sinapslarda təsir potensialı postsinaptik neyronda yaranır, həm oyadıcı, həm də
tormozlayıcı xüsusiyyətə, həmçinin kimyəvi, elektrik və qarışıq keçiricilik
mexanizminə malikdir. Müəyyən funksiyanı yerinə yetirən və onu tənzimləyən
neyronlar qrupu sinir mərkəzi
adlanır və oyanmanın ləng nəql edilməsi, ritminin
və gücünün transformasiya olunması, sıx qıcığa seyrək və əksinə cavab verməsi,
daimi tonusa malik olması, irradiasiya (impulsların neyronlara paylanması),
oyanmanın yalnız bir istiqamətdə-afiferent neyrondan aralıq ncyron vasitəsilə
efferent ncyrona nəql olunması və s.-xassələri ilə səciyyələnir.
Sinir sistemi orqanizmin fəaliyyətini onun genetik homeostazı və xarici mü
hitlə əlaqəsi formasında idarə edir, daimi nəzarətdə saxlayır və tənzimləyir.
Onun əsas aparıcı elementi sayılan ncyronlann fizioloji funksiyaları və beyinin
keçirici sistemlərinin sxemi əvvəlcədən genetik olaraq proqramlaşdınrlır.
Həm
hüceyrədaxili proseslər, həm də neyronlar arasındakı əlaqə hüceyrələrin genetik
ixtisaslaşması ilə müəyyənləşdirilir. Məsələn, görmə aparatının ncyronları yalnız
özünün ikinci neyronları ilə əlaqəyə girir. Onlar eşitmə və s. sistemin ncyronları
ilə heç bir əlaqəyə girmir. Bu hal beyinin bütün şöbələrinin və orqanların
neyronlan üçün spesifik xarakter daşıyır və çox böyük əhəmiyyətə malikdir.
Genlərin dəsti (yığımı) inkişafda olan sinir hüceyrələrinin hansı tipə və sinir
kələfinə aid olacağını əvvəlcədən müəyyənləşdirir. Neyronların hansı quruluşa,
formaya, xassələrə malik olması də genetik determinasiyaya uyğun olaraq for
malaşır. Sinir kələflərinin 3 genetik determinasiya olunmuş tipi-ierarxik, lokal
və divergent
-
ayırd edilir.
lerarxik sinir kələfləri (toru)-
neyronlararası əlaqə yaradan sensor və
lokomator liflərdə mövcuddur. Bu zaman sinir sisteminin yuxan şöbələrinə
daxil olan impulslar orada sintez və analiz olunduqdan sonra əvvəlcə birinci,
sonra isə ikinci, üçüncü və s. neyronlara, oradan isə onurğa
beyinin spesifik motor-hərəki neyronlan ilə işçi orqana-əzələyə ötürülür.
Beləliklə, informasiyalann işçi orqana ötürülməsi ierarxik səviyyədə-yuxan
hökmran sisteminin (baş beyinin) neyronlanndan aşağı-ona tabe olan liflərə
ötürülməsi üçün konkret komanda-əmr verilir və onlar əzələlərin müəyyən qrup
hüceyrələrinə ötürülür. Bu sistem informasiyalann çox dəqiq və çevik
ötürülməsini təmin edən ən fəal determinasiya olunmuş neyron qrupu sayılır.
Həmin prosesdə konvergensiya
(bir səviyyənin bir neçə neyronu digər
səviyyənin həmin sayda neyronları ilə əlaqəyə girir), yaxud
divergensiya
(bir
səviyyənin neyronunun digərinin çoxlu sayda ncyronları ilə əlaqəyə girməsi)
nəticəsində informasiyalar filtrasiya olunur (süzülür) və siqnallar çox güclənir.
Neyronlann yaralanmalar, xəstəliklər, insult, şişlər zamanı informasiyaları
keçirmə qabiliyyəti itdikdə, yaxud çox zəiflədikdə konvergensiya və
divergensiya onların «köməyinə çataraq» bəzi şanslar verir. Belə ki, bir
səviyyənin neyronlan nisbətən məhv edildikdə, zədələnmiş hüceyrələr fəallaşır
və onlann da funksiyalanm öz üzərlərinə götürürlər. İerarxik sistemi təkcə
sensor və motor liflər üçün deyil, həm də başqa sistemlər üçün də müvafiq
köməklik göstərir və onlarla ittifaqa (alyansa) girir.
112
Lokal k əh fltor)-
neyronlann aksonlannın qısa olması nəticəsində elektrik
ionlan istənilən səviyyədə paylana bilmir və neyronlann təsir sferasının zəif
olması, işçi orqanlara gedən neyronlara ləngidici, yaxud oyanma təsiri
göstərməsi ilə səciyyələnir.
Divergent sinir toru
-
bir neyronun çoxlu sayda neyronlara vahid çıxış yolu
ilə əlaqə yaratması və divergensiyanm kulminasiya həddinə çatması ilə
xarakterlənir. Bu qrupa mənsub olan neyronlar və sinir toru orta beyində və
beyin kötüyündə yerləşir. Bunların ən üstün cəhəti çoxlu neyronlara dərhal təsir
etmək və onlann əksəriyyəti ilə əlaqə yaratmaqdan, «təşkilatçı» «rejissor»
rolunu icra etməkdən ibarətdir. Həmin keyfiyyətlərinə baxmayaraq divergent
genetik determinasiyalı sinir torları orqanizmdə mövcud olan sinir torlarının çox
cüzi hissəsini təşkil edir.
Nefronlar
-
böyrəklərin funksional vahidi olub, qabıq maddəsində yerləşir,
olduqca mürəkkəb, lakin həyati vacib ifrazat (sidik ifrazı) prosesini yerinə
yetirir. Hər bir neffonda içərisində malpigi yumaqcığı olan Şumlyanski-Boymen
kapsulası, toplayıcı və çıxancı kanalcıqlar sistemi vardır. Şumlyanski-Boymen
kapsulası visseral (damar torunun üstünü örtən) və parietal (kubşəkilli)
vərəqlərdən ibarətdir. Neffon çox mürəkkəb quruluşa malik olmaqla, onun
aşağıdakı hissələri vardır:
-Birinci cərgə (dərəcəli) - proksimal-qıvnm kanalcıqlar (böyrəyin qabıq
qatında yerləşir);
-Henli ilgəyinin qalxan və enən dizləri;
-İkinci cərgə (dərəcəli)- distal qıvnm kanalcıqlar;
-Yukstaqlomerulyar (hüceyrələr) kompleks (qabıq və beyin maddəsinin
sərhəddində yerləşir, renin və prostoqlandin hormonu ifraz edir). Bu kompleks
malpigi yumaqcığını əmələ gətirən gətirici və aparıcı damarlar zonasında
yerləşən mioepitelial mənşəli hüceyrələrdən ibarətdir. İnsanın böyrəyində 1,25,
qaramalda-4, donuzda-1,5, qoyunda isə - 1 milyon nefron vardır. Üzvi
maddələrin və duzlann mübadiləsi nəticəsində əmələ gələn son məhsullar,
yabançı maddələr və suyun artıq hissəsi məhz nefronlar vasitəsilə ifraz
(ekskresiya)
olunan sidiklə orqanizmdən ixrac olunur. 6-10 litr qandan 1 litr ilk
(provizor) sidik, 90 litr ilk sidikdən isə 1 litr son sidik əmələ gəlir. Plazmadan
fərqli olaraq ilk sidikdə zülallar və qanın şəkilli elementləri olmur. İnəkdə 1
sutkada 540-1800 litr ilk sidik filtrasiya olunur, 15 litr son sidik üçün
böyrəklərdən 18.000 litr qan keçməlidir.
2.3. Çoxalmanın sitoloji və genetik aspektləri
Hazırda planetimizdə mövcud olan bütün heyvanat aləminin, o cümlədən
məməlilərin irsiyyətinin, nəslinin, genetik fondu və populyasiyalannın dayanıqlı
davam etməsinin dialektik əsasım çoxalma prosesi təmin edir və tənzimləyir.
Çoxalma-reproduktiv funksiya
- olduqca mürəkkəb bioloji proses olub,
heyvanların nəsil verməsi və növünün, onun xarakterik əlamət və kefiyyətlərini
saxlayan şərtsiz leflektor reaksiyaların məcmuundan ibarətdir, heyvanlann çoxalma
113