hormonun hazırlanmasına xidmət edir,
müdafiə
və termorequlyasiya
funksiyalarını yerinə yetirir, çoxlu sayda qıvrım kanalcıqlara malikdir. Yaşlı
qabanın bir xayasında həmin kanalcıqların uzunluğu 3000 m-dir. Cinsi
yetişkənlik dövründə mütəmadi olaraq xayalarda spermiyalar hazırlanır. Onlar 6-
8 gün xaya artımında yerləşərək burada yetişir və toxumaparan kanalın
divarındakı
əzələlərin
yığılması
nəticəsində
həmin
kanala
keçir.
Spermatogenezin davam etmə müddəti aşağıdakı kimidir (günlərlə):
buğada - 54
qoçda - 49
donuzda (qabanda)- 34
ayqırda - 42
dəvədə - 56
dovşanda - 41
xoruzda - 25
Spermanın-erkəklərdə cinsiyyət aktı zamanı ifraz olunan mayenin hidrogen
ionlarının koesentrasiyası - pH=6,5-6,9 olur.
Kənd təsərrüfatı heyvanlarının dişi cinsiyyət üzvlərinə
yumurtalıqlar,
yumurtalıq boruları, balalıq, balalıq buynuzları
və dəhlizi (vagina), xarici
cinsiyyət orqanları (cinsiyyət dodaqları, klitor) aiddir. Mayalanma yumurta
borularında, dölün inkişafı isə-balalıq buynuzlarında gedir. Yumurtalıqlar
mürəkkəb orqan olmaqla follikulalardan və sarılıq cisimlərindən ibarət olan
qabıq (follikulyar) və beyin (damarlı) maddələrə ayrılır. Ovogenez prosesi
follikulalarda
baş
verir,
yumurtalığın
qabıq
maddəsində
ooqoniya
hüceyrələrindən oositlər, onlardan isə yumurta hücyerələri formalaşır.
Cinsiyyət aktı (koitus)-
şərti və şərtsiz reflekslərin mürəkkəb kompleksi
olub, spermanın
əlavə cinsiyyət vəziləri sekretlərinin erkəklərin cinsiyyət
aparatından
ixrac
edilməsi
və
onlann
dişilərin
cinsiyyət
aparatına
yeridilməsindən ibarətdir və 4 əsas refleksdən - ereksiya, qucaqlama
,
birləşmə
və eyakulyasiya
təşkil olunur. Bu reflekslərin hamısı qeyri-şərti reflekslərə
aiddir. Bütün şərtsiz reflekslərin məcmuu hər bir normal orqanizmin tabe olduğu
və təkamül nəticəsində qazandığı bioloji qanundan ibarət olmaqla, cinsiyyət
yetişkənliyi ilə eyni dövrdə yaranan cinsiyyət instinktindən
ibarətdir. Dişi
fərdlərdə cinsiyyət instiktinti follikulalann yetişməsindən əvvəl, erkəklərdə isə
spermogenezin başlaması dövründə yaranır. Orqanizmin cinsiyyət hormonlarına
qarşı reaksiyası cütləşmə
formasında təzahür edir. Cütləşmə yalnız təbii
mayalanmaya aid olmaqla, süni mayalanma ilə heç bir əlaqəsi yoxdur, çünki bu
proses iki müxtəlif cinsiyyətə malik olan fərdlərin qarşılıqlı münasibətindən
ibarət olan bir prosesdir. Bu zaman görmə, eşitmə, hiss etmə və taktil oyanmaları
cinsiyyət aktı reflekslərinin yaranmasına başlıca zəmin yaradır.
Ereksiya refleksi
-
müvazinət halına nisbətən qan damarları ilə penisə bir
neçə dəfə artıq qanın gəlməsi və onun mağaralı cisminin və venoz kavemalı
sahəsinin qanla çox güclü təchiz olunması və möhkəmlənməsinin tədricən baş
verməsi ilə səciyyələnir.
116
Qucaqlama refleksi -
törədicinin
dişi fərdin üzərinə qalxması və ön
ətrafları ilə onu qucaqlamasından ibarət olub, ayqırlarda və donuzlarda çox
güclü, buğa, təkə və qoçlarda isə nisbətən zəif nəzərə çarpır. Bu refleks də irsi və
növdaxili xarakter daşıyır, bəzi variasiyalara malikdir, eyni vaxtda birləşmə
refleksii yaranır, törədicinin fəal hərəkəti nəticəsində penis vaginaya daxil olur
(immitsio), onun dinamiki hərəkəti (friksio) nəticəsində termiki və mexaniki
reseptorlan qıcıqlanır və eyakulyasiya başlayır.
Vaginal myalanma
qrupuna aid
olan heyvanlarda koitus qısa, eyakulyasiya sinxron olmaqla, sperma balalıq
boynuna daxil olur. Bu qrupun tipik nümayəndələri iri və xırda buynuzlu
heyvanlar, bütün antilop növləri və dovşanlar sayılır.
Balalıq mayalanması
qrupuna aid olan heyvanlarda sperma bir başa
balalığa daxil olur (at, eşşək, donuz, pişik, itlər və tülkülər), onlarda koitus
nisbətən uzun çəkir, eyakulyat asinxron xarakterlidir. Göründüyü kimi, müxtəlif
mayalanma tipinə malik olan heyvanlarda cinsiyyətli aktı fərqli xüsusiyyətə
malikdir (cədvəl 4).
Cədvəl 4.
Müxtəlif mayalanma tipinə malik olan heyvanlarda cinsiyyət aktının fərqlənməsi
(A.P.Studensov və b., 1980)
C insiyyət aktı (koitus)
Balalıq mayalanması
Vaginal mayalanma
Koitusun müddəti
Uzun
Qısa
Eyakulyasiya
Dəqiqələrlə hesablanır
Saniyələrlə hesablanır
Eyakulyatm həcmi
Böyük
Kiçik
Spermiyalann
konsentrasiyası (qaühğı)
Azacıq
Böyük
Əlavə cinsiyyət vəziləri
Yaxşı inkişaf etmişlər
Z əif inkişaf etmişlər
Vaginal tipli mayalanm aya m alik olan heyvanlarda koitusun qısa
m üddətli olm asının səbəbi spermiyanın xaya artım ından genişlənm iş am-
pulabənzər toxum aparan kanala daxil olub oradan vaginaya gətirilm əsi za
manı birləşm ə refleksinə qədər ləngim ənin baş verm əsidir. Spermiyanın
ləngim əsinin səbəbi isə məhz toxum çıxarıcı kanalın genişlənmiş ampu-
layabənzər quruluşa malik olm asıdır. Buğa, qoç və təkədə cinsiyyət aktı
ilə eyakulyasiya eyni vaxtda baş verərək 2-10, antiloplarda isə-10-15
saniyə davam edir. A yqırın və eşşəyin cinsiyyət aktı 1-3 dəqiqə,
eyakulyasiya isə-5-10 saniyə, donuzda bu göstəricilər müvafiq olaraq 10-
15 və 7-8 dəqiqə davam edir. D əvələr cinsiyyət aktını yatılı vəziyyətdə
117