71
mışdır. A.Breyvik internetə yerləşdirdiyi videoçarxda özünü
orta əsr cəngavərləri ilə müqayisə etmiş və başqalarını da
“səlib yürüşçüsü” olmağa, Avropanın islamlaşdırılmasına
qarşı və marksizmə qarşı mübarizə aparmağa çağırmışdır.
(63)
Buradan göründüyü kimi, Norveç kimi Avropanın inki-
şaf etmiş bir ölkəsində baş verən bu müdhiş cinayət hadisə-
si dini dözümsüzlük, başqa dinlərə qarşı nifrət təbliğ edən
hadisə kimi insanların şüuruna daxil olmuş, əsasən, müsəl-
manlara və multukulturalizm siyasətinə qarşı yönəldilmiş-
dir. Bu faktlar bir daha onu göstərir ki, terrorçuların, dini
ekstremistlərin vətəni yoxdur. Belələri istənilən bölgədə ci-
nayət törədə bilər. Bəzi radikal dini qruplar əvvəlcə təbliğat
metodundan istifadə edərək əhalinin həssas təbəqələrinin
ağır sosial-iqtisadi vəziyyətindən sui-istifadə edib onları öz
tərə lərinə çəkirlər, sonra isə müxtəlif təxribatlarda onlar-
dan istifadə edirlər.
Akademik R.Mehdiyev Yekaterinburqdakı toplantıda son
vaxtlar Azərbaycanda da dini ekstremizmlə, terrorçuluqla
məşğul olan bəzi təxribatçı qrupların fəaliyyəti haqqında
məlumat vermiş, onların zərərsizləşdirildiyini bildirərək
demişdir: “Məsələn, son illərdə
Pakistanda Şimali Vəziristan
ərazisində “Əl-Qaidə” düşərgələrində hazırlıq keçmiş qa-
nunsuz silahlı dəstənin üzvləri məhkum edilmiş, “Sumqayıt
camaatı” terror qrupu zərərsizləşdirilmişdir. Bundan əlavə,
dini təmayüllü “Ceyşulla”, “Hizbut-Təhrir”, “Əl-Qaidə Qafqaz”,
“İmam Mehdinin şimal ordusu” və başqa terror təşkilatları-
nın özəkləri ləğv edilmiş, həmin təşkilatların 189 üzvü ci-
nayət məsuliyyətinə cəlb olunmuşdur... Qeyd etdiyim faktlar
ona dəlalət edir ki, millətçi ekstremizmlə bərabər, dini eks-
tremizm Azərbaycanın milli təhlükəsizliyi üçün ciddi risklər-
dir.”(64)
Buradan məlum olur ki, Azərbaycanda fəaliyyət göstər-
73
manları hiddətləndirmişdir.
H.Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSES-
KO-nun xoşməramlı sə iri Mehriban Əliyeva 7-9 aprel 2011-
ci ildə Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunda bu hadisənin dinlərarası münaqişənin
qızışdırılmasına təkan verdiyini pisləyərək demişdir: “Biz
elə bir dövrdə yaşayırıq ki, hətta insanların ən müqəddəs, ən
ülvi hissləri ilə oynamaq istəyənlər də tapılır.
Bizim hər biri-
miz müxtəlif dinə mənsubuq və
bu dinlərin dəyər sistemləri
olduqca yaxındır. Biz müxtəlif dinlərdə bir Tanrıya dua edi-
rik və dualarımızın mahiyyəti də eynidir. Lakin biz bu gün in-
sanlıqdan kənar və ağlasığmaz bir faktla üzləşirik. Özünü din
xadimi adlandıran biri müqəddəs kitabı “Qurani-Kərim”i oda
atıb yandırır. Nədir belə hərəkətin adı? Nədir onun məqsədi?
Hansı siyasi qüvvələrin sifarişidir bu? Belə insanlar kimə və
nəyə xidmət edirlər? Lakin biz belə bir dəhşətli halın, hadisə-
nin dünya ictimaiyyəti tərə indən qəti şəkildə pislənməsi ilə
də rastlaşmadıq. Nəticədə cəzasız qəddarlıq bir az da, daha
da dəhşətli qəddarlıqla nəticələndi və biz bunun da şahidi
olduq.”(65)
Bu istiqamətdə, BMT-nin Baş Assambleyasının “Dinlərin
təhqir olunması əleyhinə mübarizə” adlı A\ RES\ 65/224
saylı Qətnaməsində bu məsələlərin gündəmə gətirilməsi
təqdirə layiq davranış və hərəkətdir. Bu gün bütün BMT-na
üzv olan ölkələrin qətnaməyə qoşulması və bu istiqamətdə
bəzi önəmli addımların atılması gecikmiş bir davranış olsa
da, ancaq bu dövr üçün olduqca vacib bir addımdır.
Azərbaycan Respublikasının da bu qətnaməyə qoşulma-
sı sevindirici və təqdirəlayiqdir. Dinlərin tolerant şəraitdə
yaşaması və ümumbəşəri dəyərlər kontekstində inkişaf et-
məsi baxımından Azərbaycanın tutduğu mövqe və izlədiyi
siyasət bir model kimi bu gün dünyaya təqdim edilə bilər. Bu
baxımdan “Dinlərin təhqir olunması əleyhinə mübarizə” is-