80
olduğuna və yaxın bir zamanda Rusiyadakı inqilab idarəsi ilə birləĢəcəklərinə
inanırdılar. Ermənilər də bölgənin parçalanmasına və Rusiyadan ayrılmasına
tərəfdar deyildilər. Onlar da gürcülər kimi düĢünürdülər. Türklər isə gürcü və
ermənilərlə eyni görüĢə sahib deyildilər. Seymdə 15 fevral 1918-ci ildə təĢkil
olunan yığıncaqda türklərin baxıĢlarını Müsavat Partiyası adından Dr. Həsən
Ağaoğlu, türk bloku adından Ġbrahim Heydərov və Ġttihad Partiyası adından
Miryaqub Mirmehdiyev açıqladı. Bu düĢüncələrdən belə nəticə çıxarılırdı:
"Seymin gündəmində olan "milliyyətlər" məsələsi milli-məhəlli muxtariyyət
əsası üzərində çözülməlidir. Bu məsələ siyasi və iqtisadi baxımdan araĢdırılaraq
birləĢmiĢ bir Qafqaz hökuməti və millətlərə mədəni muxtariyyət əsasında həll
edilməlidir."
2
Həmin günlərdə Brest-Litovsk barıĢ görüĢmələrinə qatılan bolĢevik
liderlərdən Qaraxan 4 mart 1918-ci il tarixində Seymə Qars, Ərdahan və Batuminin
Türkiyəyə veriləcəyinə dair bir teleqraf göndərdi. Hərbi nazir və baĢkomandan
vəkili Ənvər PaĢa da gürcülərin liderliyindəki Seym Məclisinin gözlətmə taktikası
güddüyünü anladı və rus iĢğalı altında olan torpaqların ancaq hərbi qüvvə ilə
qurtarılacağı nəticəsinə gəldi. 3-cü Ordu komandanı Vəhib PaĢaya bir təlimat
göndərərək, "Müstəqil Zaqafqaziya Seymi ilə əlaqə qurulmasını, hər iki tərəf
arasında barıĢın təsisi üçün müstəqil Qafqaz hökumətinin nə kimi düĢüncəsi
olduğunu, hətta Tiflisə bir heyət göndərmək fikrində olduğunu" bildirdi və vacib
iĢlərin həyata keçirilməsini əmr etdi. Osmanlı dövlətinin bu istəyi Tiflisə
çatdırıldıqdan sonra Seym, belə bir qərar eskizini qələmə aldı:
"Rusiya demokratiyası üçün məqbul bir sülh bağlamağa tərəfdar olmaqla
bərabər, Rusiyanın bir hissəsi olduğumuzu düĢünərək, bu günlərdə toplanmıĢ
Məclisdən izin aldıqdan barıĢ müzakirələrinə baĢlaya biləcəyimizi ərz edirik"
3
.
3-cü Ordunun hərbi hərəkata baĢlaması səbəbindən Seym bu qərar eskizini
cavab olaraq göndərməyi gecikdirdi. Digər tərəfdən də zaman qazanmaq üçün
Rusiyadakı anarxiyanın durulmasını gözləyirdi. Fəqət Rusiyada məclis toplanmaq
üzrə ikən xalq komissarları millət vəkillərini bölgələrinə geri göndərmiĢdi.
2. Trabzon Konfransı: (14 mart - 14 aprel 1918-ci il)
Brest-Litovsk müqaviləsinin hökmlərinə görə, rusların boĢaltdığı Əlviyəi-
Səlasə sancaqlarından Qars və Ərdahanı ermənilər, Batumini də gürcülər iĢğal
etmiĢdi. 3-cü Ordu komandanı Vəhib PaĢa, Zaqafqaziya hökumətindən bu üç
sancağın boĢaldılmasını istədi. Tiflisdəki ortaq hökumət bu istiqamətdə bir hərəkət
göstərmədiyi kimi, Brest-Litovsk müqaviləsini də tanımadığını açıqladı.
4
Bu
səbəbdən Osmanlı dövləti anlaĢılmazlığı siyasi yolla həll etmək üçün Zaqafqaziya
hökuməti təmsilçilərini 14 mart 1918 tarixində Trabzona dəvət etdi. Bu hökumətin
məclisi olan Seym də 11-i nümayəndə olmaqla, 43 adamlıq bir heyəti Trabzona
göndərdi. Heyyətdə erməni əsilli nümayəndələr də var idi.
81
Heyyətin baĢçısı gürcü əsilli Çenkeli idi. Heyyətdə yer alan türk təmsilçilər
isə bunlar idi: Məmməd Əmin Rəsulzadə, Əkbər Ağa ġeyxülislamov, Ġbrahim
Heydərov (Dumada Bakı millət vəkili olub, Dağıstan adından Seymə qatılmıĢdı),
Miryaqub Mehdiyev, Heydər AyaĢidze (gürcü əsilli müsəlman, Acarıstanlı), Xəlil
Xasməhəmmədov və Məmmədhəsən Hacinski. Osmanlı dövlətini də Ədliyyə
naziri Xəlil bəy və albay Hüseyn Rauf təmsil edirdi.
5
Trabzon görüĢmələrinin baĢlamasından bir gün əvvəl Qafqazdakı vəziyyəti
öyrənmək və məlumat toplamaq məqsədilə Hüseyn Rauf ilə Zaqafqaziya Seyminin
türk əsilli üzvləri arasında bir yığıncaq təĢkil olundu. Türk təmsilçilər bu
görüĢmədə qəti və açıq bir dillə "Türk əsgərinin çəkməsini Qafqazda görmək
istədiklərini" ifadə etdilər. Hansı partiyadan olursa-olsun, Qafqaz türkləri və
müsəlmanlarının Osmanlı ordusunun tezliklə bölgəyə girməsini gözlədiklərini,
bundan baĢqa xalq arasındakı bəzi çəkiĢmə və anlaĢılmazlıqların da bu yolla
aradan qaldırılacağını bildirdilər.
6
Qafqaz türk heyəti üzvləri ingilislərin erməniləri təĢkilatlandırdığını,
almanların isə gürcülərə dəstək verməyə hazırlandığını, bolĢevik rusların da daxili
çəkiĢmələri sona çatdırdıqdan sonra Qızıl Ordunu Qafqaza göndərəcəklərini
anlatdılar. Qızıl Ordunun Qafqaza yenidən gəlməsinin bölgə xalqı üçün böyük bir
təhlükə təĢkil edəcəyini də qeyd etdilər.
Miryaqub Mehdiyev bu görüĢmədə Brest-Litovsk müqaviləsi hökmlərinə
görə Trabzon toplantılarının sağlam fəaliyyət göstərməsi üçün Zaqafqaziya
hökumətinin özünü müstəqil bir hökumət olaraq elan etməsinin vacibliyini söylədi.
Hüseyn Rauf da bu görüĢə qatıldığını bildirdi.
Həqiqətən də Zaqafqaziya hökumətinin idarə Ģəkli və siyasi vəziyyəti
müəyyən deyildi. Seym Məclisi və hökumətdə ermənilərlə gürcülər çoxluq təĢkil
edirdilər. Hökumətdəki erməni və gürcülər, Əlviyəi-Səlasə üçün, Osmanlı dövləti
ilə ediləcək bir müharibədə bolĢeviklərdən hərbi yardım ala biləcəklərini hesab
edirdilər. Bu səbəbdən bolĢevik rusları hirsləndirməmək üçün Zaqafqaziya
hökumətinin müstəqilliyini elan etmirdilər.
7
Osmanlı dövlətinin Brest-Litovsk sülh görüĢmələrinə müĢahidəçi statusunda
təmsilçi göndərməsini dəfələrcə təklif etməsinə rəğmən, Zaqafqaziya hökuməti
müstəqilliyin yolunu açacaq belə bir çağırıĢa qarĢılıq verməmiĢdi.
Həmçinin Brest-Litovsk görüĢmələrindən dərhal sonra bolĢevik heyətinin
katibi Qaraxan Zaqafqaziya hökuməti komissarlığına göndərdiyi teleqrafda Qars,
Ərdahan və Batumini tərk etməyə məcbur qalmalarını "dərd və iztirab verici" bir
itki olaraq dəyərləndirmiĢdi. Xarici iĢlər komissarının müavini Çiçerin isə Əlviyəi-
səlasə Sancaqlarının boĢaldılmasını "güc və təzyiq altında" qəbul edilmək
məcburiyyətində qalınmıĢ bir qərar olaraq gördüyünü açıqlamıĢdı. Həqiqətən də