223
Son 4-5 minildə türk boylarının Avrasiyada çox geniĢ ərazilərə
yayılmasına baxmayaraq, ikinci Atayurd o qədər də çox deyil, minillər
boyu yalnız bir neçə etnik-kultur bölgədə yaranmıĢ dialekt yaxınlığı və
etnoqrafiya eyniliyi ilə bütöv görünən türk xalqlarının sayı qədərdir.
Tarixi köçlər nəticəsində ikinci Atayurddan çıxıb, baĢqa bir etnokultur
bölgədə üçüncü Atayurd yaradan boylar da vardır. Bu yurdları
batıdan
doğuya sıralasaq,
səkkiz əsas yurdun
Anadolu-Azərbaycan,
Quzey Qafqaz
ilə Azaq dənizi yaxası, Ġtil-Ural bölgəsi, Orta Asiya ilə Qazaxıstan, Doğu
Türküstan, Altay-Tuva və Baykal
bölgələrində
yerləĢdiyini görmək
olar.
108
Bu yurdlardan
bir
neçəsini gözdən keçirək:
(1) Türk
xalqlarının
ikinci
Atayurdu
baxımından
klassik
örnək olan
Anadolu həm də özəl etnik tarixi ilə seçilir. Belə ki, prototürklərin Ġlkin
Atayurdunda batı bölgələri təĢkil edən Doğu və Güney-Doğu Anadoluda
m.ö. III minildən sonra türklərin etnik seyrəlmə olayı yaĢansa da, burada
qalan
azsaylı
qaĢqay,
urmu,
subar//sabir, kuman
(iki ayrı
bölgədə), matien-
ermən, kumuq və baĢqa türk boyları saqa-qamər boylarının qayıdıĢından
sonra xeyli dirçəlsə də, Mada çağından islama qədər ayrı-ayrı dövlətlərin
təsir dairəsində olduğu üçün ayrıca dövlət qura bilmədilər. Asur-Urartu
dövlətlərinin arasında 250 il müstəqil qalan Subar bəyliyi də m.ö. 672-də
Asur çarı Asarxaddon tərəfindən yağmalanıb dağıdılmıĢdı.
108
Bu ikinci Atayurdlar yanlıĢ olaraq, türklərin ilk Atayurdu sayılmıĢ, hər bir yazar sub-
yektiv baxıĢla uyğun bildiyi bölgəni ilkin Atayurd kimi seçmiĢdir. Ona görə gə «Türk
tarixi» kitablarında elmdən uzaq (bir neçə ilkin yurdu olan) bir durum ortaya çıxmıĢdır.
224
Azaq yaxalarından m.ö.VIII əsrin sonunda Anadoluya qayıdan qa-
mər boyları burada bəylik qurmuĢdu. Azırbaycandakı Saqa elinin batıda
uzantısı olan Qamər bəyliyi Anadolunun quzey-batısında idi, buradan batı
və doğu bölgələrə vaxtaĢırı yağma akınları edən qamər atlı alayları Asur,
Urartu və Friqiya dövlətlərinin yıxılmasında mühüm rol oynamıĢlar. An-
caq Lidiya kralı Aliatt onları yenəndən sonra Qamər bəyliyi zəifləyib da-
ğıldı. Lemni adasında təxminən m.ö. 690-larda göytürk və etrusk əlifba-
larının ortaq variantı olan bir abc ilə Aker Taqar Ģadın bəngüdaĢına türcə
yazılan yazının da qamərlərə aid olduğunu güman etmək olar. Hələlik bu
yazı bəlli olan qədim türk yazılarının ən qədimidir. Ümumiyətlə, qədim
türk bəlgələri ilə dolu olan Anadoludan tarixçiləri Ģoka salacaq bəlgələrin
zaman-zaman otraya çıxacağına əminəm, necə ki, haqqında öncə yazdı-
ğım güney-doğu bölgədəki Kuman bəyliyi ərazisindən (Hakkari) bu ya-
xınlarda ən qədim türk daĢbabaları üzə çıxdı.
Əvvəllər Qamər bəyliyi olan bölgəyə soralar vaxtaĢırı sızan bun-
türk, vənənd, qıpçaq və sair boylarla baĢlanan konsolidasiya oğuz-səlcuq
axınları ilə gücləndi. Türkmənistandan gələn köçlər burada mövcud olan
dərəbəyliklərin toparlanıb dövlət qurmasına Ģərait yaratdı. Osmanlı
impe-
riyası
Anadolunu burada toparlanan yerli və sonradan gələn türk boyları-
nın ikinci Atayurdu kimi qurulmasına Ģərait yaratdı. Ulu Atatürksə bütün
türk xalqlarının güvənc yeri olan bu Atayurdun Türkiyə, millətin türk adı
daĢımasını rəsmiləĢdirdi. Beləliklə, Ulu Türk Babanın qədim ocağında
Ġlkin Atayurdun bir parçası və yeni Atayurd olan Anadoluda doğulan
sonbeĢik yavrular baĢqa bölgələrdə yaĢayan qardaĢların sırasında «türk»
adı daĢımaq Ģərəfinə nail oldular.
(2) Qut
ilə Saqa çağı arasında Azərbaycan bölgələrinin protoazər
(m.ö.XXIII-VII əsr),
sonralar
da azər//xəzər boylarının ikinci Atayurduna
çevrilməsi haqqında yuxarıda danıĢmıĢdıq. Bu yurdun özəlliyi ondadır ki,
bütövlükdə ilkin yurdun sıxılmıĢ sınırları daxilindədir və burada yaranan
dialektlər prototürk dialektlərinə məxsus əlamətlərin bəzisini donuq for-
mada saxlamıĢdır.
109
Məsələn, prototürk çağından qalma d~y, r~z, l~Ģ,
k~s, k~Ø dialekt fərqləri ayaq~adaq, ir~iz, dəl~deş, qarı~sarı «qarĢı»,
gen~en və sair bu kimi sözlərdə qalmıĢdır. Bu son dialekt fərqi hətta
xəzər~azər etnonimində də əks olunmuĢdur.
109
Ъялилов, 1986.
225
ÇağdaĢ türk dillərində olan daxili dialekt fərqləri dörd azər dialekti
arasındakı qabarıq fərqlər dərəcəsində deyil. Bir sıra türk boylarının və
türk dialektlərinin
çarpazlaĢdığı
regionda
formalaĢan
azər dili sanki əksər
türk dillərinin mikroproyeksiyasını əks etdirir ki, bu da doğal durumdur,
çünki həmin türk dillərində görünən dialekt özəlliyi buradan - Atayurddan
aparılmıĢdır. Ona görə də, eyni xalqa məxsus dialektlər üzrə yaranmıĢ
boyadları (xəzər-azər, alban-aran) altında ayrı-ayrı xalqın olması guman
edilmiĢ və yabançı qaynaqlarda kəskin fərqlənən dialektlər müxtəlif dil
sayılmıĢdır.
110
(3; 8) Türk boylarının ikinci Atayurdu kimi yaranan Azaq yaxası
ilə Quzey Qafqaz arasındakı bölgənin demoqrafik xronologiyası digər
analoji yurdlardan mürəkkəb etnokultur durumu ilə fərqlənir. Belə ki, bu
bölgənin Böyük Qafqaz dağlarına uzanan hissəsi protoqafqaz xalqlarının
ilkin Atayurdu sayılsa da, artıq m.ö. III minillikdə burada Güney Qafqaz və
Ön Asiya ilə əlaqə görünür. Həmin çağın Maykop kulturuna adını vermiĢ
Maykop kurqanında basırıq nəsnələri Anadolu (Alacahöyük), Ġkiçayarası
və Güney Azərbaycan basırıqlrı ilə tipoloji baxımdan yaxındır.
111
Quzey
Qafqazdan Kuban çayına qədər uzanan Maykop kulturuna aid bölgədən
doğuda isə Quzey Osetiya, Çeçen-ĠnquĢ eli və Dağıstan Kür-Araz kulturu-
nun quzey-doğu sınırları içində idi. Qayakənd-Xoroçoy kulturu ilə Dağıs-
tan və Çeçen elinin dağlıq bölgəsi m.ö. II minilin ortalarından sonra da
analoji Azərbaycan arxeoloji kulturuna bağlı idi. Bundan sonrakı dövrlə-
rin əlaqələri isə artıq yazılı qaynaqların verdiyi bəlgələrə əsaslanır. Ön
Asiyadan Quzey-Qafqaza keçən qədim saqa-qamər boyları, Ural-Ġtil arası
bozqırı
keçib,
Avropa
və
Qafqaz bölgələrinə girən hun,
avar,
bulqar,
subar,
kuman-qıpçaq boyları və zaman-zaman burada üzə çıxan təpərli barsil-
xəzər və peçeneqlər haqqında xeyli yazılı bəlgə vardır.
Bir-birinin ardınca
gələrək Azaq və Qara dəniz yaxaları ilə Xəzər
arasındakı bozqırlarda
oturan bu türk boylarının burada qırılmadan davamlı tarixi iki minildən
artıq bir dövrü əhatə edir. Həmin zaman kəsiyində buradan gedən və ge-
dib qayıdan türk boyları da olmuĢdur.
110
ÇağdaĢ azər
dili
oğuz
dialektlərinə
söykənir,
lakin
quzey-doğu
bölgələrdə
saitlərin
daralması (yurğan, uğlan) kimi qıpçaq ünsrü də özünü göstərir. Yalnız türkmən, türk
(Kıprıs) və azər dilində iĢlənib, I Ģəxsin cəmini bildirən -q/-k (alaq, gələk) Ģəkilçisi baĢqa
türk dillərində yoxdur,
feilin əmr forması I Ģəxsdə -ım (alım) Ģəklçisi ilə yalnız azər
dilində iĢlənir. BaĢqa dillərdəki ur- feili azər dlində (vur-) «çuvaĢizm» kimi görünür.
111
Мизиев, 1990, 21-22.
Dostları ilə paylaş: |