Demək olar ki, işıq faktoru ilə əlaqəsi olmayan varlıq yoxdur.
Təkamül dövründə heyvanlar və bitkilər işıq faktorunun dəyişmə
vaxtına dəqiq alışmışlar. Sutkalıq, yaxud da bioloji rejim
ekologiya elmində tez-tez rast gəldiyimiz bioloji saatlarla
əlaqədardır. Biosferdə canlı məxluqun sutkalıq rejimə uyğun
inkişafının olduqca böyük bioloji əhəmiyyəti vardır. Çünki gecə
və gündüz həyat tərzinə alışan heyvanlar çox nadir hallarda
bir-birinə rast gəlirlər, deməli onların arasında rəqabət də olmur.
İlk baxışda adi hal kimi görünən bu münasibət, uyğunlaşma o
deməkdir ki, hər bir ekoloji sahənin daxili imkanlarından səmərəli
istifadə edilir. Təcrübələrlə sübut olunmuşdur ki, barama
qurdunun beynində işığı qəbul edən hüceyrələr gecə ilə gündüz
arasındakı vaxt müddətini dəqiq müəyyənləşdirir. Belə ki, gün
ərzində. İşıqlı vaxt (8 saat) başa çatandan sonra barama qurdu
yatır və hiss edir ki, bayırda şərait yaxşı deyil, «çölə çıxmaq
təhlükəlidir».
Bahar fəslində işıqlı vaxtın müddəti get-gedə artır və
qurdun beynindəki xüsusi sinir hüceyrələri harmon ifraz etməyə
başlayır. Deməli barama qurdunu «oyadan» harmonun ifrazı üçün
lazım gələn əsas şərt işıqlı vaxtın 8 saatdan çox olmasıdır.
Təbiətlə canlı aləm arasında dövri hadisələrin xronoloji şəkildə
baş verməsi də işıqla əlaqədardır.
Quşların köçməsi, heyvanların miqrasiyası, qış yuxusuna
getmə və s. işıq amilinə gərəkdir. Səciyyəvidir ki, vəhşi
heyvanların vaxtaşırı yun, tük tökməsi məhz temperatur ilə yox,
işıq faktoru ilə əlaqədardır. Yaz-yay aylarında işıqlı vaxt çox
olduğu üçün fauna və floranın maksimal inkişafı da bu vaxtlara
təsadüf edir.
Canlı aləmə təsir göstərən amillərdən biri də Aydır. Heç də
təsadüfi deyildir ki, bir çox xalqlar indinin özündə də Aya sitayiş
edirlər. Uzun müddətli müşahidələrə görə, heyvanların çoxu,
həmçinin insanlar da Ay bədrlənən zaman daha fəal, emosional
olurlar.
Sübut olunmuşdur ki,
112
meşələrdə yaşayan nəhəng siçovulların daha intensiv cütləşmə
dövrü Ayın tam açıq fazasına təsadüf edir. Bundan başqa Ayın
fazaları gecə həyat tərzinə alışan heyvanların davranış və həyati
proseslərinə güclü təsir edir. Yer kürəsində Ayın canlı aləmə təsir
göstərməsi ən çox dənizlərin qabarma hadisəsilə baş verir. Günəş,
Ay və Yerin bir-birinə istiqaməti düz xətt təşkil edən zaman dəniz
və okeanların qabarması maksimum hündürlüyə qalxır. Ucsuz-
bucaqsız dəniz və okeanların dayaz yerlərində yaşayan
saysız-hesabsız canlıların həyatı, biosferdə üzvi aləmin yaranması
və dövri sistemdə fəal iştirakı qabarma ilə bağlıdır. İşıq faktoruna
görə canlı aləm aşağıdakı üç qruplara bölünür:
Bitkilər
haliofıtlərə (işıqpərəst) və
fakultativ haliofitlərə (kölgə və işığa dözənlər) qrupuna,
heyvanlar isə gündüz, gecə və alaqaranlıq heyvanlar qrupuna
ayrılırlar. Bütün bu proseslərin əksəriyyəti ətraf coğrafi mühitdə
baş verir.
3.4.
Bioloji müxtəlifliyin saxlanılmasının ekoloji əhəmiyyəti
Bioloji müxtəliflik yerüstü, dəniz və digər su
ekosistemləri və onları təşkil edən ekoloji komplekslər daxil
olmaqla bütün mühitlərdən olan canlı orqanizmlərin cəm
müxtəlifliyi, növdaxili, növlər və ekosistemlər arası müxtəliflik
deməkdir.
Biomüxtəlifliyi üç tipə ayırmaq olar:
- Yaşayış mühitinin müxtəlifliyi (ekosistemlər və
landşaftlar).
Növlərin müxtəlifliyi (heyvan, bitgi və bakteriya
növləri).
Bütün genlər (genetik müxtəliflik).
Yer üzərində bütün həyatın tərkib hissələri bir- birindən
asılı olan nəhəng bir sistemdir.
Biomüxtəliflik anlayışı bütün genləri,
heyvan və bitkilərin bütün
növlərini, ekosistemləri və landşaftları əhatə
113