90
lumdur ki, BMT İnkişaf Proqramının insan inkişafı haqqın-
dakı hesabatı ilk dəfə olaraq 1990-cı ildə hazırlanaraq dünya
ictimaiyyətinə açıqlanmışdır. BMT-nin ilk hesabatı mərhum
iqtisadçı alim Məhbud-ul-Haqqın rəhbərliyi ilə hazırlanmış-
dır və Məhbud-ul-Haqq hesabatın əsas devizi kimi – «Hər bir
dövlətin həqiqi sərvəti – onun insanlarıdır» –
prinsipini irəli
sürmüşdür. Məhz Bakıda keçirilən bu tədbir BMT-nin ilk in-
san inkişafı hesabatının 20 illiyinə həsr olunmuşdur.
Qeyd edək 90-cı illərin ortalarından sonra ölkəmizdə
aparılan uğurlu sosial-iqtisadi islahatlar, 2003-cü ildən son-
ra respublikamızda ictimai həyatın bütün sahələrində baş
verən irəliləyişlər ölkəmizdə insan inkişafı indeksinə müs-
bət təsir etmişdir. Bunu nəzərə alan BMT-nin Bakıdakı sabiq
reüzident nümayəndəsi F.Akçura təqdimat mərasimindəki
çıxışında demişdir: «İnsan İnkişafının orta illik tempinə görə
Azərbaycan keçmiş Sovet İttifaqı ölkələri arasında son 10 il
ərzində aparıcı dövlət olmuşdur. Azərbaycan bu istiqamətdə
hətta dünya üzrə qabaqcıl sayılan iki dövləti – Çin və Hindis-
tanı da arxada qoymağa müvəffəq olmuşdur.»(80)
Qeyd edək ki, davamlı inkişafa keçilməsinin sosial-hu-
manitar aspektləri çoxcəhətli olub ictimai həyatın bir çox
sahələrini əhatə edir. Bu aspektlərdən biri cəmiyyətdə əha-
linin maddi rifah halının yaxşılaşdırılması,
yoxsulluğun azal-
dılması, yaşayış üçün insanların həyat key iyyətinin yaxşı-
laşdırılmasıdır. Əlbəttə, bütün dünya ölkələrində müxtəlif
səviyyədə yoxsulluq mövcuddur. Davamlı inkişaf konsepsiya-
sında irəli sürülən yoxsulluq anlayışı
təkcə maddi aspektləri
əhatə etmir. Burada yoxsulluq anlayışı, həm də insanların sa-
vadlılıq və sağlamlıq dərəcəsi ilə əlaqədardır. Bu baxımdan
insan yoxsulluğu anlayışı maddi tərə lərlə yanaşı, mənəvi
yoxsulluğu, insanın şüur dərəcəsini, mədəni səviyyəsini də
özündə ehtiva edir. Yoxsulluq dərəcəsi müxtəlif ölkələrdə
BMT tərə indən irəli sürülən müəyyən indikatorlar vasitə-
92
aydın görmək olar. (81)
Tədbirlər Planında sosial-humanitar aspektlər çoxşahəli
olmaqla yanaşı, həm də onların həyata keçirilməsində mə-
sul olan icraçı təşkilatların adları və icra müddəti konkret
göstərilmişdir. Tədbirlər Planında sosial-humanitar aspekt-
lər, əsasən, «İnsan kapitalının inkişafı və sosial tərəqqi», ad-
lanan 3-cü bölmədə öz ifadəsini tapmışdır.
Bu bölməyə:
-3.1. Təhsil;
-3.2. Səhiyyə;
-3.3. Ətraf mühitin davamlı idarə olunması;
-3.4.
Mədəniyyət
-3.5.
Gender siyasəti;
-3.6. Uşaq və gənclər siyasəti və s. sosiomədəni məsələlər
daxil edilmişdir.
Bu bölmədə mədəniyyət, gender, uşaq və gənclər siyasə-
ti ilə bağlı həyata keçiriləcək tədbirlər daha çox diqqəti cəlb
edir ki, bunlar da davamlı insan inkişafının təmin edilməsinə
xidmət edir. 2011-2015-ci illərdə mədəniyyətlə bağlı həya-
ta keçirilməsi nəzərdə tutulan tədbirlər planına aşağıdakı
məsələlər daxil edilmişdir:
– Xalq tətbiqi sənətinin qorunması məqsədilə Bakı şəhə-
rində və regionlarda mövcud olan mədəniyyət evlərinin nəz-
dində xalq tətbiqi sənəti emalatxanalarının yaradılmasının
dəstəklənməsi;
– Mədəni turizm obyektləri kimi istifadəsi nəzərdə tutu-
lan mədəniyyət obyektlərinin siyahısının və mədəni turizm
marşrutlarının
tərtib edilməsi;
– Tarix və mədəniyyət abidələri ətrafında yaşayan icma-
ların bu abidələrin qorunması işinə cəlb edilməsi və onlar
üçün gəlir əldə etmək imkanlarının yaradılması;
– Ölkə üzrə şəhər (rayon), mərkəzi və digər kütləvi ki-
tabxanaların internetə çıxışının təmin edilməsi, kitabxana-