81
Məsələn, 2009-cu il yanvarın 26-27-də Macarıstanın
paytaxtı Budapeşt şəhərində NABUKKO layihəsinə dair
Sammittdəki çıxışında prezident İ.Əliyev Azərbaycanın qlo-
ballaşmada fəal iştirakını vurğulayaraq bu haqda demişdir:
“Azərbaycan regionun və Avropanın enerji təhlükəsizli-
yində öz rolunu oynayır. Son illər ərzində başladığımız
və uğurla həyata keçirdiyimiz layihələr regionda artıq
yeni vəziyyət yaradıbdır. Dünyada ilk dəfə olaraq, Xəzə-
rin enerji siyasəti ölkəmiz, xalqımız, qonşularımız və
bütöv region üçün artıq böyük fayda verir.”(71)
Qloballaşma prosesində fəal iştirak edən və bu prosesə
öz töhfəsini verən Azərbaycan qlobal enerji layihələrinin
səmərəli əməkdaşlığa xidmət etməsinin tərəfdarıdır. Dünya
ölkələri ilə səmərəli əməkdaşlığa və bərabər tərəfdaşlığa üs-
tünlük verən Azərbaycan Respublikası bu ikrini beynəlxalq
toplantılarda dəfələrlə bəyan etmişdir. NABUKKO layihəsinə
dair Sammitdə öz çıxışının sonunda prezident İlham Əliyev
bu haqda demişdir:
“NABUKKO-dakı iştirakımıza gəldik-
də, əlbəttə ki, əməkdaşlığımızın əlavə aspektlərini gör-
mək istərdik. Biz maliyyə dəstəyinə ehtiyac duymuruq
və özümüzü təmin edən ölkəyik. Bizə sıx inteqrasiya,
Avropa İttifaqı ilə daha çox proqramlar, birgə səylər nə-
ticəsində həll olunan məsələlər və səmərəli tərəfdaşlıq
lazımdır. Bütün bunlar üçün yaxşı əsaslar var. Əminəm
ki, enerji layihələri bu tərəfdaşlığı gücləndirəcəkdir. Bi-
zim enerji siyasətimiz və fəlsəfəmiz ondan ibarətdir ki,
enerji məsələləri xalqları ayırmalı deyil, birləşdirməli-
dir.”(72)
Qloballaşmanı təkcə, siyasi və sosial-iqtisadi proseslə
xarakterizə etmək düzgün deyil. Tədqiqatçılar Qloballaşma-
nın cəmiyyətin bütün sahələrini, o cümlədən mədəniyyətin
sahəsini də əhatə etdiyini göstərirlər. Məsələn, akademik
R.Mehdiyevin haqlı olaraq qeyd etdiyi kimi: “Qloballaşma
heç də təkcə, iqtisadi fenomen, fərdin həyat şəraitini yaxşı-
82
laşdırmaq və informasiyadan istifadənin və onun ötürülmə-
sinin yeni yollarını yaratmaq demək deyildir. Qloballaşma
cəmiyyət həyatının bütün sahələrini, o cümlədən sosial-si-
yasi aspektini əhatə edən çoxsəpkili prosesdir. O, milli sosi-
al-iqtisadi qurumları vahid dünya iqtisadi və ictimai sistemi
ilə qarşılıqlı sürətdə bağlayan ümumdünya hadisəsidir.”(73)
Qloballaşma dövründə mədəni müxtəli liyin – multikul-
turalizmin qorunub saxlanılmasının vacibliyini göstərmək
üçün qeyd etmək lazımdır ki, bəşəriyyətin fundamental mə-
dəni sərvəti onun müxtəli liyindədir. Fərqli mədəniyyətlərin
mövcudluğunun qorunması, mədəni müxtəli liyin zənginli-
yini dərk etmək, qarşılıqlı inam və anlaşma şəraitində mə-
dəni əməkdaşlığa
hörmətlə yanaşma, qloballaşma dövründə
mədəniyyətlər və dinlərarası dialoqun davam etdirilməsinə
zəmin yaradır. Mədəni müxtəli liyin tanınması ilə bağlı BMT
Konvensiyasına qoşulan Azərbaycan Respublikası mədəniy-
yətlərarası dialoqun zəruriliyini dərk edərək Şərq və Qərb
ölkələri arasında mədəni əməkdaşlığın genişləndirilməsinə
rəvac verməkdədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
müasir qloballaşma dövründə milli-mənəvi dəyərlərin qo-
runması məsələsinə də ciddi diqqət yetirilməsini irəli sü-
rürdü. Dünyəvi dövlət olan Azərbaycanın beynəlxalq aləmə
inteqrasiyasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən
prezident qloballaşma prosesində milli və dini dəyərlərimi-
zin yad təsirlərdən qorunmasının da indiki şəraitdə vacib
məsələ olduğunu önə çəkərək bu haqda demişdir:
“Azər-
baycan müasir, müasirləşən, dünya birliyinə sürətlə qo-
vuşan ölkədir. Baxmayaraq ki, bizim dini, milli ənənələ-
rimiz çox güclüdür. Azərbaycan dünyəvi dövlətdir. Təbii
ki, qloballaşma prosesləri bizdən də yan keçə bilməz.
Sadəcə olaraq, mən hesab edirəm, biz elə etməliyik ki,
qloballaşma adı altında öz milli dəyərlərimizi unutma-
yaq. Biz milli dəyərlərimizə sadiq olmalıyıq. Hər bir
83
ölkə, hər bir xalq üçün onun milli dəyərləri hər şeydən
üstün olmalıdır.”(74,s.22-23)
Buradan göründüyü kimi, dünyada gedən qloballaşma
prosesinin mahiyyətini dərindən dərk edən prezident İlham
Əliyev bu prosesdə qarşılaşdığımız inkişafa aparan bəşəri
dəyərlərdən faydalanmağı, lakin bununla yanaşı, milli-mənə-
vi və dini dəyərlərimizi qorumağı, milli mentalitetimizə xas
olmayan dəyərləri qəbul etməməyi, xalqımızın milli dəyərlə-
rinə sadiq olmağı vurğulayır. Qeyd edək ki, terminaloji cəhət-
dən qloballaşmaya özünəməxsus yanaşma irəli sürən dövlət
başçısının aşağıdakı ikri həm nəzəri, həm də praktiki cəhət-
dən xüsusi maraq doğurur. İ.Əliyev qloballaşmaya Azərbay-
candan baxışı aşağıdakı kimi şərh etmişdir:
“Biz qloballaş-
ma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş
münasibətləri, dostluğu nəzərdə tuturuq. Qloballaşma
adı altında xalqlara zidd olan, milli mentalitetə xas ol-
mayan dəyərlər aşılanmamalıdır. Hər halda biz buna ha-
zır olmalıyıq ki, milli mənliyimizi qoruyaq.”(75,s.22-23)
3.2.Davamlı inkişafa keçidin sosial-humanitar
aspektləri
Dünyanın inkişafının indiki mərhələsinin başlıca
meyli qloballaşmadır. Bu mürəkkəb və heç də birmə-
nalı olmayan prosesin perspektivləri bizim hamımı-
zı düşündürür. Qloballaşma dövlətlərin davamlı in-
kişafının, bütövlüyünün və idarəetmə sistemlərinin
stabilliyinin təmin olunmasına, iqtisadi münasibət-
lərdə ayrı-seçkiliyin aradan qaldırılmasına, xalqla-
rın rifah halının yüksəlməsinə kömək etməlidir.
Heydər Əliyev
1992-ci il 13-14 iyun tarixində Braziliyanın Rio-de-Ja-
neyro (RİO) şəhərində keçirilən BMT-nin «Ətraf mühit və