Sxem 2.
Margelis və Şvaısa görə canlı orqanizmlərin təsnifatı (1982)
Hüceyrənin struktur elementləri (komponentləri) çox kiçik olduğuna görə
onların morfolojı xüsusiyyətləri öyrənilərkən müxtəlif ölçü vahidlərindən
istifadə olunur (cədvəl 1). Hüceyrə canlı bioloji vahid kımı müxtəlif kimyəvi
birləşmələr və elementlərdən təşkil olunur (cədvəl 2,3).
101
Hüceyrə komponentlərinin ölçü vahidləri
Cədvəl 1.
Ölçü vahidi
Hərfi mənası
Metr hissələri
Millimetr
Mm
Mində
bir,
10'3
m,
Mikrometr
Mkm, həmçinin pm
kimi də işarə olunur
yaxud milyonda bir, 10'6m
Nanometr
nm
millimetrin mində biri
Mikron
mk
Miliyardda
bir,
10'9
m
yaxud mikrometrin mində biri
1 mk=0,001 mm
Anqstrem
A°
1 A°=0,0001 mk və yaxud
0,0000001 mm
1 nm=1000 mk
1000 mk=10000000 A°
Cədvəl 2.
Hüceyrədə kimyəvi birləşmələrin miqdan (Z.F.Qarayev və b. 2002)
Birləşmələr, %-lə
Qeyri-üzvi
Uzvi
Su
70-80
Zülallar
10-20
Karbohidratlar
0,2-2,0
Yağlar
1,0-5,0
Qeyri-üzvi
maddələr
1,0-1,5
Nuklein turşuları
1,0-2,0
ATF və digər kiçik
molekullu maddələr
0,1-0,5
102
Cədvəl 3.
Hüceyrədə kimyəvi elementlərin miqdan (Z.F.Qarayev və b. 2002)
Elementlər
Miqdarı,%-lə
Elementlər
Miqdarı,%-lə
Oksigen
65-75
Kalsium
0,04-2,00
Karbon
15-18
Maqnczium
0,02-0,03
Hidrogen
8-10
Natrium
0,02-0,03
Azot
1,5-3,00
Dəmir
0,01-0,015
Fosfor
0,2-1,00
Sink
0,0003
Kalium
0,15-0,4
Mis
0,0002
Kükürd
0,15-0,2
Yod
0,0001
Xlor
0,05-0,1
Flüor
0,0001
2.2. Heyvan hüceyrəsinin quruluşu və fknksiyaları
Molekulyar səviyyədə apanlan mikroskopik müayinələrə əsasən ayn-ayn
fərdlərin həyat fəaliyyətində apancı
rol oynayan hüceyrələr müəyyən
komponentlərdən, xüsusilə orqanoidlərdən (ribosomlar, mitoxondrilər, lizosomlar,
Holci kompleksi, endoplazmatik - tor-şəbəkə, hüceyrə mərkəzi-sentrosom),
sitoplazma, nüvə və hüceyrə membranından ibarətdir (şəkil 1). Bu komponentlərin
hamısı hüceyrə qişası, təbəqəsi - membranı (bioloji qat) ilə əhatə olunmaqla
hüceyrənin tamlığı, ətraf mühitlə, eləcə də digər hüceyrələrlə qarşılıqlı əlaqəsi
təmin olunur.
Hüceyrə membranı (sitoplazmatik membran
)-onun bütün komponentlərini
xaricdən əhatə edən, formasının sabit saxlanmasına zəmin yaradan,
zədələnmə sinin qarşısım alan xüsusi qişa olub 3 nazik təbəqədən (iki zülal və
onların arasında yerləşən bir lipid qatından) ibarətdir. Membranın malik olduğu
külli miqdarda fermentlər müxtəlif maddələrin hüceyrəyə mübadilə olunmasını
təmin etməklə çox mühüm funksiyanı yerinə yetirir. Sitoplazmatik membran
yüksək seçicilik və keçiricilik xassəsinə malik olmaqla hər maddənin hüceyrəyə
və əksinə, ondan mühitə keçməsinin qarşısını alır, beləliklə də onun normal
funksiyasını təmin edir.
Sitoplazma -
hüceyrədaxili maye olmaqla, onun əsas kütləsini təşkil edir,
zülalların biosintezini və hüceyrələrin həyat fəaliyyətinin bütün proseslərini
yerinə yetirir. Onun tərkibinin 85%-ni su, 10%-ni zülallar, 5%-ni isə başqa
maddələr təşkil edir. Heyvan hüceyrələrinin sitoplazması kolloid maddə olub,
qatılığına görə bir-birindən fərqlənən iki təbəqədən-duru endoplazma və qatı
ektoplazmadan ibarətdir. Bütün orqanoidlər (piqmentlər, qlikogen, zülal
kristalları, hüceyrə törəmələri, yağ damlaları) də sitoplazmada yerləşir və
metabolizm prosesləri də burada icra olunur.
103
Şəkil 1.
Heyvanı
mənşəli
hüceyrənin
ultraımkroskopık quruluş sxemi: I-sitozol
,
2-
plazmatik membran; 3-mitoxondri; 4-sentriol; 5-
endositoz qovuqcuq; 6-lizosom; 7-pereksisoma; 8-
nüvə; 9-ribosom; 10-Holci kompleksi: 11-
mikrofılament; 12-mikroborucuq; 13-eksositioz
qovuqcuq; 14-dənə\:ər endoplazmatik şəbəkə; 15-
hamar endoplazmatik şəbəkə (C.Xəcəfov və b.,
2010
)
Ribosomlar -
sitoplazmada səpələnmiş formada yerləşən iki qeyri-bərabər,
bəzən isə dəstə halında poliribosom olan kiçik hissəciklərdən ibarət olub
hüceyrədə zülalların bıosintez prosesində çox mühüm rol oynayır və zülal
«fabriki» adlanır. Ribosomlann ümumi ölçüləri 150-350 A" (anqstrem) olmaqla
əsas funksiyası nüvənin nəzarəti altında zülal sintez etməkdən ibarətdir Onların
tərkibində hüceyrənin 80-90% rRNT-si (ribosomal) və zülal olur. Zülal sintezi
zamanı mRNT (məlumat) ilə birləşmiş bır neçə ribosomdan təşkil olunan
polisom yaranır (şəkil 2).
104