92
etməkdədir. Digər tərəfdən, ümumi hərbin Ģərtləri daxilində Osmanlı dövləti, öz
ordusunu digər cəbhələrə Qafqaz yolu ilə nəql etmək məcburiyyəti qarĢısındadır.
Bu da, hal-hazırdakı qeyri-müəyyən vəziyyətə təcili olaraq son verilməsini vacib
hala gətirir.
28.
Mirzəbala Məmmədzadə, Milli Azərbaycan hərəkatı, s. 82,
29.
Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II
c, s. 524.
30.
Yenə orada, s. 522.
31.
Yenə orada, s. 524.
32.
Yenə orada.
33.
Mirzəbala Məmmədzadə, Milli Azərbaycan hərəkatı, s. 90.
34.
Müqavilənin mətni üçün bax: Əlavə 2 və 3.
35.
Müqavilənin mətni üçün bax: Əlavə 4.
36.
Ġsmayıl Musayev, Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində
siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921), Bakı, 1998, s. 77.
37.
Xəritə 2.
38.
Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II
c, s. 527.
93
III HĠSSƏ
TÜRK ORDUSUNUN QAFQAZA GĠRĠġĠ
1. Osmanlı dövlətinin Qafqaz və Türküstan siyasəti:
Türklərdəki dövlət anlayıĢında qərbli dövlətlərin təməl ideologiyasını
meydana gətirən və kökləri Roma imperatorluğuna qədər uzanan "empire" anlayıĢı
yoxdur. Yəni türk dövlətlərində keçmiĢ Roma, Hellin və xristianlığın mədəni və
ideoloji birləĢiminin nəticəsində ortaya çıxmıĢ olan istismar və imperializm
(empire) anlayıĢı bulunmaz. Türklər imperialist deyildir və bu anlayıĢı toplum və
dövlət həyatında heç bir zaman tətbiq etməmiĢlər. Dili, dini, irqi, anlayıĢı və ya
yaĢadığı torpaqlar səbəbindən baĢqa millətləri və mədəniyyətləri aĢağılamamıĢlar.
Onları da "insan" olaraq qəbul etmiĢlər. Osmanlı dövləti də insanlıq tarixinin nadir
Ģahid olduğu bir neçə cahan dövlətindən biridir. Türklər dövlət təĢkilatı,
vətəndaĢlıq hüququ, ədalət sistemi, dünyagörüĢü və hərbi baxımdan dövrünün ən
irəli super gücünü qurmuĢlar.
Bu qısa təsbitdən sonra XIX yüzilliyin fikir cərəyanlarına qısaca baxmaq
lazım gəlir. Fransız ixtilalı ilə dünyaya yayılan milliyyətçilik və milli dövlət qurma
cərəyanı Osmanlı və türk coğrafiyasına da yayılmıĢdı. Dövlətin təməl
ideologiyasının gərəyi olaraq, Osmanlılar daha çox milləti bir arada, barıĢ içində
idarə edirdilər. Ancaq dünyadakı bu cərəyandan təsirlənmələri uzun sürmədi.
Çünki bir tərəfdə müstəqil bir türk dövləti olan Osmanlı dövləti vardı, digər tərəfdə
də Rusiya və Çin imperatorluqlarının basqısı altında əzilən bir çox türk qövmü
vardı. Türk ziyalıları və siyasətçiləri bu Ģərtlərdə bir çıxıĢ
yolu tapa bilmək üçün
öncə Osmanlıçılıq, ardından Ġslamçılıq cərəyanını ortaya atdılar. Bu görüĢlərin,
dövlətin yıxılmasının və parçalanmasının qarĢısını almada aciz qalacağı qısa
müddətdə aydın oldu. Nəhayət, Türkçülük cərəyanı Rusiya, Türküstan, Qafqaz və
Anadoluda sürətlə inkiĢaf etdi.
Qərblilər tərəfindən Pantürkizm, ya da Turançılıq olaraq adlandırılan türk
millətçiliyi cərəyanının qabaqcılları Krımdan Qaspıralı Ġsmayıl bəy, Kazandan
Yusif Akçura, Azərbaycandan Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu kimi
türk ziyalıları ilə bərabər Türkiyədən də bu görüĢləri milli bir ideya halına
gətirərək, sosioloji bir sistemə qovuĢduran Ziya Göyalp olmuĢdur.
18-ci və 19-cu əsrlər boyunca universitetlərin özünü yeniləyə bilməməsi,
elmin və ağlın dövlət idarəsinin arxasında qalmasına, yəni siyasətə yol göstərmə
vəsfini itirməsinə yol açdı. Dövlət və cəmiyyət həyatında ard-arda zərbələr
almasına səbəbiyyət verdi. Hərbi sahədəki məğlubiyyətlər, torpaq itkiləri, daxili
üsyanlar və qərb ölkələrinin yerli əməkdaĢları vasitəsilə dövlətə və xalqa vurduğu
zərbələr və bunların nəticəsində cəmiyyəti dərindən sarsıdan hadisələr dövlət
94
heyətlərində və xüsusilə hərbidə özə dönüĢü sürətləndirdi. Ġttihad və Tərəqqi
Partiyası liderləri Osmanlıçılıq və Ġslamçılıq fikirlərinin iflas etdiyi bir dövrdə
Osmanlı dövlətini, daha doğrusu, türk dövlətini yaĢada bilmək və ayaqda tuta
bilmək üçün Türkçülük və Turançılıq fikirlərindən baĢqa bir ideoloji gücün
qalmadığı nəticəsinə gəldilər. Beləliklə, Türkçülük və Turançılıq ideyası Birinci
Dünya müharibəsində Osmanlı dövlətinin hərəkətverici gücü və təməl ideologiyası
halına gəldi.
Dövlətin içində olduğu ağır Ģərtlər səbəbilə Ġttihad və Tərəqqi heyətlərinin
yürütdüyü bu fikir hərəkətini cəmiyyət kifayət qədər müzakirə edə bilməmiĢdi. Bir
sistem halına gəlməmiĢ fikir cərəyanının, ya da ideologiyanın, tətbiq olunacağı
praktik sahə olan dövlət təĢkilatında bəzi sıxıntılarla qarĢılaĢması normaldır. Ġttihad
və Tərəqqi liderləri 1908-ci ildən etibarən çox ciddi sosial və ekonomik çalxantılar
və torpaq itkisi ilə bərabər, təxminən beĢ il içində də Birinci Dünya müharibəsi ilə
üz-üzə qaldılar. Üst-üstə gələn bu hadisələr Ənvər PaĢa və yoldaĢlarının böyük bir
Ģanssızlığı olaraq dəyərləndirilə bilər. Əskiklərə, yoxluqlara, xaricdən və daxildən
əngəlləmələrə və xəyanətlərə rəğmən Ənvər PaĢa və yoldaĢlarının, türk dövlətini
düĢdüyü sıxıntılardan çəkib çıxarmaq, bundan baĢqa digər türk vilayətlərini rus
çarlarının istismarından və imperializmin iĢğalından qurtarmaq üçün göstərdikləri
cəhdin səmimi olduğuna Ģübhə edilə bilməz.
Osmanlı dövlətini idarə edən heyət Türkçülük və Turançılıq hədəfinə çata
bilmək üçün Azərbaycanın coğrafi vəziyyətinə önəm vermiĢdilər. Bu doğru bir
tərcih idi. Rusiyadakı çar idarəsinin savaĢ içində yıxılması, bu sahədə daha əhatəli
və sürətli hərəkət edilməsini tələb edirdi. Bunun, əlbəttə, bir sıra sosioloji, dini və
strateji səbəbləri vardı:
a)
Azərbaycan, Anadolu kimi bir türk ölkəsi və Oğuzların yurdu idi,
b)
Xalqının dini Ġslam idi,
c)
Tarixi Azərbaycan coğrafiyası Turan yolunda önəmli bir yer tuturdu,
d)
Zəngin təbii sərvətləri vardı,
e)
Müstəqil bir Azərbaycanın Türkiyə ilə yaxın dostluq, qonĢuluq və
əməkdaĢlıq etmə imkanı mövcuddu,
f)
Xüsusilə ġimali Azərbaycandakı türk ziyalıları, Müsavat Xalq Partiyası
çevrəsində toplanmıĢdılar və bu bölgədə müstəqil bir türk dövlətinin qurulması ilə
Türküstanın gələcəyi məsələsində Osmanlı dövlətini idarə edən heyətlərlə eyni
görüĢləri paylaĢırdılar.
1
Azərbaycan və Qafqazı rus idarəsindən qurtarmaq üçün gizli çalıĢmalar
yürüdən Difai adlı təĢkilat Osmanlı dövləti ilə uzun müddətdir irtibat halında idi.
TəĢkilat üzvlərindən Əmiraslan xan Xoyski, savaĢ davam edərkən Ərzurumda türk
səlahiyyətliləri ilə görüĢmüĢdü. Əmiraslan xan Qafqazda yaĢayan xalqlardan ibarət
olan və muxtar bölgələrdən əmələ gələn bir dövlət qurula biləcəyini bildirmiĢdi.