur mikrobioloq, sanitar-gigiyenist, ekoloq, zooloq Ələddin Abdulla oğlu
Əsgərovun biologiya, ekologiya, təbiəti mühafizə və baytaarlıq təbabəti,
ümumilikdə isə kənd təsərrüfatı elmimizin inkişafında olduqca böyük və önəmli
xidmətləri vardır. Alimin apardığı fundamental-tətbiqi xarakterli elmi-təd
qiqatların müəyyən hissəsi heyvan və quşların pasterellyoz xəstəliyi zamanı
ayrılan P. multocida ştammlannın genetik xüsusiyyətlərinin, əlamət və xas
sələrinin, dəyişkənliyi, həssaslığı və davamlılığının və mübarizə tədbirlərinin
öyrənilməsinə həsr olunmuşdur. Onun rəhbərliyi ilə 20-yə qədər elmlər nami
zədi və 1 elmlər doktoru hazırlanmışdır. Alim 1951-ci ildə Azərbaycanda quşlar
arasında tüğyan edən xolera (pasterellyoz) xəstəliyinə qarşı peyvənd materialı -
yarım maye formal vaksin hazırlayaraq onun səmərəsi mövzusunda namizədlik
dissertasiyası müdafiə etmişdir. O, 1965-ci ildə baytarlıq elmləri doktoru elmi
dərəcəsi və professor elmi adını almışdır. 1965-ci ildə onun təşəbbüsü ilə
Azərbaycan Dövlət Aqrar Universitetində «Zoolo
giya, gigiyena və baytar- sanitar ekspertizası»
kafedrası yaradılmış və 2009-cu ilin sentyabr
ayına kimi ona rəhbərlik etmişdir. Ə.Əsgərov
1976-1981 və 1991-1995-cı illərdə baytarlıq təbabəti
fakültəsinin dekanı vəzifəsində işləmişdir. O, 600-
dən artıq müxtəlif səpkili əsərlərin, o cümlədən 400
elmi xarakterli və 200-dəıı artıq ıctımaı-sıyasi mə
qalənin müəllifidir. Onun müxtəlif sahələrə həsr
edilmiş
60-dan
artıq
kitabı
(dərsliklər,
monoqrafiyalar, dərs vəsaıtlən, elmi-bədii kitablar)
nəşr edilmişdir. O, təbiəti və təbii sərvətləri
mühafizə, ətraf mühitin mühafizəsinə aid, eləcə də «Müasir ekologiya» (I və II-
hissələr, 2004, 2007) və «Davamlı İnsan Tnkişafi» (2009) fiındamentalali məktəb
dərsliklənnm ilk müəllifidir Ə.Əsgərovun milli kənd təsərrüfatı, xüsusilə baytarlıq
təbabəti, zootexniya, ətraf mühitin mühafizəsi, təbiəti və təbii sərvətlərin mühafizə,
ekologiya və Davamlı İsan İnkişafı sahəsindəki xidmətləri elm və təhsilimizin
tarixinə qizıl hərflərlə yazılıb
Babayev Adil Namazalı oğlu
(19 39-2004)
67