97
çox uğurlu olmuşdur. Bu baxımdan 2009-cu ildə Bakının
İs lam mədəniyyətinin paytaxtı elan edilməsi və İslam mə-
dəniyyəti ilə bağlı 100-ə yaxın tədbirin həyata keçirilməsi
Azərbaycan mədəniyyətinin İslam dünyasına inteqrasiyasın-
da müəyyən rol oynamış və xalqımızın mədəniyyətinin daha
da zənginləşməsinə xidmət etmişdir.
Şərq və Qərb mədəniyyətinin qovşağında
yerləşən Azər-
baycan Respublikası eyni zamanda, Qərb ölkələri ilə də mə-
dəni əlqalərin genişləndirilməsi sahəsində xeyli mühüm
tədbirlər həyata keçirmişdir. Bu baxımdan 2009-cu ildə Av-
ropanın bir neçə ölkəsində Azərbaycan mədəniyyəti günləri
keçirilmiş, xüsusən, İsveçrədə Azərbaycan mədəniyyətinə
həsr edilmiş 100 günlük mədəni tədbirlər silsiləsi həyata ke-
çirilmişdir.
Yuxarıda qeyd etdiyimiz kimi, 2009-cu ilin Azərbaycan
mədəniyyəti üçün uğurlu olması Bakının İslam Mədəniyyə-
tinin Paytaxtı elan edilməsi ilə əlaqədar olmuşdur. Bu bey-
nəlxalq proqram çərçivəsində il boyu həyata keçirilən çox-
saylı tədbirlər Azərbaycanın islami dəyərlərə bağlı olduğunu,
tarix boyu bu dəyərləri qoruyub saxladığını və ona ehtiramla
yanaşdığını bir daha təsdiq etdi. Bütün bunlar respublikamı-
zın tarixində ən böyük mədəniyyət hadisəsi olmaqla, ölkə-
mizin İslam dünyasına inteqrasiyası sahəsində yeni dövrün
başlanğıcını qoydu.
İndi isə «İslam Mədəniyyətinin Paytaxtları» Beynəlxalq
Proqramının yaranması və mahiyyətini oxucuların nəzərinə
çatdırmaq istərdik.
İslam Konfransı Təşkilatı tərə indən həyata keçirilən
və 2005-2014-ci illəri əhatə edən «İslam Mədəniyyətinin
Paytaxtları» Proqramı ilk dəfə İslam ölkələri mədəniyyət
nazirlərinin 2004-cü ildə Əlcəzairdə keçirilən IV İslam Kon-
fransında təsdiq edilmişdir. Bu Proqram çərçivəsində həya-
ta keçirilən layihədə Şərq regionundan hər il bir müsəlman
98
ölkəsinin şəhəri İslam Mədəniyyətinin Paytaxtı elan olu-
nur və həmin şəhərin İslam sivilizasiyasındakı rolu geniş
və hərtərə li təbliğ edilir. Proqramdakı prinsipə görə, İslam
mədəniyyətinin Paytaxtı statusunu alan şəhərin həm İslam,
həm də dünya mədəniyyətində, elm, ədəbiyyat və incəsənət
sahəsindəki töhfələrinə görə xüsusi yeri olmalı, zəngin və
qədim əlyazmaları qorunan kitabxanalara,eyni zamanda
beynəlxalq mədəni tədbirlərin keçirilməsi üçün müva iq
mədəniyyət potensialına və zəngin tarixi keçmişə malik ol-
malıdır.
Beləliklə, yuxarıda deyilən şərtlər nəzərə alınmaqla
İslam Mədəniyyətinin Paytaxtı statusu 2005-ci ildə təyin
edilmiş və bu statusa ilk dəfə (2005) Məkkə şəhəri layiq gö-
rülmüşdür. Qeyd etmək lazımdır ki, son illərdə hər il Asiya,
Afrika qitəsində yerləşən müsəlman ölkələrindən və Ərəb
dünyasından seçilmiş bir neçə (3-4) şəhərlər bu statusa la-
yiq görülür. Məsələn, 2005-ci ildən sonra İslam Mədəniyyə-
tinin Paytaxtı adına layiq görülən şəhərlər aşağıdakılardır:
1.
2006-ci ildə: İsfahan (İran), Hələb (Suriya), Timbukti
(Mali);
2.
2007-ci ildə: Daşkənd (Özbəkistan), Fes (Mərakeş),
Tripoli (Liviya), Dəkkə (Seneqal);
3.
2008-ci ildə: Dəməşq (Suriya), Lahor (Pakistan), İs-
gəndəriyyə (Misir), Çibuti (Çibuti);
4.
2009-cu ildə: Bakı (Azərbaycan), Kuala-Lumpur (Ma-
laziya), Nçamena (Çad), Kayruan (Tunis).
(84,s.10-12)
Göstərmək lazımdır ki, İslam Mədəniyyətinin Paytaxtı
adına layiq görülən şəhərlərdə «İslam Mədəniyyətinin Pay-
taxtları» Proqramı çərçivəsində bir il ərzində keçirilən təd-
birlər islam ölkələrinin siyasi-iqtisadi cəhətdən yaxınlaşma-
sına təsir etməklə yanaşı, tədbirlərdə iştirak edən ölkələrin
mədəniyyətlərinin zənginləşməsinə də müsbət təsir göstə-
rir. Bundan başqa bu cür tədbirlər
qeyri-müsəlman ölkələri-