66
və müxtəlif yollarla respublikamızda yayılmasıdır. Çox təəs-
süf ki, dəfələrlə aşkar edilmişdir ki, bu cür dini-siyasi ədə-
biyyatlarda və audio-video vəsaitlərdə dövlətçiliyimizə və
xalqımızın milli maraqlarına zidd olan radikal dini çağırışlar,
dini dözümsüzlük təbliğ edən ideyalar, dini ayrıseçkilik yara-
dan prinsiplər, gənclərimizin şüuruna mən i təsir edə bilən
müxtəlif çağırışlar öz əksini tapır.
Göstərmək lazımdır ki, ölkəmizdə fəaliyyət göstərən bəzi
radikal dini qruplar dini ədəbiyyatların metroda satışına qa-
dağa qoyulmasına qarşı hay-küy salaraq KİV-də bu haqda
dövlət qurumlarına qarşı əsassız iradlar bildirməklə məşğul-
durlar. Bu məsələlər bəzi dini qrupların dinlə bağlı qanunve-
ricilikdən xəbərsiz olduqlarından irəli gəlir. Məsələn, metro
stansiyasında dini ədəbiyyatın satışına qadağa qoyulması
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının
qanununun 22-ci maddəsinin 3-cü hissəsinə əsasən, (qanu-
na edilmiş əlavələrdən sonra) dini təyinatlı ədəbiyyatın, əş-
yaların və dini məzmunlu başqa materialların satışı yalnız
ixtisaslaşdırılmış satış yerlərində həyata keçirilə bilər.
Qanunda göstərilən bu hüquqi tədbirləri dindarla-
rın hüquqlarının pozulması kimi başa düşmək lazım deyil.
Təəssüf ki, hüquqi savadı az olan bəzi adamlar bu tədbirlə-
ri dindarların hüquqlarının pozulmasına yönəlmiş norma-
tiv-hüquqi qaydalar kimi başa düşürlər.
Əslində bu tədbirlər
vətəndaşlar arasında dini mənsubiyyətinə görə nifaq salan,
cəmiyyətdə dinlərarası ayrıseçkiliyi təbliğ edən radikal məz-
munlu dini ədəbiyyatın və zərərli təbliğat vasitələrinin yayıl-
masının qarşısını almağa kömək edir.
Qeyd etmək lazımdır ki, bu cür kitabların və audio-video
vasitələrin ölkəmizə gətirilməsinə və yayılmasına məhdu-
diyyət qoyulması, təhlükəsizlik baxımından müva iq orqan-
lar tərə indən atılan normal addımlar kimi qiymətləndiril-
məlidir.