Yüksək intellektual səviyyə və geniş diapozonlu elmi elitaya malik olan, mükəmməl
elmi-pedaqoji fəaliyyəti və dərin biliyi ilə səciyyələnən, mahir pedaqoq, morfoloq,
anatom biologiya elmləri namizədi, dosent Adil Babayevin ölkəmizdə aqrar sahə üzrə
yüksək ixtisaslı kadrların hazırlanmasında xüsusi xidmətləri olub. O, 1957-ci ildə
AIMU-nun baytarlıq təbabəti fakültəsinə daxil olmuş, 1962-ci ildə isə həmin
universiteti qırmızı diplomla bitirdikdən sonra ilk əmək fəaliyyətinə Gədəbəy rayonunda
baş baytar həkim kimi başlamış, 1969 - 1979-cu illətdə Şuşa Kənd Təsərrüfatı
Texnikumunda müəllim işləmişdir. Texnikumda yerli komitənin sədri vəzifəsində
çalışmış, mütəmadi olaraq şerləri çap olunmuşdur. 0 , 1967 - 1968-d illərdə ADAU-nun
“Anatomiya fiziologiya və histologiya” kafedrasında aspiranturaya daxil olub, məşhur
professor R B.Rüstəmovun rəhbərliyi ilə “Camışlann barmaq və diz əzələ qollan
hissəsində maqistral arteriyaların yaş xüsusiyyətləri” mövzusunda elmi tədqiqatlar
apararaq, 1973-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.
A.Babayev 1972-ci ildən ADAU-nun “Anatomiya, fiziologiya və histologiya”
kafedrasında assistent, sonra isə dosent vəzifəsində çalışmışdır. Alimin 30-dan çox elmi
əsərləri, elmi metodik göstərişləri, dərslikləri və dərs vəsaitləri (“Heyvan anatomiyası
terminləri lüğəti”, rusca-azərbaycanca-labnca, 1991; “Camışçılığm əhəmiyyəti”, 1986;
“Heyvan” anatomiyasının sümük bəhsi”, 2001 və s.) vardır. Onun elmi əsərləri Rusiya
Federasiyasının nüfuzlu mərkəzi jurnallarında, elmi külliyadannda nəşr olunmaqla
dünya anatomlannın diqqətini cəlb etmişdir.
A.Babayev sabiq SSRİ-nin bir çox Respublikalarında, mərkəzi şəhərlərdə
(Moskva, Kiyev, Sankt-Peterburq, Səmərqənd, Alma-Ata və s.) keçirilən elmi-
praktiki konfranslarda, konqreslərdə, simpoziumlarda və seminarlarda kənd
təsərrüfatı heyvanlarının, xüsusilə iri buynuzlu heyvanların anatomiyasına dair
çox zəngin və maraqlı elmi məruzələrlə çıxış etmiş, dünya alimlərinin rəğbətini
qazanmışdır. O, 2003-cü ildə Gəncədə keçirilən Gəncə-Qars baytarlıq
simpoziumda çox maraqlı mövzuda çıxış etmişdir. Zəngin biliyi ilə seçilən alim
həm tələbələrin, həm də bütün universitet kollektivin böyük rəğbətini
qazanmışdır. Alimin elmi pedaqoji irsi sanki genetik olaraq qızı tərəfindən
davam etdirilib. Pürhani Tamara Adil qızı 2011-ci ildə “Camışlarda baş
skeletinin ekoloji və yaş xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə
edərək biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Tamara
xanımın həyat yoldaşı professor Pürhani Səfər Həsən oğlu iqtisad elmləri
doktoru və professorudur. Respublikamızda informatika və avtomatlaşdırma
üzrə məşhur alimdir, hazırda Milli Aviasiya Akademiyasında kafedra müdiri
vəzifəsində çalışır. O, Azərbaycan Respublikası Prezidenti yanında Ali
Attestasiya Komissiyasında Ekspert Şurasının üzvü, Beynəlxalq Ekologiya və
Həyat fəaliyyətinin təhlükəsizliyi Akademiyasının həqiqi üzvüdür, Azərbaycan
Müəllimlərinin I qurultayının və YAP-ın I qurultayının nümayəndəsi olub.
Dəfələrlə Təhsil Nazirliyinin Azərbaycan həmkarlar təşkilatlan Konfedera
siyasının fəxri fərmanları ilə təltif edilib.
68
Əliyev Cəlal Əlirza oğlu
(1928)
Dünya şöhrətli görkəmli alim, Respub
likanın Əməkdar Elm Xadimi, Azərbaycan Milli
Elmlər Akademiyasının akademiki, Rusiya Kənd
Təsərrüfatı Elmlər Akadcmiyasınm həqiqi üzvü.
Azərbaycan
Milli
Elmlər
Akademiyasının
Botanika
İnstitutu
və
Kənd
Təsərrüfatı
Nazirliyinin Elmi-Tədqiqat Əkinçilik İnstitutu
şöbələrinin rəhbəri, biologiya elmləri doktoru
Cəlal Əlirza oğlu Əliyevin milli və dünya
biologiya
elminin
inkişafında,
tərəqqisində
misilsiz xidmətləri olmuşdur. O, «Mikroelementlərin buğdanın inkişafına və
məhsuldarlığına təsiri»
mövzusunda namizədlik,
«Bitkilərin
fotosintez
fəaliyyəti, mineral elementlərlə qidalanması və məhsuldarlığı» mövzusunda isə
doktorluq dissertasiyası müdafiə etmişdir, 500-dən artıq elmi əsərin, 20
monoqrafiya və kitabın müəllifi olmaqla, onun rəhbərliyi və köməkliyi ilə 250-
yə qədər alim, o cümlədən 70-dən artıq elmlər namizədi və 10-dan çox elmlər
doktoru hazırlanmışdır. Həyatın yaranması, üzvi aləmin əmələ gəlməsi, təbiətin
əvəzolunmaz inkişafı prosesi fotosintez hadisəsi ilə bağlıdır. Fotosintez
prosesinin öyrənilməsi uzun müddət dünya alimlərinin diqqət mərkəzində
olmuşdur. Təsadüfi deyil ki, bəşəri əhəmiyyətli bu problemin tədqiqi sahəsində
kəşflərə görə indiyə kimi 5 Nobel mükafatı laureatı olmuşdur. Azərbaycan elmi
tarixində mühüm yer tutan böyük alim, ictimai xadim, C. Əliyev təbiət elminin
bu sahəsinə maraq göstərmiş və bu sahə onun elmi yaradıcılığının fundamental
tədqiqat obyektinə çevrilmişdir. Aparılan fundamental tədqiqatların nəticəsində
7-8 t/h məhsuldarlığa və yüksək dən keyfiyyətinə malik, Azərbaycanın taxıl
əkıııı sahələrinin böyük hissəsini təşkil edən, Türkmənistan, Özbəkistan və
Gürcüstanda yaxşı nəticələr verən «Qaraqılçıq-2», «Mırbəşır-50», eləcə də
«Vüqar», «Şıraslan-23», «Bərəkətli-95», «Qobustan», «Əlincə-84», «Əzəmətli-
95», «Qiymətli-2/17», «Əkinçi-84», «Nurlu-99», «Ruzi-84», «Tale-38»,
«Tərtər» və s. kimi bir sıra bərk və yumşaq buğda sortlannm yaradılması alimin
ən böyük elmi nailiyyətidir. Hal-hazırda Alimin rəhbərlik etdiyi kollektiv
dünyanın ən öncül laboratoriyaları səviyyəsində elmi-tədqiqat işlərini davam
etdirir. Onun elmı-təşkilatçılıq fəaliyyəti sayəsində XX əsrdə biologiyanın ayrı-
ayrı sahələrinin yüksək səviyyədə inkişafı XXI əsrdə Azərbaycan biologiya
elminin dünya elminə inteqrasiyası üçün zəmin yaratmışdır. Nəticə etibarilə
hazırda ölkəmizin alimləri dünyanın öncül elmi laboratoriyaları ilə əməkdaşlıq
şəraitində öz tədqiqatlarını davam etdirir və yeni elmi nailiyyətlər əldə edirlər. C.
Əliyevin görkəmli bioloq kimi elmi irsinin ən yeni və mühüm sahələrindən birini
də bioetika, elm və texnologiyaların etikası problemləri təşkil edir. Onun ümumi
biologiya, biotexnologiya, biokimya, bitki seleksiyası və s. sahələr üzrə apardığı
çoxsaylı və sanballı elmi tədqiqat işləri dünya mətbuatında geniş əksini
69